Etibar Məmmədov oyundan kənarlaşdırılır
Müxalifət düşərgəsində vəziyyət yenə gərgin olaraq qalmaqdadır. Təbii ki, anormal "bəylərin" şeflik etdiyi radikal müxalifət düşərgəsində heç zaman normal vəziyyət ola bilməz. Anormal müxalifət "bəyləri" pula görə, öz yoldaşlarını, yaxınlarını pis vəziyyətdə qoymaqdan belə çəkinmirlər. Necə deyərlər, anormallıq, satqınçılıq, fəaliyyətsizlik müxalifətin həm hobbisinə, həm də gündəlik fəaliyyətinə çevrilib.
"Bəylər" indi də AMİP lideri Etibar Məmmədova quyu qazırlar. Onlar hər vəchlə ilə onsuz da gücsüz olan E.Məmmədovu zərərsizləşdirmək, oyundan kənarlaşdırmaq istəyirlər. Hətta AXCP (i) sədri Ə.Kərimov Müsavat partiyasının başqanı İsa Qəmbərov, "MBH" lideri Lalə Hacıyeva plan hazırlayaraq, AMİP liderinə təxribat hazırlayırlar. Onların birinci planı AMİP daxilində qarşıdurma yaratmaq və adıçəkilən partiyanı parçalamaqdır. Radikal liderlərin ikinci təxribatçı planı isə E.Məmmədovla əməkdaşlıq etməyə hazırlaşan "ANF" rəhbəri Eldar Namazovdan "istifadə etmək" planıdır. Belə ki, Ə.Kərimov, L.Hacıyeva və İ.Qəmbərov bir müddətdən öncə "ANF" rəhbərini özlərindən uzaqlaşdırmışdılar. İndi isə radikal "bəylər" E.Namazovu öz ətraflarına çəkməklə onu AMİP liderindən uzaqlaşdırmağa çalışırlar. Əslində, radikal liderləri E.Məmmədovdan bununla qisas almaq istəyirlər. Belə ki, 2008-ci ilin prezident seçkiləri öncəsi radikal rəhbərləri E.Məmmədovdan "atval cavabı" almışdılar.
Beləliklə, hər zaman çirkin əməllərlə gündəmdə qalmağa çalışan Ə.Kərimov, İ.Qəmbərov və L.Hacıyevanın öz yoldaşlarına qarşı bu təxribatının necə sonluqla bitəcəyini zaman göstərəcək.