Müxalifət düşərgəsində heç də normal bir qurum kimi özünü nümayiş etdirməyi bacarmayan "ATA" bloku elə çox getmədi ki, fəaliyyətini tamamilə dayandırmalı oldu. "Tərəqqi" partiyasının sədri Çingiz Dəmiroğlu tərəfindən təsis edilən təşkilat, daxili ayrı-seçkilik və fikir arılığı müstəvisində fəaliyətini sona çatdırdı. Doğrudur, təşkilata hamilik etməyə çalışan Ç.Dəmiroğlu, blokun bölünməsini qarşıdan gələn bələdiyyə seçkilərindəki iştirakla əlaqələndirsə də, həqiqət tam əks bir arqumentin olduğunu sübut edir.
"ATA" blokunda təmsil olunan partiyaların hər birinin ayrı-ayrılıqda bələdiyə seçkilərinə qatılacağını bildirən Ç.Dəmiroğlu, məhz bu səbəbdən də müəyyən fikirlərdə müxtəlifliklərin də ortaya çıxdığını bildirib. Qeyd edib ki, blokda təmsil olunan qurumların hər birinin seçiminə hörmətlə yanaşıldığı üçün onların irəli sürdüyü təkliflər də vacib hesab olunub. Ona görə də, blokun fəaliyyətinin müəyyən bir müddətə dayandırılmasını da normal qarşılamağın vacib olduğunu bildirən Ç.Dəmiroğlu, müxalifət düşərgəsində baş verənlərin də müəyyən mənada blokun iş fəaliyyətinə təsir etdiyini qeyd edib.
Onsuz da acınıcaqlı dövrlərini yaşayan müxalifət düşərgəsində kimin hansı qütbə xitam etdiyini müəyyənləşdirmək əməlli-başlı problemə çevrilib. Bu mənada da müxalifət düşərgəsində sağlam düşüncəli bir adama və partiyaya rast gəlmək absurd görünür. Bəlkə də düşərgədə ağzını havaya tutub duranlar bunu təsdiq etməzlər, amma fakt faktlığında qalmaqdadır. Satqınçılıq və ikiüzlülüyün sonu hara qədər olacaqdısa, müxalifət düşəgəsində olanların da aqibəti o cür oldu. Çünki müxalifət zaman-zaman Azərbaycan xalqına yalan danışaraq, onu aldadıb, indi onlar nə üzlə xalqın üzünə baxırlar. Bu baxımdan da, müxalifətdəki dəmiroğluların, qəmbərovların və kərimovların kim olduğunu onsuz da cəmiyyətimiz çox gözəl bilir. Ona görə də, belə bir məqamda onların kimliyi və ən işlə məşğul oldması barədə geniş oxucu kütləsinə məlumat verməyin özü də vacib məsələ deyil. Amma bütün bunlara rəğmən müxalifət düşərgəsində olanlar istənilən bir çirkin oyunun arxasından çıxmaqla nə yuvanın quşu olduqlarını açıq şəkildə bilirlər. "ATA" blokunda olanlar və ona formal sədrlik edən Ç.Dəmiroğlu da belələrindəndir. Onların müəyyən vaxtlarda xalqımızın xeyrinə olmayan istənilən prinsiplərdə öz maraqlarını önə çəkdiyini hamı görüb. Bu mənada da, Dəmiroğlu kimilərinin vaxtı çoxdan çatıb. Amma nədənsə onlar öz çirkin niyyətlərini ortaya qoymaqla özlərinə qarşı nifrəti daha da artıqmaqla məşğuldurlar.
"ATA" blokunun buraxılması fonunda digər müxalifət partiyaları da artıq özlərinin mövcud olmayan mövcudsuzluqlarını açıq şəkildə bildirməklə, siyasi səhnəni tərk etməyə məcbur olublar.