PDF Oxu

Müxalifət

  • 11

Radikal müxalifətin sosial bazası yox dərəcəsindədir

Radikal müxalifətin sosial bazası yox dərəcəsindədir
Son zamanlar radikal düşərgədə cərəyan edən gərgin proseslər hər kəsə məlumdur. Belə ki, partiya üzvlərinin müxalifət partiyalardan getməsi radikalların sosial bazasını zəiflədib.
Məsələyə münasibət bildirən "Yurddaş" Partiyasının sədri Mais Səfərli bunu xalqın müxalifətə inamsızlığı ilə bağlı olduğunu bildirdi: " Xalqımız 15 ildən artıqdır ki, radikallara yox deyir. Çünki Azərbaycan xalqı onların iç üzünə bələddir. Ölkə vətəndaşlarının inandığı bir şəxsiyyət var, bu da ulu öndərimizin uğurlu siyasətinin, işıqlı ideyalarının layiqli davamçısı cənab İlham Əliyevdir. O, təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının lideridir. Türkiyə-Ermənistan məsələsində ölkə rəhbərimizin qətiyyətli mövqeyi, milli maraqları hər şeydən üstün tutması, eləcə də, bu məsələdə xalqımızın, bütün türk dünyasının İlham Əliyev cənablarına dəstək olması bunun bir daha bariz nümunəsidir. Yəni, xalq müxalifət qüvvələrini deyil, Prezident İlham Əliyevi dəstəkləyir və hər zaman Onunla birlik nümayiş etdirir. Real həqiqət budur.
Müxalifətin birlik və ya blok şəklində birləşməsinə gəlincə isə " Müxalifət nə vaxt bir olub ki, indi də bir ola. Şəxsən mən onların birliyinə inanmıram. Onlar üzdə bir-birlərinə "dost" desələr də, əslində, onlar hər zaman bir-birlərinin ayaqlarını qazımaqla məşğuldurlar. Budurmu, onların birliyi? Həm də onlar blok şəklində birləşsələr belə, heç nəyə nail olmayacaqlar" deyə M.Səfərli vurğuladı. "Yurddaş" sədri onu da əlavə etdiki, ötən seçkilərdə, həmçinin, 18 mart referendumunda "blok" yaradan müxalifət nə əldə etdi ki, bundan sonra da nə əldə etsin? "Azərbaycanda konstruktiv müxalifət də mövcuddur. Parlamentə təmsil olunan, eləcə də, ölkədə keçirilən seçkilərdə iştirak edən müxalifəti konstruktiv müxalifət hesab etmək olar. Lakin söhbət radikal müxalifətdən gedirsə, mən yenə deyirəm ki, onlar həmişə ağa qara deməklə məşğuldur. Yəni, onların 15 ildən artıq "siyasi fəaliyyəti bundan ibarətdir" deyə M.Səfərli qeyd etdi.
- "Yurddaş" Partiyasının sədri radikalların bu ilin payızında ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində iştirakı məsələsinə də münasibət bildirdi: " İndiyə qədər ölkəmizdə keçirilən bütün seçkilərdə - prezident, parlament və eləcə də, bələdiyyə seçkilərində ağır məğlubiyyətə uğrayan müxalifət, indi də blok şəklində bələdiyyə seçkilərində iştirak etmək istəyir. Əvvəla, onu qeyd edim ki, radikalların sosial bazası yox dərəcəsindədir. Belə olan halda onların istər blok, istərsə də tək şəkildə seçkilərə qatılmasının heç bir mənası yoxdur. Onsuz da xalq onlara yenə yox deyəcək. Çünki Azərbaycan xalqı radikalları heç zaman normal qüvvə hesab etmir. Məhz bütün bunların nəticəsidir ki, radikallar uzun illərdir ki, məğlub olurlar, elikteratını itiriblər. Buna görə də, mən belə hesab edirəm ki, radikal müxalif qüvvələrinin seçkilərdə iştirakı heç bir nəticə verməyəcək".

Digər xəbərlər