PDF Oxu

Müxalifət

  • 14

Mirmahmud Fəttayevin təşkilatı sıradan çıxır

Mirmahmud Fəttayevin təşkilatı sıradan çıxır
Uzun müddətdir ki, müxalifət düşərgəsində özünə lövbər salmış bəzi qüvvələr, artıq asta-astasiyasəti tərk etmək məcburiyyətindədirlər. Heç vaxt daxili və xarici münasibətlərində özlərini normal bir formada göstərməyi belə bacarmayan müxalifət partiyalarının, məhz sonluqda aqibətinin də bu cür olacağı gözlənilən idi.
Çünki cəmiyyət inkişaf edir, insanlar daha mütərəqqi ideyalara yiyələnmək naminə nümunəvi demokratik təsisatların fəaliyyətindən yararlanırlar. Çox təəsüflər olsun ki, adı müxalifət olan partiyalar heç də dedikləri kimi görünmür. Dildə özlərini demokratik göstərən avantürislər məqam anında öz maraqlarını yeritməyi çox gözəl bilirlər. Bunun üçün müxalifətin yaranma tarixinə və həmin dövrdə baş vermiş proseslərə də nəzər yetirmək başağrısı olardı. Sadəcə olaraq, istənilən bir şəxs ölkədə yalançı, riyakar və ikiüzlü adam görmək istəyirsə, Əli Kərimovun, İsa Qəmbərovun, Etibar Məmmədovun, Lalə Hacıyevanın, Mirmahmud Fəttayevin sifətinə baxsın. Bu sifətlər müxalifətin ümumi mənzərəsinin tam dolğunluğu ilə göstərməyə yetərli vasitədir. Çünki istər yaşlı nəsil, istərsə də yetişməkdə olan gənc nəsil bu tiplərin hansı oyunlar çıxardıqlarını şahidi olub. Ona görə də, istənilən şəxs İ.Qəmbərovun üzünün cizgilərini gördükdə, hökmən onu lənətləyir. Buna əsaslı misal kimi martın 18-də ölkəmizdə keçirimiş referendum təbliğat-təşviqat kampaniyası çərçivəsində ayrı-ayrı təşviqat qurupları üçün ayrılmış efir vaxtalarında İ.Qəmbərov, Ə.Kərimov və digərlərinin çıxışlarını dinləyən müxtəlif insanlar arasında olduqda, onların hər biri "bunların yenidən utanmazcasına üzə çıxdıqlarını" bildirməsi kifayət edir ki, müxalifət haqqında bütün fikirlərini ümumiləşdirsən.
Bu baxımdan da, həmin referendum ərəfəsində özlərini bir daha biabır etmək üçün yaratmış olduqları "Respublika" və "Respublika və Qarabağ Uğrunda Hərəkat" təşviqat quruplarının səlahiyyətli nümayəndələrinin böyük cəhdlər və çığır-bağırdan sonra ortalıqda heç bir nəticənin olmamasını görüb geri çəkilmələri də məsələninin məlum tərəflərindəndir. Digər bir məqam isə müxalifətin ümumi maraqlarına xidmət etməyən bu təşviqat quruplarının sonradan təşkilata çevirilməsi ətrafında da çoxlu sayda söz-söhbətlərin baş verməsidir. Nəticədə isə, həmişə olduğu kimi, müxalifət düşərgəsində yeni yaranan bir təşkilat köhnəsini sıradan çıxardığı üçün, bu dəfə də hədəf düşərgədə özünü klassik stildə göstərməyə çalışan M.Fəttayevin başında çatladı.
M.Fəttayevin həmsədrlik etdiyi "Demokratiya Uğrunda İttifaq" məhz müəyyən müxalif qüvvələrin təhriki ilə yaranmış "Respublika" və "Respublika və Qarabağ Uğrunda Hərəkat" təşviqat quruplarının qurbanına çevrilib. Eyni zamanda "DUİ"-nin həmsədrlərindən olan "Azadlıq" partiyasının sədri Əhməd Oruc da belə bir təşkilatla əməkdaşlıq etmək niyyətlərinin olmadığını bildirib. Amma heç də onların arzuladığı formada iş qurmadıqlarını bildirən Ə.Oruc məhz, bu baxımdan da, qeyd olunan təşkilat rəhbərləri ilə aralarında dərin fikir ayrılıqları yarandığını bildirib.

Digər xəbərlər