PDF Oxu

Müxalifət

  • 10

Rəsul Quliyev itkin düşüb

Rəsul Quliyev itkin düşüb
Müxalifət düşərgəsində ara-sıra ciddi proseslər baş verməkdədir. Bir-birinin ardınca düşərgədə baş verən anormal proseslər və partiya sərdlərinin ağılasığmaz tərzədə davranış nümayiş etdirmələri buna bariz nümunədir.
Daxili didişmələr məngənəsində sıxılan müxalifət düşərgəsi indi daha təlatümlü dövrünü yaşamaqdadır. Çünki bir tərəfdən özlərini müxalifətin "ağa"sı kimi göstərən şəxslər, digər tərəfdən isə onların qoyduğu qaydalara tabe olmaq istəməyənlər arasında ciddi qarşıdarma baş verməkdədir. İndiki şəraitdə heç kəs müxalifətin sabahı barədə xoş təəssüratda deyil. Müxalifət partiyaları arasında  aramsız olaraq davam edən münaqişələr də düşərgəni tamamilə iflic edib. Ona görə də, müxalifət məfhumu tamamilə sıradan çıxmaq təhlükəsi ilə üzləşib. Müəyyən bir müddət düşərgə daxilində özünə məskən salmış şəxslər pafoslu bəyanatlar verməklə diqqəti özlərinə cəlb etmək istəyirdilərsə, indi onların quru adı qalıb. Bəziləri artıq tarixin acı taleyi ilə barışmalı, bəziləri isə buradan uzaqlaşmaqla özlərini sığortalamaqla canlarını mövcud təhlükələrdən qurtarırlar.
Müxalif düşərgədə baş verən proseslərə nəzər saldıqda, məlum olur ki, burda daha çox yenilərlə köhnələrin davası üstünlük təşkil edir. Heç bir köhnəlmiş müxalifətçi təzəsiniq qəbul etmək istəmir. Bu da bir faktdır ki, düşərgəyə yeni daxil olan və olmaq istəyən partiya və təşkilatlar böyük təpki ilə üzləşməli olur. Düşərgə təmsilçilərinin sərt təpkisinə məruz qalmış partiyalar sırasında "Açıq Cəmiyyət Partiyası"nı da xüsusilə qeyd etmək olar. Bu qurum yarandığı gündən daha çox qovğalar və qalmaqallarla yadda qaldı. Odur ki, qurum təsis olunan gündən köhnə müxalifətçilər onu təsis edənləri gözümçıxdıya salmaqla, atdıqları addıma peşman etdilər.
 Müəyyən bir müddət Azərbaycan Demokrat Partiyasını maliyyələşdirmiş, sonra isə Sərdar Cəlaloğlu ilə nəyi bölüşə bilmədiklərini bilməyə-bilməyə ayrıldıqdan sonra, təskinlik üçün "ACP"-ni təsis etdirən Rəsul Quliyev indi yağlı "çörək" kimi yoxa çıxıb. ABŞ-dan gələn və gedənlərdən nə qədər soruşsaq da, onu gördüm deyən olmadı. Məhz belə olan təqdirdə, çarə onun hansı şəraitdə və kimlər tərəfindən it-bata düşdüyünü araşdırmaq məcburiyyətində qaldıq. Araşdırmalarımız nəticəsində məlum oldu ki, "ACP" lideri uzun müddət var-dövlət içində yaşayan R.Quliyev davamlı şəkildə məskunlaşdığı Amerika dövlətinin qayda-qanunlarına riayət etmədiyi üçün, o, bir neçə dəfə bu dövlətdən qovulub. Belə olan təqdirdə, onun növbəti dəfə sərxoş vəziyyətdə ABŞ-ın qanun keşikçilərinin hiddətinə tuş gəlməsi aydın görünür. Ona görə də, düşünmək olar ki, R.Quliyev yenə də müvəqqəti olaraq hansısa bir Avropa dövlətinə ekstradisiya edilib. Onun liderlik etmək niyyətində olduğu partiya isə, daha böhranlı bir durumla üz-üzə qalıb. "ACP"-yə formal olaraq sədrlik məsələsini yerinə yetirən Akif Şahbazovun özü də bir müddətdir ki, ortalıqda görünmür.
Əldə etdiyimiz məlumatlarda bildirilir ki, A.Şahbazov 8 aydan artıqdır ki, partiyaya ayaq basmır. Gününün çox hissəsini özünə məxsus bağ evində dincəlməkdə keçirən A.Şahbazov qurum daxilində mövcud ziddiyyətlərdən bezərək, belə bir addım atır.

Digər xəbərlər