PDF Oxu

Müxalifət

  • 3

RATİ rəhbəri pul qazanmağın yeni metodunu tapıb

RATİ rəhbəri pul qazanmağın yeni metodunu tapıb
Müxalifət düşərgəsində təmsil olunan partiyalar və onların təbliğat maşınları olan qəzetlər müxtəlif metodlardan istifadə etməklə,büdcələrini doldurmağa çalışır. Bununla bağlı çoxsaylı faktlar və sübutlar da göstərmək olar.
"Bizim Yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynovun dövlət qurumlarından birindən şantaj yolu ilə pul almağa cəhd edərkən, həbs olunmasını, "Gündəlik Azərbaycan" və "Realnıy Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin Ermənistan təhlükəsizlik orqanlarına Azərbaycanla bağlı məlumatları çatdırması müqabilində (məhkəmədə səslənən fikirlərə istinad) müəyyən mükafatlar almasını, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun İstanbulda iş adamı Fateh Cemeldən pul alarkən, fotoqrafların obyektinə tuş gəlməsini və digər faktları qeyd etmək olar. Son vaxtlar isə, müxtəlif ad altında yaradılan jurnalist təşkilatlarının da R.Arifoğlusayağı dövriyədə hərəkət etdiyi müşahidə edilir. Bu yöndə RATİ rəhbəri Emin Hüseynovun daha çox canfəşanlıq etdiyi diqqəti çəkir. Bu həmin E.Hüseynovdur ki, hərdənbir satanistləri başına toplayıb, Azərbaycan hakimiyyəti əleyhinə təbliğat aparır.
Xatırlamaq lazımdır ki, ötən il E.Hüseynov, Kubadan olan özü kimi bir qrup əqidə yoldaşlarını Bakının restoranlarından birində başına toplayıb, hazırladıqları qeyri-konstitusion layihənin həyata keçirilməsi üçün müzakirələr aparmışlar. Amma ayıq-sayıq, hüquq-mühafizə orqanları E.Hüseynovun xaricdən aldığı təlimatın qarşısını alıb, özü kimi əqidə yoldaşlarının ifşa edilməsinə nail olmuşlar. Məlumatlara görə, o zamankı ziyana görə, RATİ rəhbərinin 13 min 500 dol borca düşüb. Bu gün də borc yiyələri onun qapısını döyməkdədirlər.
Maraqlı odur ki, RATİ rəhbəri E.Hüseynovun üzləşdiyi maddi sıxıntını aradan qaldırmaq üçün diqqətçəkən metod seçib. Belə ki, E.Hüseynov "Novruz" xeyriyyə marafonu adı altında fondlardan, ayrı-ayrı fərdlərdən pul yığılmasına start verib. Tənqid, qınaq obyekti olmamaq üçün E.Hüseynov marafondan yığılacaq vəsaitin "Gündəlik Azərbaycan" və "Realnıy Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidovun, həmin qəzetin əməkdaşı Mirzə Sakitin və digərlərinin ailələrinə maddi yardım göstərmək üçün yığıldığı iddia edilir. Amma qəribədir ki, marafonda qəbzlər çap olunub və orada pulun alınması, verilməsi qeyd olunub. Digər tərəfdən, marafonda xarici ölkə vətəndaşlarının iştirak etmələri xüsusi vurğulanıb. Amma alınacaq vəsaitin kimə və hara veriləcəyi qeyd olunmayıb. Bu isə, şübhəli məqamları üzə çıxarır. Ən azı ona görə ki, veriləcək dilənçi payının hansı ünvana çatdırılacağı anonimdir. Eyni zamanda, yığılacaq pulun hansı formada "maddi sıxıntı keçirən" jurnalist ailələrinə necə çatdırılacağı müəmmalıdır.
Əgər doğrudan da, bu, üzdəniraq jurnalist təşkilatının rəhbəri əməlində şəffafdırsa, niyə maliyyə köməkliyini vərəqələr paylamaqla əldə etmək istəyir? Olmazdımı ki, sadəcə, elan verib, bank hesabını göstərməklə, fəaliyyətlərində düzgün olduqlarını nümayiş etdirsinlər. Başqa bir tərəfdən, xarici ölkə vətəndaşlarından pul dilənmək nə dərəcədə düzgündür? Bu cür anormal addımı yalnız E.Hüseynov kimiləri ata bilərdi ki, onların da əməlləri göz qabağındadır.

Digər xəbərlər