PDF Oxu

Müxalifət

  • 6

İqbal Ağazadə yeni ampluada

İqbal Ağazadə yeni ampluada

Radikal müxalifət düşərgəsindəki dağınıqlıqdan və başıpozuqluqdan istifadə etməyə çalışan bəzi "cırtdan" partiyalar cəmiyyətin nifrətindən uzaqlaşmaq üçün çıxış yolu axtarışına çıxıblar. Daha dəqiq desək, "yağışdan sonra görünən göbələklər" kimi indi də düşərgədəki süstlüyü öz "bacarıq"ları hesabına pozmağa çalışanlar hərəkətə keçiblər.

Bir də, onların əsas rolda çıxış edən müxalifət partiyalarına qarşı aqressiv münasibətini də başa düşmək olar. Çünki bu günə qədər həmin qurumlar tərəfindən sığışdırılan "cırtdan" partiyalar indi əllərinə fürsət düşmüş kimi onlara qarşı müxtəlif cinahlardan hücumlar təşkil edirlər. Elə bu səbəbdən də, müxalifət düşərgəsində özünü daha qabarıq formada göstərməkdə israrlı olan "Ümid" partiyasının sədri İqbal Ağazadənin rəqiblərinə qarşı mübarizəsini də unutmayıb.

Müxalifət "cırtdan" partiyaları gündəmə gəlməyə çalışır

Siyasi mübarizəni ancaq öz aralarında və yaxud mənsub olduqları düşərgədəki qüvvələrə qarşı mübarizədə görən radikal müxalifət partiyaları tam fəaliyyətsiz duruma düşdükdən sonra onları əvəz edən digərləri meydana atılıb. Bu baxımdan, "Ümid" sədri İ.Ağazadə bacarığından daha böyük iddialara düşməsini xüsusi ilə qeyd etmək lazımdır. Çünki İ.Ağazadə müəyyən dövr radikal müxalifət düşərgəsində özlərini "ana müxalifət" kimi təqdim edən qüvvələrin kurasiyasında çalışmaqla, gələcəkdə ona "böyük ümidlər" də veriblər. Amma baş verən proseslərin gedişi zamanı verilən ümidlərin heç də real olmadığını anlayan İ.Ağazadə elə bu adda da partiya yaratmağa qərar verdi. Sonradan "Ümid" partiyasının sədri olacaq və proseslərin gedişində öz əzəli rəqiblərinə qarşı amansız mübarizə aparacağını deyən İ.Ağazadə bu gün əsas rolun ifaçılarındandır. Çünki İ.Ağazadəyə bu günə qədər radikal müxalifət düşərgəsində özünü göstərməyə digər müxalifət "güclüləri" imkan verməyiblər. Belə ki, İ.Ağazadə bir balaca səsini ucaldan kimi başından basıblar.

Radikal düşərgədə "böyük"lərlə "kiçik"lərin davası

İ.Ağazadənin timsalında düşərgədə özlərini "böyük" adlandıran qüvvələrlə onlar tərəfindən "kiçik" kimi qiymətləndirilənlər arasında, sözün əsil mənasında, savaş başlayıb. İndiyə qədər başqalarının qoltuğuna sığınan və onların diqtəsi ilə hərəkət edən İ.Ağazadə bundan sonra müstəqil müxalifətçilik istiqamətinə qədəm qoyduğunu elan edib: "Bu gün müxalifət adından danışmaq və qərar vermək imkanlarına malik yeganə şəxs özüməm. Ona görə də, radikal düşərgədə baş verənlərin müqabilində onlara yetərli cavabı da özüm verəcəyəm və yeni forma müəyyənləşdirərək, hərəkətə keçəcək, köhnə müxalifətçilərin hamısını sıxışdırıb sıradan çıxarmağa çalışacağam".

Ancaq bu şəxs hələ 2003-cü ilin prezident seçkilərində - 15-16 oktyabr hadisələrində radikal müxalifətin dağıdıcılıq əməllərinə rəvac verən, dövlətçilik maraqlarını ayaqlar altına sərən quldurlardan heç nə ilə fərqlənməyib. İndi bu adamın kostyum-qalstuk taxıb, özünü "professor" kimi aparması, onun həqiqi müxalifətçi deyil, həqiqi təlxək olduğuna dəlalət edir. Bir də, İ.Ağazadə müxalifətçi olaraq, deputat olaraq hansı işin qulpundan yapışıb və dövlətçilik maraqlarından çıxış edib? Əksinə, onun müxalifətçilik fəaliyyəti cəmiyyətdə şübhə doğurur. Heç kim iddia edə bilməz ki, bu "professor-müəllim-bəy" zaman-zaman xarici təşkilatlara işləyir, ölkə maraqlarını şəxsi dividendləri hesabına satır. O, ancaq müxalifət düşərgəsində "kiçiklərlə" üz-üzə gələ bilər. Çünki onun bundan yuxarı kimlərəsə gücü çata bilməz.

Rəfiqə Hüseynova

Digər xəbərlər