İsa Qəmbərovla AXCP (i) sədri Əli Kərimov arasında qarşıdurma gərginləşməkdədir
Müxalifət düşərgəsində qalmaqal, qarşıdurma hələ də davam edir. Bu qarşıdurmalar bəzi funksionerlərin sıradan çıxması ilə nəticələnir. Əslində, iflic vəziyyətdə olan radikallardan bundan başqa heç nə gözləməyə dəyməz.
Çünki bir-birinin ayağını qazmaq, ikiüzlülük, satqınçılıq müxalifətin alın yazısı və gündəlik "fəaliyyətidir". İndi Müsavat başqanı İsa Qəmbərovla AXCP (i) sədri Əli Kərimov arasında qalmaqal yenidən baş qaldırıb. İ.Qəmbərov hər vəchlə AXCP (i) sədrini bütün "siyasi proseslərdən" kənarlaşdırmaq istəyir. Əslində, Müsavatla AXCP (i) arasındakı bu qarşıdurma, gərginlik neçə illərdir davam etməkdədir. Bu qarşıdurmada hər iki tərəf ciddi zərər çəkib. Belə ki, həm Müsavatdan, həm də AXCP (i)-dən xeyli sayda partiya üzvləri istefa verib. Məhz bunun nəticəsidir ki, hər iki partiya "cırtdan" quruma çevrilib.
İ.Qəmbərovun qarşısına qoyduğu əsas məqsədlərdən biri də AXCP (i) sədri Ə.Kərimovu və onun rəhbərlik etdiyi partiyanı sıradan çıxarmaq istəyir. Onsuz da bütün müxalifət partiyaları çoxdan sıradan çıxıblar. Onlar yalnız xaricilərin qrantı hesabına gün keçirirlər. Müsavat başqanı Ə.Kərimovu Müsavat daxilində qarşıdurma yaratmaqda ittiham edir. "Əli Kərimov, deyəsən, yolunu azıb. O uşağı qandırmağın vaxtı çatıb. O, mənim Kim olduğumu yaxşı bilmir" deyə İ.Qəmbərov qeyd edib.
Beləliklə, "bəylər" arasında yaranmış bu qarşıdurma hələ uzun müddət davam edəcək və Müsavat başqanı İ.Qəmbərov, həm də AXCP (i) sədri Ə.Kərimovu məğlubiyyətə uğradacaq. Çünki məğlubiyyət onların alnına yazılıb.