PDF Oxu

Müxalifət

  • 5

Sərdar Cəlaloğlu Rəsul Quliyevə məktub yazıb

Sərdar Cəlaloğlu Rəsul Quliyevə məktub yazıb
Azərbaycan Demokrat Partiyası müxalifət düşərgəsində ən dəyəmədüşər qurumlar sırasında vaxtaşırı olaraq qeyri-ciddi addımlarla diqqəti cəlb edir. Partiyanın yarandığı gündən məhz bu yolu tutması da ona rəhbəlik edən şəxsin malik olduğu imkanlarla müəyyənləşir. Müxalif düşərgədə bir o qədər də tərəfdarı olmayan ADP istənilən bir məqamda özünü daha çevik və dürüst partiya olaraq gözə soxmağa çalışır. Bu baxımdan da, qurum rəhbəri Sərdar Cəlaloğlu düşərgədə daha çox sərbəst ifadələri ilə kimlərinsə hiddətinə, kimlərinsə marağına səbəb olur. Elə bu səbəbdən də yavaş-yavaş populyarlıq qazanan S.Cəlaloğlu, yeni-yeni oyunlar və fəndlərə işlətməklə gündəmin nəbzini tutmağa çalışır.
Partiyasını müəyyən bir müddət ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyevin pulları hesabına saxlayan S.Cəlaloğlu, sonradan naməlum səbəblərdən onunla aralarında yaranan problemlərdən dolayı yollarını ayırmalı oldular. Az keçmədi ki, Sərdar "müəllim" daha bir addım addım atacağı barədə şayiələr yaydı və bunun ardınca müxalifət düşərgəsində olan məsləkdəşlarını tənqid atəşinə tutdu. Bundan sonra isə bəyanatla iqtidarı dəstəkləyən siyasət yürüdəcəyini bildirdi. Elə bu söhbətin ardınca müxalifət düşərgəsini özünə qarşı yönəldən S.Cəlaloğlu, uzun müddət diqqət mərkəzində qaldı. Davamlı şəkildə onun bu addımına qarşı çıxanları tənqid və təhqirlə susdurduqdan sonra özünü xarici donorların ixtiyarına verdi.
Uzun müddət xarici donor təşkilatlardan maliyyə qoparmaq üçün var-gəl edən S.Cəlaloğlu, niyyəti baş tutmadıqda, onları da bir ağız söyüşlə cavabsız qoymadı. Proseslərin gedişini diqqət mərkəzində saxlayaraq umduğu yerlərdən pul almaq ona müyəssər olmasa da, digər iddiası gerçəkləşdi. Onun həmin iddiası isə uzun müddət diqqət mərkəzində qalmaqdan ibarət idi. Çünki o və ona yaxın olan müxalifət yetgililəri nə olursa-olsun gündəmdə qalmaq istəyirlər. Əsas kiminsə adının müzakirə predmeti olmasıdır, fərqi yoxdur hansı məsələdir. S.Cəlaloğlu da bu prinsipi əlində rəhbər tutaraq ucuz reklam olunurdu. Amma heç də işləri yağ kimi getməyən ADP lideri, maliyyə imkanlarını genişləndirmək üçün ara-sıra fəndlər də işlədirdi. Məhz davamlı şəkildə özünü gözə gətirən S.Cəlaloğlu pulu qurtardıqdan sonra kimə olsun ağız açamağı özünə rəva bilirdi. 
Elə bu səbəbdən də ötən gün məlum olub ki, ADP sədri S.Cəlaloğlu keçmiş məsləkdaşı ABŞ-da yaşayan Rəsul Quliyevə məktub göndərib. ADP sədrinin məktubda nə yazmasından və ondan nə istəməsindən asılı olmayaraq, o, bu məktubu yazıb. Digər bir məqam isə ondan ibarətdir ki, etibarlı mənbələrimiz S.Cəlaloğlu yaranmış durumda ona köməklik üçün R.Quliyevdən yardım istəyib. Daha bir məlumatda isə S.Cəlaloğlunun müəyyən bir müddət müxalifət tərəfindən heç də birmənalı şəkildə qəbul edilmədiyi və eyni aqibəti R.Quliyevin də yaşadığı, yaranmış situasiyanı dəyərləndirərək onunla yenidən həmrəy olduğunu bildirmək üçün məktub yazıb. Amma S.Cəlaloğlu özü üçün sirr saxladığı bu məsələ ilə bağlı, hələlik, məlumat vermək istəmir. S.Cəlaloğlunun R.Quliyevə yarınaraq ondan köməklik və dəstək umması barəsində isə daha ətraflı məlumat əldə etmək üçün araşdırmalarımız davam edir.

Digər xəbərlər