PDF Oxu

Müxalifət

  • 6

Sərdar Cəlaloğlu yeni ampluada

Sərdar Cəlaloğlu yeni ampluada

"Müxalifətçilik" adı altında gündə bir mövqedən çıxış etməklə düşərgədə özünəməxsus bir imic yaratmış Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu indi də mövqeyində yeni dəyişikliklər etmək qərarına gəlib.
Elə bu məqsədlə düşərgədə yaranmış gərginliyə yenidən "acı istiot" qatmaq istəyinə düşən S.Cəlaloğlu bir neçə istiqamət üzrə mənsub olduğu müxalifəti hədəfə alıb. Onun radikal düşərgədə AXP "lideri" Pənah Hüseynovla ara qarışdırmaqda rəqabət aparması da söylənilənləri təsdiqləyir. Çünki S.Cəlaloğlu digər həmkarı qədər çılğın və sözlərinin deyilişinə bir o qədər də əhəmiyyət verən şəxs deyil. Ona görə də, onun indiki halda hərəkətə keçərək, həm gündəmdə özünə yer qazanması, həm də yeni havadarlar əldə etmək iddiasına düşdüyü açıq-aşkar görünməkdədir.
Siyasətdə özünə yol tapa bilməyənlərin son aqibəti
Cəmiyyətə yalan məlumatlar verməklə, başqalarının adından böhtan sözlər dınışaraq öz maraqlarını təmin etməyə çalışanlar üçün sonuncu an çox çətin olur. Çünki cəmiyyət bu tip oyunlara qarşı çox sərt və birmənalı iradə sərgiləyir. Elə ADP sədri də birmənalı şkildə Azərbaycan cəmiyyəti tərəfindən rədd cavabı almış partiya "lider"lərindəndir. Onun gündə min dona, min libasa girməsi, sözün əsil mənasında, ictimaiyyətin hiddətinə səbəb olur. Odur ki, S.Cəlaloğlu kimi partiya sədrlərinə cəmiyyət daxilində zərrə qədər də olsun yer qalmayıb. Modern düşüncə tərzinə malik olan, daima xəyallarla yaşayan cəmiyyətə ADP sədri kimi üfunət basmış siyasətbazlar artıq çoxdan cəmiyyət tərəfindən lazımsız bir şeyə dönüb. Doğrudur, 18 ilə yaxın zaman kəsiyində hələ bunu anlamasalar da, bu, bir reallıqdır. Reallıqdan isə qaçmaq çox çətin və mümkünsüzdür. Elə bu mənzərəni bir az da olsa anlamağa çalışan ADP sədri tamam başqa yerlərə, imtiyazlarını təmin edəcək ünvanlara üz tutur.

Yanlış təfəkkür və çürümüş ideyaların "carçısı"

ADP sədri həmişə özünəməxsus forma və prinsiplərdən çıxış etməklə, həm də təfəkkür tərzinə uyğun variantlar üzərində dayanır. Onun zaman-zaman mənsub olduğu radikal düşərgə daxilində bir sıra qrupların və ayrı-ayrı şəxslərin kurasiyasında fəaliyyət göstərməyə cəhd etməsi də bunu təsdiqləyir. Çünki ADP sədri bu cür variantlarla da islah olunmamağını hər kəsə göstərib. Məhz bu səbəbdəndir ki, S.Cəlaloğluya təmsil olunduğu müxalifət düşərgəsində heç kəs inanmır və etimad göstərmir. Elə buna görə də, çürük və yanlış metodologiyanı heç vaxt qəbul etməyən cəmiyyət, birmənalı şəkildə S.Cəlaloğluya yox deyib.

Digər xəbərlər