Bu gün müxalifət düşərgəsində özünü "ana müxalifət" kimi təqdim etmək niyyətində olan AXCP (i) sədri Əli Kərimovun hansı yuvanın quşu olması barədə açıqlama verməyə ehtiyac yoxdur. Çünki bu simasız şəxslə bağlı kifayət qədər fikirlər söylənilib, faktlar təsdiqlənib. Bu, o Əli Kərimovdur ki, Əbülfəz Elçibəyin vaxtında yüksək posta təyin olundu və elə o vaxtdan da erməni separatçıları, rus kəşfiyyatçıları ilə əlaqəyə girərək, Azərbaycana qarşı xəyanətlər etdi. Bu gün də, Ə.Kərimov terrorçuların, Azərbaycan xalqının düşmənləri rolunda özünün iyrənc işlərıini davam etdirir.
Erməni separatçıları ilə əlaqəyə girən xəyanətkar
Artıq cəmiyyətin kəskin hiddətinə məruz qalan Ə.Kərimov bu gün özünə "mənəvi lideri" kimi təqdim etdiyi Əbülfəz Elçibəyə sədaqətindən dəm vursa da, onun xəyanətkarlığı dəfələrlə sübut olunub. Belə ki, o Ə.Kərimovdur ki, Ə.Elçibəyin kövrəkliyindən, sadəlövhlüyündən istifadə edərək, onun başının üstündən erməni ekstremistlərlə separat müqavilələr bağladı. Bunu erməni müxalifəti, erməni xüsusi xidmət orqanları da açıq şəkildə bəyan ediblər ki, bizim Azərbaycanda ən çox müdafiə etdiyimiz adam Ə.Kərimovdur. Yəni vaxtilə Ə.Kərimov "siyasi fiqur", sonra isə "dövlət məmuru" kimi ortaya atıldı və Azərbaycanın əleyhinə istifadə olundu. O vaxtdan bu günə qədər Ə.Kərimov erməni dairələrinin agenti, əl oyuncağı kimi "fəaliyyət" göstərir. Amma Ə.Kərimov özünü elə aparır ki, guya rəhbərlik etdiyi AXCP (i) xalqın mənafeyini müdafiə edir. Ancaq başa düşmür ki, xalq onun Azərbaycan məmləkətində qalmasına böyük etiraz edib və edir. Daha konkret desək, 1990-cı ilin əvvəllərində hakimiyyətdə olan AXCP (i) "kruqu" bu gün lazımsız əşya olduqlarını anlasalar da, 20 il bundan əvvəlki primitiv metodlarıdan əl çəkmirlər. Bu da tarixi faktdır ki, 1992-ci ildə torpaqlarımız işğal olunanda Azərbaycanda yeganə şəxslərdən biri də Ə.Kərimov idi ki, ona Azərbaycanın məhv olacağı təqdirdə, "xidmətlərinə" görə mükafat veriləcəkdi və onun üçün Almaniyada ömürlük həyat şəraiti qurulacaqdı. Ancaq bu, belə olmadı. Maraqlısı isə odur ki, Ə.Kərimov bütün bu abırsızlıqlardan sonra, yenə də özündən başqa alternativ görmür. Atalar demişkən "utanmasan, oynamağa nə var ki". Elə bir faktı qeyd etmək kifayətdir. Belə ki, Ə.Kərimov Müsavat başqanı İsa Qəmbərova bu tərəfdən "qardaş" deyir, o tərəfdən isə əleyhinə olan qüvvələrlə sövdələşmələr imzalayır. Və yaxud da, Ə.Kərimov bu yaxınlarda "Ümid" partiyasından gedən Fuad Qocayevlə, Müsavatdan gedən Sülhəddin Əkbərov və İbrahim İbrahimli ilə görüşərək, İ.Qəmbərovun Müsavatın qurultayına kimi istefa verməsi üçün onlarla sövdələşmələr edir. Ən qəribəsi də odur ki, müxalifətdən istefa verənlərin, demək olar ki, hamısı Ə.Kərimovla "dost" olur. Yerdə qalanlar isə onu "lider" kimi görmürlər. Maraqlı sual ortaya çıxır: "Görəsən, İ.Qəmbərov onun ikili "siyasəti"ni görmür? Əgər görürsə, bəs niyə reaksiya vermir, əksinə, "qardaş" olur". Deməli, İ.Qəmbərovun özü də onunla bir çox məsələlərdə əlbirdir. Çünki müxalifət düşərgəsində artıq hamı yaxşı bilir ki, istər Ə.Kərimov, istərsə də İ.Qəmbərov erməni separatçıları ilə əlaqəyə girən xəyanətkarlardır.
R.KAMALQIZI