Radikal düşərgədə vəziyyət daha da gərginləşib
Son günlər radikal düşərgədə vəziyyət daha da kəskinləşib. Necə deyərlər, it yiyəsini tanımır. Referendum məsələsinə münasibətdə ciddi fikir ayrılığı radikallar daxilində vəziyyət bir qədər gərginləşib.
Bu da müxalifətdaxili münaqişələrin alovlanmasına səbəb olub. Vəziyyətin gərginləşməsindən ən çox zərbəni AXCP (i) və Müsavat partiyaları çəkir. Adıçəkilən partiyaların liderləri olan Əli Kərimovla İsa Qəmbərov iflic vəziyyətə düşüblər. Artıq bunun nəticəsidir ki, həm AXCP (i)-dən, həm də Müsavatdan istefalar ara vermir. Son zamanlar Ə.Kərimov partiyasından, həm də Müsavatdan olanlarla partiya üzvünün istefa verməsi buna əyani sübutdur.
"MBH"-nin lideri ikiüzlü "siyasət" həyata keçirən Lalə Hacıyeva da radikal "bəylərdən" geri qalmır. Təbii ki, öz çirkin əməllərinə görə artıq özü öz əməllərinin qurbanına çevrilib. Bir zamanlar Eldar Namazovla ALP-nin sədr əvəzi Əvəz Temirxanı əlaltısına çevirən L.Hacıyeva artıq onlardan da ümidini üzüb. Belə ki, həm E.Namazov, həm də E.Temirxan "MBH" liderinə "atval" verərək, ondan üz çevirdi. Təbii ki, bu da L.Hacıyevanı çıxılmaz vəziyyətə salıb.
Ümidi hər şeydən üzülən "MBH" lideri L.Hacıyeva üzünü AXCP (i) sədri Ə.Kərimova, Müsavat başqanı İ.Qəmbərova tutub. Hətta L.Hacıyeva radikal "bəylərə" belə bir təklif də verib: "Gərək biz, ilk öncə, AMİP lideri Etibar Məmmədovu zərərsizləşdirək. Sonra Rəsul Quliyevlə Sərdar Cəlaloğlunu sıradan çıxarmalıyıq".
Radikal "bəylər" əvvəlcə bu təklifi qəbul etsə də, sonradan rədd ediblər. Düşərgədə təklənən, yəni həm Əli aşından, həm də Vəli aşından olan L.Hacıyeva artıq geri çəkilməyə başlayıb.