PDF Oxu

Müxalifət

  • 8

Düşərgədə cəbhələşmə prosesi kəskin hal almaqdadır

Düşərgədə cəbhələşmə prosesi kəskin hal almaqdadır
Prezident seçkiləri və referendumdan müəyyən vaxt keçməsinə baxmayaraq, hələ də müxalifət daxilində davam edən inteqrasiya prosesi nəticə vermir. Prezident seçkilərindən öncə elan olunmuş "Müxalifətin Əməkdaşlıq Mərkəzi" bu gün arzu olaraq qalmaqdadır. "MƏM"-in müvəqqəti birlik olmadığını görən Müsavat susur, AXCP (i) isə şərtlərini diqtə edir. Bunu nəticəsi isə eforiyadır.
Yaranmış vəziyyətdən çıxmaq istəyən bu qüvvələr birgə fəaliyyət planının hazırlanılacağını deyən radikallar, nə fəaliyyət planı hazırladılar, nə də yeni birlik yarada bildilər. Üstəlik, "Azadlıq" bloku ilə Müsavatın birlik təşəbbüslərinə nəinki qoşulan oldu, əksinə, bu iki qüvvə arasında narazılıq başlandı.
Səbəb isə, "Azadlıq" bloku Müsavatın bu quruma daxil olmasını, blokun genişlənməsini təklif edir, Müsavat isə "KAXCP", ADP, AMİP-in də yeni yaranacaq birliyə qoşulmasını istəməsidir. Bu fikir dartışması sonda mətbuat savaşı ilə bitdi. Amma baş tutmadı. Hazırda Müsavatyönlü mətbuatda "Azadlıq" blokuna daxil olan partiyalar, AXCP (i)-nin qəzetlərində isə Müsavat aşağılanır, müxalifətin birliyini pozmaqda suçlandırılır. Maraqlıdır ki, Müsavat partiyasının rəhbərliyində olanlar da baş verənlərə münasibətdə yekdildirlər. Onlar hesab edir ki, Müsavat təkadamlıq "ANİF", ALP və "VİP"-lə deyil, yalnız yerli strukturları olan AXCP (i) ilə müttəfiqlik edə bilər. Bu fikir isə, "Azadlıq" partiyalarının qəzəbinə səbəb olub.
"VİP" və ALP liderlərinin mətubata verdiyi açıqlamasında bildirilir ki, Müsavatın özü gücdən düşdüyü üçün bu partiyanın "Azadlığ"a daxil olmasını təklif edirlər. AXCP (i), isə hələ ki, susmağı daha əhəmiyyətli addım hesab edir. Siyasi analitiklərə görə, bu, AXCP (i)-nin hazırkı gərgin vəziyyəti ilə bağlıdır. Bəllidir ki, bu fakt, ilk növbədə, Ali Məclisin sabiq sədri Qulamhüseyn Əlibəylinin yeni partiya yaratması ilə bağlıdır. Belə ki, Q.Əlibəyli yaratdığı "Aydınlar Partiyası"nın AXCP (i)-dən sosial baza qoparacağına inanır. Q.Əlibəyli, həmçinin, bildirir ki, 2010-cu ildə keçiriləcək parlament seçkilərinə ümid edən radikallar, hələ də biabırçı uğursuzluqlarından utanmaq əvəzinə, yenidən birlikdən danışırlar. Lakin bu kəslər yaxşı olardı ki, Molla Nəsrəddinin ibrətamiz nəsihətlərini oxusunlar. Yəni, demək istəyirəm ki, ... palçığa batanda, bir də o yolu keçmir. Ona görə də, fərdi maraqları öndə tutanlar bu prosesin bir daha qurbanı olacaqlar. Daha dəqiq desək, 3-4 nəfərdən ibarət olan və özünü "ana müxalifət" adlandıranlar qarşıdan gələn parlament seçkilərinə kimi meydanda tək özlərini görəcəklər. Müsavatyönlü mətbuatda gedən yazılarda da bildirilir ki, artıq AXCP (i)-nin cənub rayon şöbələri "Aydınlar Partiyası"na üz tuturlar. Müsavatın qara piarının güclənməməsi üçün AXCP (i) isə öz diqtəsini davam etdirir. Bu isə, o deməkdir ki, radikal düşərgə yeni bir qarşıdurma zonasına çevrilir. Görünür, qarşıdakı parlament seçkiləri ilə bağlı müxalifətin cəbhələşməsi prosesi daha kəskin şəkil alacaq.

Digər xəbərlər