PDF Oxu

Müxalifət

  • 10

Radikallar arasında yeni münaqişə yaşanmaqdadır

Radikallar arasında yeni münaqişə yaşanmaqdadır
Avropalı cənabların 5-10 man tulapayı ilə siyasi "fəaliyyət" göstərən radikal "bəylər", hər zaman qeyri-adi çirkin əməlləri ilə yadda qalmaqdadırlar. Yadda qalmaq hələ hər hansısa bir fəaliyyətdən xəbər vermir. Birincisi, baxır nə cür yadda qalmaq?! İkincisi isə, radikal müxalifət hər zaman siyasətsizlikləri və çirkin əməlləri ilə özlərini gündəmdə saxlayır.
Ancaq, deyəsən, onların da erası bitir. Yəni, fəaliyyətsiz fəaliyyətləri sona çatmaq üzrədir. Xaricilər də "bəylərə" qrant, necə deyərlər, "humanitar yardım" ayırmaqdan imtina ediblər. Müxalifət də satqınçılıq etməyə bir bəhanə tapmayıblar. Əslində, onlar hər zaman ağa qara deməyə vərdişkardırlar və bu yolla pul qazanırlar. Hərənin çörəyi bir işdən çıxır. "Bəylər"in də çörəyi satqınçılıqdan, böhtan atmaqdan çıxır. Onlar bu yolla pul əldə edirlər və özləri üçün xərcləyirlər. Əgər, düşünürsünüzsə, "bəylər" buna görə, xəcalət çəkir, yox, əsla çəkmirlər. Xəcalət çəkmək üçün yəni, utanmaq üçün gərək insanın üzündə su ola, adamın abır-həyası ola. Radikalların üzündə nə su var, nə də abır-həyaları qalıb. Sanki dünyaya satqınçılıq etmək üçün, şər-böhtan atmaq üçün gəliblər.
Radiakallar növbəti hədəflərini də seçib. Bu, Müsavat başqanı İsa Qəmbərovla "ANİF" rəhbəri Eldar Namazovdur. Məlumata görə, bu düşmənçililiyin əsasını İ.Qəmbərovla, "ANİF" rəhbəri qoyub. Belə ki, Konstitusiya referendumu ilə bağlıyaratdıqları "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan "ANİF" rəhbəri indi də qeyd olunan hərəkatı təsirsiz, mənasız qurum adlandırıb. Öz növəbəsində, Müsavat başqanı İ.Qəmbərov ətrafındakılara " müxalifət düşərgəsində normal insan yoxdur. Mən AXCP (i) sədri Ə.Kərimov, "MBH" lideri Lalə Hacıyeva və bu tip insanlarla əməkdaşlıq etmək istəmirəm". Necə deyərlər, kor kora kor deməsə, bağrı çatlayar. İlk növbədə, "ANİF" lideri və İ.Qəmbərov radikal "bəy"lərin xislətinə bələd deyildimi? İkincisi isə bunlar özləri necə normal adamdırlar ki, digər radikalları anormal hesab edirlər.
Radikal "bəy"lər də bütün bunların müqabilində "ANİF" rəhbəri ilə Müsavat başqanı İ.Qəmbərova qarşı hücuma keçiblər. Belə ki, AXCP (i) sədri Ə.Kərimov, "MBH" lideri L.Hacıyeva və ADP sədri Sərdar Cəlaloğlu bir araya gələrək, E.Namazovla Müsavat başqanı İ.Qəmbərova qarşı plan cızıblar. Onlar bir daha belə şəxslərlə əməkdaşlıq etməyəcəklərini bəyan ediblər.
Beləliklə, radikal "bəy"lərlə İ.Qəmbərov və eləcə də, onun "müdafiə etdiyi" "ANİF" rəhbəri arasında münaqişə yaşanmaqdadır. Necə deyərlər, qurd ağacı içindən yeyər. Bu "qurd"lar da öz içlərini yeyib qurtarıblar.

Digər xəbərlər