Referendum bitdi, müxalifət parçalandı
Prezident seçkilərini byokot etdikdən sonra siyasi iflasın astanasında dayanan radikal müxalifətin Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağılı keçirilən refreneduma qarşı tutduğu mövqe ilə bir daha millətin rifahını, sosial inkişafı və siyasi sabitliyi öz maraqlarına satdığı aydın oldu. Belə ki, hələ seçki təşviqatı dövründə deməyə sözü olmayan, heç bir hüquqi arqument tapa bilməyən və bu üzdən də yalnız təkliflərin içində bir neçəsinə siyasi qiymətləndirmə verməklə işini bitmiş hesab edən radikalların bu dəfə səs-küy salmasının əsas səbəblərindən biri 2008-ci ilin prezident seçkilərində əllərindən çıxan maddi istinad nöqtələrinin yenidən qaytarılması oldu. Məğlubiyyətini əvvəlcədən planlaşdıran və öncədən özünü sığorta yolunu tutan partiyalar və onların sədrləri yalnız siyasi ömürlərinin uzadılmasına xidmət edəcək və maddi qarantiyanın yenidən dövrəyə qouşlması arzusu ilə həm xalqının, həm də dövlətinin maraqlarını ayaq altına almağı bacardı.
Qərbin təkidi ilə bir masa arxasına yığılan bir neçə zəif partiyanın rəhbəri üzdə guya birlik nümayiş etdirir, arxada özünütərif və özünütəbliğat kampaniyası apardı. Onlar tutduqları mövqe ilə həm siyasətə, həm də demokratik prinsiplərə qarşı olduqlarını sübut etdilər. Onlar çox dəqiq bilirlər ki, Azərbaycan cəmiyyəti səsvermədə iştirak edəcək. Məhz bu səbəblə də müxalifət boykot fikirlərini gündəmə gətirdi ki, ortaya qoyulan məsələlərin əleyhinə heç bir hüquqi arqument tapa bilmirdi. Onlar əsil siyasi mübarizə aparmaq iqtidarında olmadıqlarını hər bir kəsdən yaxşı bilirlər. Məhz bu səbəbdən heç bir siyasi müstəviyə sığışmayan addımlara üstünlük verirlər, öz ağılları ilə guya xalqı şantaja çəkirlər. Amma referendumun nəticələri bir daha sübut etdi ki, Azərbaycan xalqı onların xoş sözlərinə, pafoslu çıxışlarına deyil, verilən vədə, görülən işə qiymət verir.
Adını siyasətçi qoymuş bu insanlar bilirlər ki, xalq onları çoxdandır ki, silib tarixin arxivinə atıb. Məhz yerlərdə xalqla görüşlər keçirməyə cəhd göstərməyən müxalifət bu səbəbdən rayonlara getmirdi. Qorxurdu ki, xalqın nifrəti qəzəbə çevrilə bilər. Bununla yanaşı, müxalifət partiyaları yenə də konsepsiyasızlıqdan əziyyət çəkir. Yenə də hər zaman olduğu kimi, iqtidar xalqın arzularını, sosial sifarişini yerinə yetirir. Sırf iqtidardan gələn təklif idi deyə müxalifət mütərəqqi əlavə və dəyişikliklərə min cür don geyindirməyə çalışırdı. Maraqlıdır ki, yalnız xarici maraqların qulu rolunda çıxış etməyə üstünlük verən, beynəlxalq maraqlı güclərin əllərində alətə çevrilməyə öyrəşən müxalifət refrendum öncəsi də analoji addımları atırdı. Siyasi satqınçılıqlarını "manevr" kimi təqdim etmək istəyən bu insanların cəhdləri boşa çıxdı. Səbəb isə birdir: xalqımız hər şeyi çox görür və dəyərləndirir. Digər tərəfdən refrendumun bitməsi ilə müxalifətin yenə də yüz yerə parçalanacağı dəqiqdir. Çünki bu cür analogiyalar çox yaşanıb. Bu partiyalar hətta əməkdaşlıq üçün bir masa arxasına otursalar da, ortada ola biləcək yeganə qərara fərqli (şəxsi) maraqlardan yanaşmaları ilə nəticədə fikir ayrılığının astanasında olacaqlar. Hətta öz qəzetlərinin bir səhifəsində "əməkdaşlıqdan" dəm vuran funksionerlər, digərində həmin partiyanın bir funksioneri haqqında olmazın sözləri yazır. Elə bu üzdən də onların birldik xəyalı elə xülya olaraq qalır. Səbəb isə müxalif düşərgə təmsilçilərinin hələ də şəxsi maraq dairəsindən kənara çıxa bilməməsidir. Refrenedum zamanı ortada heç bir şəxsi marağın olmaması onlara birtəhər bir-birlərinə dözməyə imkan verdi. Qarşıdan gələn bələdiyyə, parlament seçkilərində isə müxalifət partiyalarının bir-birlərinə bu qədər dözümlə yanaşacaqları şübhə altındadır.