PDF Oxu

Müxalifət

  • 11

Radikal müxalifət düşərgəsində yay istefalarına start verildi

Radikal müxalifət düşərgəsində yay istefalarına start verildi

Yay mövsümü ilə əlaqədar olaraq ortalıqda görünməyən, ancaq ara-sıra yalan bəyanatları ilə mövcudluqlarını hiss etdirməyə çalışan radikal müxalifət təmsilçiləri növbəti dəfə diqqət mərkəzinə çevriliblər. Bu dəfə isə onlar, nəhayət ki, tutduqları yolun yanlış və milli-əxlaqi dəyərlərimizə ziddi olduğunu anlayaraq, konkret qərarları ilə nəzərə çarpıblar. Doğrudur, onların niyə məhz isti bir yay günündə belə bir qərar vermələri bir tərəfdən normal qarşılansa da, digər rakursdan bu qərar üçün başa isti havanın dəyməsinin zəruri cəhətləri ortaya çıxır. Görünür, müxalifət düşərgəsində bu günə qədər qərarlarını ancaq soyuq başla verənlər, fəsil dəyişkənliyində assimiliyasiyaya uğrayırlar. Məhz bu səbəbdən də, son günlər özünü müxalifət düşərgəsində "yeni siyasətçi", "aparıcı güc mərkəzi" kimi təqdim edən "Ümid" partiyasının sədri İqbal Ağazadənin əsas tərəfdarları ondan üz çeviriblər. "Ümid" partiyasının beynəlxalq şöbəsinin müdiri Qaya Əliyev və ideoloji şöbənin müdiri İxtiyar Abdalov istefaları İ.Ağazadənin yayın günündə başından isti su tökülməsi kimi bir şey oldu. O, partiyasından uzaqda olsa da, xəbəri eşidən kimi tez istirahətini yarımçıq qoyub geri qayıdıb. İ.Ağazadə birdən-birə aldığı bu xəbərin şokundan ayılmamış qurumdan daha bir neçə nəfərin istefa üçün hazır olduğu da bildirilib.

"Ümid" sədri dünənə kimi rəhbərlik etdiyi partiyadakı mövcud "qayda" və "qanun"lardan bəhs etsə də, onun köhnəliyinin ifşasından, deyəsən, məyus olub. Ona görə də, qurumun bu cür şərtlər altında fəaliyyətinin mənasızlığını nəzərə alan İ.Ağazadə, hələlik, prosesləri sükutla izləməyə qərar verib.

Qeyd edək ki, ötən gün müxalifət düşərgəsindəki mənbəmiz AXCP (i)-dən, Azərbaycan Demokrat Partiyasından, "Vətəndaş və İnkişaf Partiyası"ndan, Müsavatdan istefaların olduğunu ancaq adıçəkilən qurum rəhbərlərinin bu məsələni bütün variantlardan istifadə edərək, ört-basdır etməyə çalışdıqlarını bildirmişdi.

Tapdıq Qurbanlı

Digər xəbərlər