PDF Oxu

Müxalifət

  • 4

Əli Kərimov təklənir

Əli Kərimov təklənir
Bir müddət əvvəl Əli Kərimovun qurultay keçirəcəyini dönə-dönə israrla vurğulamasını, bunun ardınca isə, bu məsələyə qarşı "Yurd"dakı əks mövqelərin baş qaldırması ilə bağlı məlumat vermişdik. Amma həqiqətən də, görünür, "Yurd" şefinin qurultay arzusu ötən ildə olduğu kimi, bu ildə də elə arzu olaraq qalacaq. Çünki partiyanın əksər funksionerləri bu qərara qarşıdır və üstəlik, rayon təşkilatlarında da qurultaya nümayəndə seçmək üçün konfransların keçirilməsi də baş tutmur ki, tutmur.
Bu günlərdə "Azadlıq" radiosuna müsahibə verən Ə.Kərimov, müxalifətdəki passivliyə və bacarıqsızlığa görə həmkarlarını o ki var "sürüyüb". Yəni, müxalifət bu gündədir, bunlar isə, sadəcə, məzələnirlər. Bununla Ə.Kərimov həm də öz partiyasının daxilindəki "razborka"lardan diqqəti yayındırmaq istəyib. Ə.Kərimov, birinci növbədə, qurultay məsələsini arxa plana keçirmək istəyir. Neçə dəfə "Yurd" şefi bu məsələni mərkəzi aparat qarşısında qaldırsa da, bu, baş tutmayıb. Çünki partiyada hazırkı durumdan narazı olan və Ə.Kərimovun apardığı siyasətə qarşı çıxan narazı funksionerlər, qurultayın baş tutmaması üçün açıq fəaliyyətə başlayıblar. Hətta həbsdə olan "Azadlıq" qəzetinin redaktoru Qənimət Zahidovun da Ə.Kərimova qarşı çıxanlarla bir cəbhədə olduğu məlum olub. Səbəb kimi isə, "Yurd" şefinin son bir neçə il ərzində AXCP (i)-ni rüsvay edən siyasət yürütməsi, bu, azmış kimi, "mavi koloniya"nın da işə salınmasıdır.
Ə.Kərimov bütünlüklə "mavi" olduğu deyilən şəxsləri partiyaya çəkməklə, əslində, AXCP (i)-nin hansı "quşun yuvası" olduğunu bütün hamıya bəyan etmiş oldu. Bu isə, "Yurd" funksionerlərinin kəskin reaksiyasına səbəb olub. Ona görə də, neçə müddətdir ki, partiya funksionerləri rayon təşkilatlarına təsir edərək konfransların keçirilməsinə əngəl törədirlər.
"Yurd"dan verilən məlumatda da açıq deyilir ki, belə gedişlə qurultay keçirmək, ən azından gələn ilin fevralınadək, çətin ki, mümkün olsun. Amma nə demək olar? Çünki bu dünya üzündə nə qədər əcaib şeylər varsa, bu radikal düşərgədə toplanıb.
O da bəllidir ki, AXCP (i) ilə yanaşı, AMİP də bu məsələ üstündə baş sındırır. Uzun müddətdir ki, siyasi səhnədən kənara çəkilən və AMİP-dəki proseslərdən kənarda qalan Etibar Məmmədov, partiyanın sədrliyinə qayıtmaq və yenidən radikal düşərgədə "yer tutmaq" üçün qurultay keçirmək qərarına gəlib. Yəni ki, "mən də varam" demək istəyir. Amma bu, elə xəyaldan başqa bir şey deyil. Çünki AMİP-çilər daha keçən əsrin sonlarında Lefortovo zindanında yatan E.Məmmədova azacıq da olsa hörmət bəsləmirlər. Əksinə, artıq ona qarşı əsil nifrət yaranıb və Etibar bəy etiraf edib-etməsə də, fakt budur ki, onun rəhbərliyinə qarşı çıxanlar, onu dəstəkləyənlərlə müqayisədə həddindən artıq çoxdurlar. Qayıdaq "Yurd"a.
Dünən Ə.Kərimov partiyanın mərkəzi aparat işçiləri ilə müşavirə keçirərək təcili şəkildə onlara rayonlara gedərək qurultaya hazırlıq görməyi və tələsik konfranslar keçirməyi tapşırıb. Partiyadakı mənbələrin xəbərinə əsasən, "Yurd" şefi öz rəqibləri qarşısında biabır olmamaq və qarşıdakı mərhələdə start götürmək üçün mütləq qurultay keçirilməsinin vacib olduğunu deyib və bütün qüvvələrin buna səfərbər olunduğunu vurğulayıb. Amma məsələnin başqa bir tərəfində Ə.Kərimovun bu qərarına görə ciddi peşmançılıq çəkəcəyi də fakt olaraq vurğulanır. Çünki narazı qüvvələr bu məsələnin tələm-tələsik həll olunmasına qarşı çıxırlar və Ə.Kərimovun göstərişi ilə keçirilməsi nəzərdə tutulan qurultayın reallaşmasına sərt təpki göstərirlər. Əli Kərimovu yandıran da elə budur. Amma fakt odur ki, artıq onun qurultay keçirmək və özünü tələm-tələsik lider elan etmək istəyi bu dəfə də puç oldu. Puç olan müxalifət kimi.

Digər xəbərlər