PDF Oxu

Müxalifət

  • 9

Radikalların “hərəkatı” fəaliyyətini dayandırdı

Radikalların “hərəkatı” fəaliyyətini dayandırdı
Hər seçki və ya referendum zamanı ölkə müxalifəti heç bir qüvvəyə, siyasi imkana və dəstəyə malik olmayan blok yaradırlar. Özləri isə məğlubiyyətlərini əvvəlcədən bilərək, seçkilərə qatılmır və "boykot"a əl atırlar. 18 mart referendumunda isə "bəy" lər "Respublika və Qarabağ Uğrunda Hərəkat" yaratdılıar.
Hər zamankı kimi, bu dəfə də radikalların yaratdığı hərəkat sosial bazası və xalq tərəfindən heç bir dəstəyi olmayan bir qurum idi. Təbii ki, belə olan tədqirdə bəylərin yaratdığı blok və ya hərəkatın hər hansısa "effekt" verəcəyini gözləmək düzgün olmazdı. Sözsüz ki, belə də oldu. Yəni, radikalların yaratdığı bu hərəkat da iflasa məruz qaldı. Bu qurumu yaradan "MBH" lideri Lalə Hacıyeva, AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov və digər "bəy"lərin yaratdığı hərəkatdan nə gözləyəsən? Məhz bütün bunların nəticəsidir ki, radikalların qeyd olunan hərəkatı fəaliyyətini dayandırdı və "bəy"lər yenidən məğlubiyyətlə üzləşdi. Bütün bunlara görə, radikallar bir-birlərini ittiham edirlər.
Belə ki, "MBH" lideri L.Hacıyeva müxalifətin uzun illərdir məğlubiyyətə düçar olmasında AXCP (i) sədri Ə. Kərimovla, Müsavat partiyasının rəhbəri İ.Qəmbərovu suçlayır: "Müxalifət neçə illərdir ölkəmizdə keçirilən bütün prezident, parlament, bələdiyyə seçkilərində məğlub olur. Bu, radikalların siyasi fəaliyyətsizliyindən irəli gəlir. Bütün bunlara görə də hər birimiz məsuliyyət daşıyırıq, lakin ən çox məsuliyyəti isə AXCP (i) sədri Ə.Kərimovla Müsavat başqanı İ. Qəmbərov daşıyır. Məhz neçə illərdir onların yarıtmaz fəaliyyəti nəticəsində, məsuliyyətsiz hərəkətlərinə görə, müxalifət belə problemlərlə üzləşir. Ona görə də, onlar ciddi seçim etməlidirlər, yəni, ya siyasətdən getməli, ya da fəaliyyətlərində əsaslı dönüş yaratmalıdırlar"-deyə L. Hacıyeva "bəy"lərə qarşı ittiham səsləndirib. Öz növbəsində, qarşı tərəf də MBH liderini cavabsız qoymayıb. Belə ki, Müsavat başqanı L. Hacıyevanı siyasətdən uzaq şəxs adlandıraraq, onu sözlərinə fikir verməyə çağırıb. AXCP (i) sədri Ə. Kərimov isə müxalifətin acı duruma düçar olmasında "MBH" liderini günahkar bilib.
Beləliklə, müxalifət heç zaman bir olmayıb və bir-birlərini ittiham ediblər. Çünki onlar şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Əslində, radikal düşərgənin iflic olmasında "bəylər"in hər biri-AXCP (i) sədri Ə. Kərimov, ADP sədri Sərdar Cəlaloğlu, "MBH" lideri L. Hacıyeva, Müsavat başqanı İ. Qəmbərov günahkardır. GÜNAHKAR "BƏY"LƏR öz əməllərinin cəzasını çəkillər. Hər zaman qarşıdurma, parçalanma müxalifət düşərgəsinin gündəmini zəbt etməkdədir. Bütün bunlar haqqında söhbət gedən düşərgənin süqutundan xəbər verir.

Digər xəbərlər