Cəmiyyətdə heç bir nüfuza və təsir imkanlarına malik olmayan, eyni zamanda, ictimai-siyasi proseslərdə özünü göstərə bilməyən siyasi partiyalar kimə və nəyə lazımdır? Elə bu səbəbdən də, cəmiyyət həyatında siyasi partiyaların rolunu və onların keyfiyyət imkanlarını daha da artırmaq üçün onların yenidən qeydiyyatdan keçmə məsələsi gündəmə gətirilib.
Çünki istənilən halda cəmiyyət daxilində mövcud olan qeyri-ciddi bir qurumun ən pis nümunə kimi göstərilməsi yaxşı əlamət sayılmır. Ona görə də, siyasi partiyaların yenidən qeydiyyatdan keçmə prosesində onların malik olduğu resurslar, əhatə olunduqları ictimai dəstək əsas şərt kimi götürüləcək. İlk növbədə, müəyyən bir qurumun daha normal və sağlam rəqabət prinsipinə əsaslanacaq fəaliyyəti onun cəmiyyətin inkişafında verə biləcəyi müsbət töhfələrlə əlaqəli olmalıdır. İkinci bir tərəfdən isə siyasi müstəvidə rəqabətlilik mühitinin qorunub saxlanmasında, cəmiyyətin aktiv proseslərə adaptasiyasında bu halın oynayacağı rol çox önəmlidir.
Birmənalı formada cəmiyyətin siyasi formada aktivliyini təmin etmək siyasi partiyaların əlində cəmləşib. Onların nə dərəcədə öz işinə məsuliyyətlə yanaşması cəmiyyətin verəcəyi qiymətdə də əksini tapır. Beynəlxalq praktikada da, siyasi partiyaların alternativlərin irəli sürülməsində fəallıq dərəcəsi daha diqqətdə saxlanılan məsələlərdəndir.
Siyasi partiyalar cəmiyyətin aparıcı qüvvəsi kimi...
Azərbaycanın praktikasında isə çox təəccüb və təəssüflə qeyd olunası məsələ siyasi partiyaların çoxluğu şəraitində az sayda qurumların cəmiyyət həyatında nəzərə çarpmasıdır. Çoxluq prizmasında qurumların say və keyfiyyət dərəcəsinə nəzər saldıqda, hər şeyin açıq göründüyünü də müşahidə etmək mümkündür. Sadəcə olaraq, maraqlı nüans odur ki, siyasi partiyaların bolluğu müstəvisində biz təkcə Yeni Azərbaycan Partiyasını ölkənin aparıcı gücü kimi görə bilirik. Eyni zamanda, digər konstruktiv siyasi partiyalar da var ki, onların fəaliyyət sferasından kənarda cəmiyyətimiz siyasi rəqabətliliyin nə dərəcədə getdiyini müşahidə edə bilir. Siyasi partiyaların yenidən qeydiyyatdan keçməsi məsələsi gündəmə gələndən müxalifət düşərgəsində buna qarşı bir kampaniya başlanılıb. Onlar öz prizmalarından çıxış edərək, siyasi partiyaların yenidən qeydiyyatdan keçmə məsələsini düzgün hesab etmirlər. Əslində isə, bunun zəruriliyi dəfələrlə həm ictimaiyyət, həm də siyasi düşərgənin öz daxilində olan aparıcı simalar tərəfindən vurğulanıb. Çünki siyasi partiyaların növbəti dəfə qeydiyyatdan keçmə məsələsi həll olunarsa, o zaman cəmiyyətimiz partiyaların hansı gücə və sosial dəstəyə malik olduğunu görmüş olacaq.
Tapdıq Qurbanlı