Eldar Namazovla İqbal Ağazadə arasında növbəti qalmaqal
Son zamanlar müxalifət düşərəgəsindən baş verən yeni münaqişələr növbəti qalmaqalın daha geniş şəkil almasına səbəb olub. Elə bunun nəticəsidir ki, daha çox bir-birini görməyə gözü olmayan müxalifətçilər, açıq şəkildə mübarizə aparmaqdan belə çəkinmirlər. Baş verən qalmaqal isə, daha çox şou müğənnilərin gündəmdə qalmalarına bənzəyən radikal müxalifət liderləri, biri digərini təhqir etməklə, özlərinə imic qazanmağa çalışırlar. Deyilənlərə əsas olaraq, bu günlərdə ANS kanalında "Daha doğrusu" verilişində müzakirələrə qatılan müxalifət "lider"lərinin açıq efirdən qarşı-qarşıya dayanaraq bir-birilərini təhqir etmələridir. Qeyd edək ki, belə debat-görüşlərin tez-tez keçirilməsi onların iç üzünü aydın şəkildə nümayiş etdirir.
Növbəti görüş "ANİF" sədri ilə "Ümid" lideri arasında keçirildi. Əvvəlki görüşlərdə olduğu kimi, bu görüşdə də, hər iki liderlər arasında dava-dalaşın düşdüyü, niyə bu iki şəxs arasında dərin fikir ayrılıqlarının olduğunun şahidi olduq. Qəribə görünən isə odur ki, ağızdolusu birlikdən danışan müxalifət liderləri, verilən efir imkanından da əxlaqlı istifadə edə bilmir. Elə bu səbəbdəndir ki, 16 ildən artıq müddət ərzində vahid bir nöqtəyə yıxınlaşa bilmir və biabırçı uğursuzluğa düçar olurluar.
Bu gün müxalifət düşərgəsində qanlı düşmənçilik və nifrət prinsipləri ilə hələ fəaliyyət göstərən partiyalar növbəti bələdiyyə seçkiləri ərəfəsi yeni qalmaqal yaratmaqdadır. Misal olaraq keçmiş AXC-nin köynəyindən çıxmış AXCP (i), "KAXCP", BAXCP və Böyük Quruluş partiyaları arasında heç bir normal münasibətdən söhbət belə gedə bilməz.
Doğrudur, BAXCP və Böyük Quruluş partiyaları arasında sonradan bir qədər mülayim münasibətlər yaransa da, bunu heç də daimi qiymətləndirmək sadəlövhlük olar. İkinci bir səbəb isə, müxalifət düşərgəsində artıq köhnə və çürük təfəkkürlü münaqişələrin aparılmasıdır. Əgər müxalifət öz mübarizəsini birbaşa efirdən elan edirsə, bunun nəyini köhnə adlandırmaq olar? Amma bir qədər geriyə nəzər saldıqda, o dövrlərin hakimiyyəti illərində belə davalar adi hal idi. Hətta insanların da gözü onların bu hərəkətlərinə bir növ adət etmişdi. Çünki həmin vaxtlarda açıq efirlərdən nəinki bir-birilərini it kimi döyməklə hədələdəyini və yaxud da, əxlaqsız fikirlər söylədiklərini Azərbaycan cəmiyyəti çoxlu sayda görüb. Lakin 16 ildən sonra üzlərinə efir açılan İqbal Ağazadə ilə Eldar Namazov kimilərinin hansısa müəyyən dəyişikliklərin baş verməsinə inanmaq da ağılsızlıq olardı. Elə bu səbəbdəndir ki, bu gün müasir cəmiyyətdə müasir qaydalarla didişdiklərini göstərməkdən usanmadılar. Necə ki, onlardan öncə Sülhəddin Əkbərlə Akif Nağı belə didişməni ayıb hesab etməmişdilər.
Vəziyyətdən usanan E.Namazov İ.Ağazadə kimi danışığını, sözünü bilməyənlərdən uzaq olmağı daha əhəmiyətli olduğunu bildirib. Qeyd edib ki, İ.Ağazadə hər zaman oyun oynamağı, istənilən birliyi pozmağı bacarandır. Bundan isə, qürur duymaq lazım deyil. Qürur o şeydən duyular ki, birlik yaradasan. Ona görə də, müxalifətlə, eləcə də, siyasət aləmi ilə vidalaşmaq ən yaxşı çıxış yoludur. Bir də düşərgədə təmsil olunanlar və müxalifətdə olmaqları ilə "qürur" duyanlar bilməlidir ki, böhtan atmaq, hay-küy salmaq heç də güclülüyü təsdiqləmir. Ona görə də, siyasət onlarlıq deyil. Elə götürək, AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov, "MBH" lideri Lalə Hacıyeva, ALP-nin sədr əvəzi Əvəz Temirxan və digər bu tip simasızların bacardıqları ikiüzlülük və satqınçılığın siyasətə heç bir dəxli olmayan şeydir. Ancaq təəssüf ki, dünyagörüşünə, savada malik olmayan radikal "bəylər", bütün bu çirkin əməlləri siyasət adlandırırlar. Əfsuslar olsun ki, belə siyasətdə olmaq və xalqın nifrət hədəfinə çevrilməmək üçün də İ.Ağazadə kimilərin təmsil olduqları düşərgəni tərk edirəm.