PDF Oxu

Müxalifət

  • 14

“Hüquq müdafiəçiləri” növbəti qalmaqalda

“Hüquq müdafiəçiləri” növbəti qalmaqalda
Azərbaycan xalqı 31 Mart Soyqırım Günü ilə bağlı müxtəlif tədbir və konfranslar keçirdiyi halda, müxalifət liderləri öz şəxsi abmisiyalarını hər şeydən üstün tutaraq, cinayətkar ünsürləri "siyasi məhbus" adlandıraraq, bu məsələ ilə bağlı tədbirlər keçirməyə üstünlük verirlər. Görünür, müxalifət liderləri ilə üzdəniraq "hüquq müdafiəçiləri" qarşıdakı prezident seçkilərində və Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə bağlı xalq tərəfindən dəstəklənməyərək biabırçı uğursuzluqla üzləşdiklərindən də bir həya etmədilər. Lakin bu da bir həqiqətdir ki, "hüquq müdafiəçiləri"nin AŞ PA-nın yaz sessiyasında Azərbaycana qarşı yeni təxribat həyata keçirməyə yönəlmiş addımlarını işə salmaq cəhdləri bəri başdan iflasa uğradı.
Eyni zamanda, qurumun rəhbərləri dəfələrlə açıq-aydın Azərbaycanın AŞ PA qarşısında götürdüyü öhdəlikləri uğurla həyata keçirdiyi və ölkəmizdə son bir neçə il ərzində bütün sahələrdə həyata keçirilən geniş islahatları qeyd edərək, artıq Azərbaycanın demokratiya və iqtisadi inkişaf yolunda irəlilədiyinə dair çıxışlar edirlər. Artıq bu fakt ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin beynəlxalq səviyyədə yüksək qiymətləndərildiyinə dair mühüm bir göstəricidir. Bu isə Azərbaycanın həm xaricində, həm də daxilində olan satqın və xain qüvvələr üçün arzuolunmaz və qanqaraldıcı faktdır.
Xatırladaq ki, bir müddət əvvəl təpədən dırnağadək Azərbaycana qarşı xəyanətkarlıqla "yüklənmiş hüquq müdafiəçiləri", o cümlədən, Leyla Yunusova, Arzu Abdullayeva və digərləri AŞ PA-nın sessiyasında guya Azərbaycanda insan hüquqlarının "pozulmasına dair" məsələ qaldıracaqlarını, bundan başqa "yeni siyasi məhbus siyahısı" hazırlayacaqlarına dair boşboğaz fikirlərlə çıxış edirdilər. Bizə verilən məlumata görə, bu günlərdə üzdəniraq hüquq müdafiəçiləri gizli görüşlər keçirərək, hətta Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı keçirilən referendumun saxta olması ilə bağlı xarici həmməruzəçilərlə dil tapmağa, xüsusilə də AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi olan Andres Herkelin onların mövqelərini müdafiə etməsinə çalışdılar. Lakin yaz sessiyasında bu arzunu həyata keçirmək istəsələr də, hər şey radikal müxalifət qüvvələrinin və xaricdəki düşmənlərin əlində zaman-zaman siyasi oyuncağa çevrilmiş "hüquq müdafiəçiləri" üçün biabırçılıqla sonuclandı.
"Hüquq müdafiəçiləri"ndən olan Çingiz Qənizadə etiraf edib ki, beynəlxalq təşkilatların nümayəndələri artıq onlarla ünsiyyət qurmaqdan belə qətiyyətlə imtina edirlər. Xüsusilə də, 31 mart soyqırımı günü ərəfəsi "siyasi məhbus" məsələsini ortaya atmaq xəyanətkarlıqdır. Ç.Qənizadə yaranmış bu vəziyyətin günahını öz "həmkarları"nın törətdikləri əməllərdə axtarır: "Bəzi "hüquq müdafiəçiləri" dəfələrlə heç bir sağlam məntiqə uyğun gəlməyən və biabırçılıqlarla dolu "siyasi məhbus" siyahıları hazırlayaraq, beynəlxalq qurumlara təqdim edirlər. Hətta onların bir çoxunda ən qatı cinayətkarların adları öz əksini tapıb. Bugünkü gündə isə, belə məntiqsiz məsələni ortaya atanlar xalq qarşısında məsuliyyət daşımalıdırlar. Bu da həqiqətdir ki, dəfələrlə belə bir hal təkrar olunduğundan artıq heç bir beynəlxalq təşkilat bizimlə əməkdaşlığa səy göstərmir".
Ç.Qənizadə martın 30-da Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun referendumun yekunlaşması ilə bağlı keçirdiyi iclasında sənəd imzalamış və bildirmişdir ki, 4 mln 900 minə yaxın seçici 5 min 402 məntəqədə səs verib. Referendumu 47 mindən çox yerli və 177 beynəlxalq müşahidəçi izləmişdir.
Hüquq müdafiəçisi təəssüflə bildirərək qeyd edib ki, "Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın növbəti humanist addımıdır: "Bu addım ulu öndərin siyasətinə sədaqətin nümunəsidir. İnsanlara köməklik göstərməyi öz fəaliyyətində ənənəyə çevirən deputat Mehriban xanım Əliyeva ikinci dəfədir ki, belə bir xeyirxah təşəbbüslə Milli Məclisə müraciət edir. Birinci təşəbbüsün dəstəklənməsi nəticəsində parlamentin qəbul etdiyi "Amnistiya aktı haqqında" qərar minlərlə məhkumu əhatə etmişdi. Budəfəki amnistiya aktının əhatə dairəsi daha genişdir. Amnistiya aktının layihəsinə əsasən, böyük ictimai təhlükə törətməyən və bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ikinci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər. Həmçinin, azadlıqdan məhrum edilmiş və cəzalarının bitməsinə bir il qalmış qadınlara və altı ay qalmış kişilərə, azadlığın məhdudlaşdırılması cəzalarının bitməsinə iki il qalmış qadınlara və bir il qalmış kişilərə, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə, cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq etməklə, onların cəzadan azad olunmaları təklif edilir. Aparılan təhlillərə əsasən, təqribən 9 min şəxsin amnistiya aktına düşməsi ehtimal edilir. Bunlardan 1700 məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi gözlənilir".

Digər xəbərlər