AXCP (i) ilə “KAXCP” köhnə ədavətə yeni rəng qatmaq istəyir
Uzun müddətdir ki, keçmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının pərən-pərən düşmüş qolları arasında münaqişə səngimək bilmir. AXC lideri Əbülfəz Elçibəyin vəfatından sonra buradakı şəxslərin şəxsi ambisiyalarını açıq şəkildə ortaya qoymaları, partiyanı bir neçə qola ayırmalı oldu. Amma bütün bunlar isə AXC-nin fəaliyyətinin sonluğu bahasına başa gəldi. Məhz adı çəkilən qurumun dağılmasından sonra, onun yerində AXCP (i), "KAXCP", BAXCP, Böyük Quruluş, "Aydınlar" kimi partiyalar yaranmağa başladı və bundan sonra da yaradılması nəzərdə tutulan qurumlar mövcuddur. Digər tərəfdən, buradakı qüvvələr düşmənçilik prinsipi ilə bir-birindən ayrılmalı oldular.
Doğrudur, hələ indiyədək kimsə AXC-in parçalanmasını boynuna götürməsə də, fakt ondan ibarətdir ki, bu baş verib. Əsas məqam isə tamam başqa mətləblərin üstünə işıq salmış olur. Çünki məhz Ə.Elçibəyin vəfatından sonra indi pərən-pərən düşmüş qüvvlər bir-birini ona xəyanət etməkdə suçlamağa başladılar və bu suçlamalar indi də qalmaqdadır. Amma heç kəs irəli durub, əsil həqiqəti söyləmək istəmir. Bəlkə də, elə bu səbəbdəndir ki, AXC-nin keçmiş üzvləri bir-birinin eyiblərini bildiklərinə görə belə bir addım atmaqdan boyun qaçırırlar.
Digər bir fakt isə ondan ibarətdir ki, indi də az qala bir-birinin ətini yeməyə hazır olan cəbhəçilər, yaratmış olduqları qurumları da qarşı-qarşıya qoymaqla ürəklərinin odunu söndürə bilmirlər. Əsil reallıq isə ondan ibərətdir ki, istənilən bir formada maraqlar müstəvisində toqquşan tərəflər, köhnə ədavətdən çıxış edərək, öz prinsiplərini irəli çəkməyə çalışırlar. Bu da ki, özlüyündə daha kəskin və acınacaqlı olayların baş verməsi ilə nəticələnir. Bariz nümunə kimi dəfələrlə "KAXCP" və AXCP (i) qərargahlarında cəbhəçilərin əlbəyaxa olmaları, qanlı düşməçilik münasibətlrindən çıxış edərək bir-birlərinə olmazın söyüş və təhqirlər yağdırmaları sübut edir ki, onların nə vaxtsa, normal münasibətdə olacağını söyləmək qeyri-mümkündür.
AXCP (i) sədri Əli Kərimovla "KAXCP" sədri Mirmahmud Fəttayev arasında yenidən qızışan ədavətdə məhz bu prinsiplərə söykənir. Bir-birini gözü görmək istəməyən şəxslər, indi daha açıq formada mübarizə metodu seçiblər. Artıq on ilə yaxındır ki, bu iki şəxs arasında qanlı düşmənçilik açıq və qapalı formalarda davam etdirilir.
Doğrudur, tərəflər müəyyən bir müddət öz maraqlarına xidmət edən məqamlarda sakit fəaliyyət prinsipinə üstünlük vermişdilərsə, indi bu sabitlikdən əsər-əlamət qalmayıb. Çünki yenicə yaradılmış olan "Respublika" və "Qarabağ" təşkilatlarına üzvlərin toplanması Ə.Kərimovla M.Fəttayevi yenidən qarşı-qarşıya qoyub. Ona görə də, onların bu mübarizəsi artıq kəskin şəkil alıb.
"KAXCP" sədri M.Fəttayev dəfələrlə Ə.Kərimovun siyasətdən uzaq adam olduğunu, onun tamam başqa yuvanın quşu olduğunu bildirir. Hətta "KAXCP" üzvləri açıq formada və partiya toplantılarında Ə.Kərimovun adı çəkildikdə, lənət olsun şeytana ifadəsini işlədirlər. Öz növbəsində, AXCP (i)-də olan funksionerlər də, rəqibərini cavabsız qoymayaraq, onaları Ə.Elçibəyin qurub yaramış olduğu partiyanı dağıtmaqda suçlayırlar. Bütün bunlar isə, onu göstərir ki, adi partiya üzvü səviyyəsində başlanan münaqişələr partiya sədrləri səviyyəsinə çatdıqda vəziyyət daha ağır və kəskin olun.