Radikallar maliyyə hesabatlarını niyə açıqlamırlar?
Bütün dünyada olduğu kimi, ölkəmizdə də hər bir siyasi partiya öz maliyyə hesabatını ictimaiyyətə açıqlamalıdır. Lakin Azərbaycanda hakim partiyadan başqa heç bir müxalifət partiyası öz gəlirləri barədə məlumat vermir. Bu da gizli məqamlardan xəbər verir.
Belə ki, heç kəsə sirr deyil ki, radikallar satqınçılıq etməklə xarici "sinyorlar"dan qrant, daha dəqiq desək, "tulapayı" alırlar. Hətta bəzi məlumatlara görə, elə radikal müxalifət artiyası var ki, onlar xaricdəki erməni iş adamlarının pulu ilə siyasi "fəaliyyət" göstərirlər. Belə olduğu halda onların maliyyə hesabatı vermələri inandırıcı deyil. Çünki belə olduğu halda Müsavat başqanı İsa Qəmbərovun, AXCP (i) sədri Əli Kərimovun, "MBH" lideri Lalə Hacıyevanın, ADP sədri Sərdar Cəlaloğlunun və digər "bəy"lərin iç üzü açılacaq və onların hansı "əqidəyə", xarici qüvvələrə xidmət etdiyi hər kəsə məlum olacaq.
Onsuz da adları çəkilən "bəylər"in iç üzü hamıya bəllidir. Belə ki, xalqımız radikalların hansı əqidəyə qulluq etdiyini çoxdan bilir. Hər kəs "bəy"lərin satqın, ikiüzlü və hansı əməllərinə görə xarici cənablardan qrant aldığını yaxşı bilir. O da heç kəsə sirr deyil ki, bunlar beş manat pula görə öz xalqını, Vətənini, əqidəsini pula satan insanlardır. Məhz bütün bunların nəticəsidir ki, onlar neçə illərdir hakimiyyətə gələ bilmirlər. Bir zaman radikal "bəy"lər xaricdə yaşayan Rəsul Quliyevin maliyyə yardımından bəhrələnirdilər. Sonradan bu yardımdan da əlləri üzülən "bəy"lər digər xarici qrantlara ümid bəslədilər. Deyəsən, onlardan da əlləri üzülən radikallar "sponsor" axtarışlarına çıxıblar. Bu, hələ öz müsbət nəticəsini verməyib və şübhəsiz ki, belə də olacaq.
Deyəsən, maliyyə böhranı müxalifət düşərgəsinə mənfi təsirini göstərib. Belə ki, xalqın dəstəyindən məhrum olan, sosial bazası olmayan və xarici qrantlardan əlləri üzülən radikallar dilənçi gününə düşüblər. Əslində, onların vəziyyəti çoxdan pis olub. Lakin beynəlxalq donorların qrantları ilə birtəhər gün keçirən "bəy"lər indi bu yardımdan da məhrum olublar. Yəni, öz dövlətini, xalqını xaricilərə 5-10 man. tulapayına satan radikallar bu peşələrini indi də davam etdirmələrinə baxmayaraq, yetərincə yardım ala bilmirlər. Hətta, buna görə, Müsavat başqanı İ.Qəmbərov, AXCP (i) sədri Ə.Kərimov, "MBH" lideri L.Hacıyeva və digərləri bir araya gələrək, bu problemdən çıxış yollarını müzakirə ediblər. Düşərgədə isə vəziyyət get-gedə daha da pisləşir.