Etibar Məmmədov yenidən AMİP sədri olmaq istəyir
Müxalifət düşərgəsində hər zaman qeyri-adi proseslər, hadisələr baş verməkdədir. Radikal "bəy"lər həmişə "siyasi şou"ları ilə gündəmdə qalmağa cəhd edirlər. Sözsüz ki, xalqın dəstəyindən məhrum olan və heç bir sosial bazası olmayan müxalifət heç vaxt normal fəaliyyət göstərə bilməz. Buna görə, xarici "sponsur"larına üz tutan AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov, "MBH" lideri Lalə Hacıyeva və digər bu tipdə olan düşərgə təmsilçiləri hətta bir-birlərini təhqir etməkdən belə çəkinmirlər. Belə olan halda, o cür anormal insanlardan nə isə yaxşı iş gözləməyə dəyməz.
AMİP də neçə müddətdir ki, sədr problemini çözə bilmir. Yəni, partiya hələ də öz sədrini seçə bilməyib. Belə ki, Etibar Məmmədov AMİP sədrliyindən istefa verərək, özünü partiya lideri elan etməsi partiyadaxili vəziyyəti daha da kəskinləşdirib. Onsuz da normal fəaliyyəti olmayan və digər müxalifət partiyaları kimi sosial bazası həddindən artıq zəif olan AMİP-in E.Məmmədovun partiya lideri olmasından sonra vəziyyəti bir qədər də mürəkkəbləşib. Yəni, adıçəkilən partiya hələ öz sədrlərini seçə bilməyib. Belə ki, heç kəs E.Məmmədovun liderliyi altında AMİP sədri kimi fəaliyyət göstərmək istəmir. Onsuz da Etibar "bəy" partiyaya nəzarəti öz əlində saxlayıb. Ancaq məlumata görə, AMİP lideri yenidən adıçəkilən partiyanın sədri olmaq istəyir və bununla o, siyasi "fəaliyyəti"ni davam etdirmək niyyətindədir. Buna görə, E. Məmmədov partiya funksionerlərini bir araya toplayaraq, onlara sədr olmaq niyyətini açıqlayıb. Təbii ki, hələ də sədr problemi ilə yaşayan partiya nümayəndələri bu təklifə razı olduqlarını bildiriblər.
E.Məmmədovun bu qərarı AMİP-çilər tərəfindən müsbət qarşılansa da, digər radikal müxalifət partiyalarının rəhbərləri tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, Müsavat başqanı İ.Qəmbərov "E. Məmmədov bundan əvvəl sədr olanda guya normal fəaliyyət göstərib ki, yenidən partiya sədri olmaq istəyir?"-deyə vurğulayıb.
Beləliklə, AMİP lideri E. Məmmədovun yenidən keçmiş postuna qayıtmaq istəyi, partiya sədr olması radikal düşərgədə hələ də qeyri-müəyyən və anormal proseslərin baş verdiyindən xəbər verir.