PDF Oxu

Müxalifət

  • 7

Lalə Hacıyeva Eldar Namazovla birgə yeni partiya yaradır

Lalə Hacıyeva Eldar Namazovla birgə yeni partiya yaradır
Müxalifətin başı üzərindəki qara buludlar, hələ də qalmaqda davam edir. Çünki nə zamana qədər onlar haqqı nahaq, ağı qara biləcək, belə də cəzalarını alacaqlar. Radikal "bəy"lər nəinki əməllərindən peşman olub, tövbə edirlər, əksinə, çirkin əməllərini yenə də davam edirlər. Məhz AXCP (i) sədri Əli Kərimovun, Müsavatın diktatoru İsa Qəmbərovun, "MBH" lideri Lalə Hacıyevanın, ALP-nin bəxtsiz sədr əvəzi Əvəz Temirxanın və bu tiplərin bədbəxtliyi də elə bundan ibarətdir. Yəni, onlar manyaklaşmış insanlar kimi çirkin əməllərindən həzz alırlar. Heç şübhəsiz ki, bu əməlləri "mükafatsız" qalmayıb. Xalq onların 16 il öncə "payını" verib. Yəni, 15 ildən artıqdır ki, Azərbaycan xalqı onlara YOX deyir! Burdan isə belə sual meydana çıxır, nədən müxalifət bütün bunlardan ibarət götürüb, siyasət aləminə "əlvida" demirlər? Axı zorla gözəllik olmur. Bunlar bu əməllərlə, bu ağıl və bacarıqla iqtidara yiyələnsələr, hakimiyyəti necə idarə edəcəklər? Məhz bunları nəzərə alan, daha doğrusu, onlara bələd olan ölkə vətəndaşları radikallardan üz çevirib. Radikal müxalifət partiyalarının liderləri arasında normal düşüncəyə, siyasi qabiliyyətə malik şəxs yoxdur. Necə deyərlər, hamısı bir bezin qırağıdır.
Qeyri-siyasi təcrübəyə malik olan "cənablardan" biri də, heç şübhəsiz ki, "ANİF" lideri Eldar Namazovdur. O, hələ də öz mövqeyini neçə illərdir nümayiş etdirə bilməyib. Gah bu bloka, gah da digər bloka qoşulur, amma arzuları puça çıxır. Bir müddət öncə isə, o, siyasətdən getdiyini bəyan etmişdi. (Əslində, o və onun Ə.Kərimov, İ.Qəmbərov kimi "dostları" siyasətlə məşğul olmayıb, sadəcə, onlar yaramaz işlərini siyasət hesab edirlər): Lakin E.Namazov yenidən siyasət aləminə qayıtdığını bəyan edib. O, AMİP sədri olmaqdan vaz keçərək, yeni partiya yaratmaq qərarına gəlib. Maraqlısı isə budur ki, "ANİF" rəhbəri bu partiyanı AMİP-lə, "ACP"-nin bazasında yaratmaq istəyir. Yəni, onları tam sıradan çıxardaraq, 5-10 üzvü ilə yeni siyasi partiyanı təşkil etmək istəyir. Məlumata görə, son zamanlar istər AMİP, istərsə də  "ACP" daxilində yaranan gərginlik bununla bağlıdır. Digər məlumata görə isə, E.Namazov bu məsələdə L.Hacıyeva yardım edir. Yəni, onlar birlikdə partiya yaradırlar. MBH lideri ALP-ni də yeni yaradılacaq partiyaya birləşdirmək istəyir.
Beləliklə, deyilən partiya yaransa, bununla bağlı bir neçə partiya dağılacaq və müxalifət daxilində siyasi gərginlik daha da artacaq.

Digər xəbərlər