PDF Oxu

Müxalifət

  • 10

Lalə Hacıyeva ALP ilə yollarını ayırır

Lalə Hacıyeva ALP ilə yollarını ayırır
18 mart referendumundan sonra müxalifət düşərgəsində təmsil olunan partiyaların vəziyyəti daha da pisləşib. Belə ki, bəzi partiyaların rəhbər sturukturlarında çalışan insanlar öz sədrləri ilə yollarını ayıraraq, yeni siyasi partiya və yaxud təşkilat yaratmaq qərarına gəliblər. Müsavat başqanının keçmiş müavini Rauf Arifoğlunu, AXCP (i)-nin sədr müavini Fuad Mustafayevi misal göstərmək olar.
R.Arifoğlu artıq Müsavatdan ayrılaraq, yeni partiya yaratmasını qətiləşdirib. O, artıq əksər partiya funksianerlərini də öz ətrafına toplaya bilib.  Artıq R.Arifoğlu başqan İsa Qəmbərov əleyhinə Müsavatda kampaniyaya da start verib.F. Mustafayev isə, hələ də, siyasi partiya, yoxsa təşkilat yaratmasını qətiləşdirməyib. Lakin yaxın zamanlarda AXCP(i)-nin sədr müavininin Əli Kərimovla vidalaşması reallığa çevriləcək.
  MBH lideri Lalə Hacıyeva da bir zaman sədri olduğu ALP ilə yollarını ayırır. Belə ki, ALP-nin sədr əvəzi Əvəz Temirxan bir zaman lideri hesab etdiyi L.Hacıyevadan artıq üz çevirib. Yəni, Ə.Temirxan 5-10 nəfər üzvü olan partiyada "MBH" liderinin əleyhinə kampaniya apararaq, ALP-çiləri L.Hacıyeva qarşı çıxarıb. O, partiya üzvlərini bir araya toplayaraq, "MBH" liderindən ayrılmağın vaxtının çatdığını qeyd edib: " Lalə Hacıyeva artıq bir zaman sədri olduğu ALP ilə maraqlanmır. O, nə partiyanı, nə də partiya üzvlərini fikirləşir. Xaricdən aldığı qrantlardan da ALP-yə heç nə ayırmır. Görünür, bir vaxt ona lazım idik deyə bizlə maraqlanırdı, lakin "MBH" yaratdıqdan sonra qrantları özü üçün istifadə edir. Belə lider bizə lazım deyil, onunla əlaqələrimizə son qoymalıyıq".
Ə.Temirxanın bu fikirləri partiya üzləri arasında fikir ayrılığına səbəb olub. Beləki, partiya üzlərinin bəziləri bu fikirlə razı olsalar da, digərləri bunun əleyhinə olub. "Lalə Hacıyeva bizim sədrimiz olub, o cümlədən, Ə.Temirxan ona hörmətlə yanaşmalıyıq. Çünki ALP-nin sədr əvəzinə də çörəyi məhz L.Hacıyeva verib. Gərək, Ə.Temirxan da ona hörmətlə yanaşsın" deyə bəzi partiya üzvləri bildiriblər.
Bütün bunların müqavilində ALP-nin sədr əvəzi Ə.Temirxan keçmiş liderinə qarşı hücumlarını daha da genişləndirərək, L.Hacıyevanın  siyasi düşmənləri-AXCP (i)-nin sədri Ə.Kərimov və xüsusən də, "ANİF"-in rəhbəri Eldar Namazovla birləşib, "MBH" liderii siyasi proseslərdən uzaqlaşdırmaq istəyir.Beləliklə, L.Hacıyeva-Ə.Temirxan qarşıdurması hər iki tərəfin siyasi məhvinə səbəb olacaq.

Digər xəbərlər