PDF Oxu

Müxalifət

  • 12

Müxalifətçilərin “Ümid” görüşü və yeni müəmmalar

Müxalifətçilərin “Ümid” görüşü və yeni müəmmalar
Müxalifət düşərgəsində bu günlərdə böyük əks-səda doğuran "Ümid" partiyasında keçirilmiş görüş, nəticə etibarilə tərəflərin yenidən üz-üzə dayanmasına gətirib çıxarıb. Uzun müddət idi ki, müxalifət düşərgəsində konkret hədəfləri olan münaqişə baş vermirdi. Məhz bu görüşün düşərgəni yenidən çalxalayacağını söyləmək olardı. Artıq "Ümid" partiyasının qərargahında, müəyyən mənada, söz-söhbətlərin yarandığını müşahidə etmək olar. Amma onların nədən belə bir toplantıda məcburi qaydada iştirak etdiyinin digər səbəbləri isə mövcud vəziyyətlə əlaqələndirilir. Hazırda müxalifət düşərgəsindəki vəziyyəti təhlil etsək, görərik ki, buradakı durum olduqca acınacaqlıdır. Əlləri bütün mənbələrdən üzülən müxalifət qurumları indi, sadəcə olaraq, daxili proseslər hesabına öz mövcudluqlarını hiss etdirməyə çalışırlar. Maraqlı bir məqam isə ondan ibarətdir ki, düşərgədə mövcud olan qaydalar da buradakı mənfi auranın yaranmasına səbəb olur. Bir fakt isə ondan ibarətdir ki, istənilən formada bir-birinə qarşı dayanmış qüvvələrin "Ümid" partiyasında bir araya gəlmələri, birmənalı olaraq, xarici sifarişlə əlaqələndirilir. Ola bilsin, "Soros" fondundan yeni maliyyə və göstərişlər almış Müsavat başqanı İsa Qəmbərova bu istiqamətdə də tapşırıqlar verilir. Məhz düşərgə fəallarının belə bir formatda görüşünün qeyri-müəmmalı şəraitdə keçirilməsi, digər tərəfdən, AXCP (i) sədri Əli Kərimovun da xarici təşkilatlardan yeni sifarişlər alması ilə eyni vaxta təsadüf etdi. İndi isə ortalıqda olan faktlar müxalifət yetkililəri arasında nəyi bölüşdürdüyü və nəyi müzakirə etdiyə də gün kimi aydındır. Daha çox xarici donor təşkilatların qanadı altına sığınan "Azadlıq" bloku, Müsavat partiyası, "Ümid" partiyası konkret məsələ uğurunda bir araya gələrək, yeni imkanlar əldə etməyi müzakirəyə çıxarıblar. Heç bir siyasi mənsubluğu olmayan müxalifət qurumu öz maliyyə mənbələrini hələ də açıqlamır. Bu isə, özlüyündə "Ümid" partiyasında keçirilmiş görüşün tərəflərinə işıq salır. Bütün bunlar müxalifçilərin keçirdikləri görüşün təfərrüatlarını ictimaiyyətə bəlli etmiş olur. Maraqlı məqam isə ondan ibarətdir ki, heç bir səbəb göstərməyə-göstərməyə, Ə.Kərimovun əlini-qolunu sallayıb "Ümid" qərargahına gəlməsidir. Çünki həmin günə qədər İ.Ağazadədən zəndeyi-zəhləsi gedən Ə.Kərimovun onun qapısına gəlməsi, sadəcə olaraq, ikrah hissi doğurur. Eyni zamanda, qeyd etmək lazımdır ki, İ.Ağazadə də AXCP (i) sədrini səmimiliklə qəbul etməyib. Əldə etdiyimiz məlumata görə, hətta tərəflər arasında danışıqlar gedən zaman, İ.Ağazadə bir neçə dəfə Ə.Kərimovun sözünü kəsərək, danışığına müdaxilə edib. Görüşün sonunda isə İ.Ağazadənin qərargahına təşrif buyurmuş şəxslərlə səmimi söhbət əsnasında, çay süfrəsinə əyləşənlər arasında Ə.Kərimovun olmadığı da nəzərə çatdırılır. Məhz bu cür hallar tərəflər arasında hələ də aradan qalxmamış prinsiplərin olduğundan xəbər verir.

Digər xəbərlər