PDF Oxu

Müxalifət

  • 7

Eldar Namazov radikallarla barışmayacaq

Eldar Namazov radikallarla barışmayacaq
Azərbaycan müxalifətinin düşdüyü durum, çıxılmaz vəziyyət hər kəsə məlumdur. Əslində, radikallar bu duruma 20 illik yarıtmaz siyasətləri nəticəsində düşüblər. Təbii ki, öz yarıtmaz "fəaliyyətləri", siyasi səriştəsizlikləri səbəbindən. Onların işi-gücü yalnız bir-birilərinin ayaqlarının altını qazmaqdan ibarətdir.
 Növbəti hədəflərdən biri isə bir zaman "qardaş" dedikləri "ANİF" rəhbəri Eldar Namazov oldu. Onların "ANİF"-in liderindən lazımınca "istifadə etdikdən" sonra ona "otval" verdilər. Əslində, "MBH" lideri Lalə Hacıyevanın, AXCP (i) sədri Əli Kərimovun və Müsavat başqanı İsa Qəmbərovun bu hərəkətlərindən sonra E.Namazov da onlardan üz çevirdi. Lakin deyəsən, vəziyyət, daha doğrusu, münasibət yenidən dəyişmək üzrədir. Yəni radikal "bəy"lər yenidən "ANİF" rəhbərini öz tərəflərinə  çəkmək istəyirlər. Deyəsən, torbada pişik var. Belə ki, radikallar AMİP lideri Etibar Məmmədovu zərərsizləşdirməkdən ötrü E.Namazovu öz ətraflarına qaytarmaq istəyirlər. Hətta İ.Qəmbərovla Ə.Kərimov "ANİF" rəhbərinə xeyli miqdarda pul da təklif ediblər. Lakin "bəylərin menyusuna" bələd olan E.Namazov bu təkliflə razılaşmadı. O, heç vaxt AXCP (i) sədri Ə.Kərimov, Müsavat başqanı İ.Qəmbərov, nə də "MBH" lideri L.Hacıyeva ilə heç zaman barışmayacağını və onlarla bir masa ətrafında əyləşməyəcəyini bildirib.

Digər xəbərlər