PDF Oxu

Müxalifət

  • 8

19 iyun aksiyası radikal müxalifətin fiksiyasını sübuta yetirdi

19 iyun aksiyası radikal müxalifətin fiksiyasını sübuta yetirdi

Hələ bir müddət öncə, "İctimai Palata" adlandırılan qondarma qurumda süni canlanma şəraiti müşahidə olunurdu. Bu "canlanmanın", daha dəqiq desək, "canlandırmanın" arxasında, təbii ki, orada cəmləşən partiya "liderlərinin" şəxsi "keyfiyyətləri, ya da "populyarlıqları" deyil, onlara məxsus olan mətbuat orqanlarının "xüsusi əməyi" mövcuddur. Çünki "Yeni Müsavat", "Azadlıq" və bu kimi digər müxalif mətubatında 19 iyun aksiyasının reklamı sözügedən "liderləri" bir növ ruhlandırmışdı. Yəni onlar hesab edirdilər ki, yenə də 2003-cü il 15-16 oktyabr, 2005-ci ilin 26 noyabr iğtişaşlarını təkrarlaya biləcəklər, bununla da öz siyasi dividendlərinə "uğur artımı" əlavə edəcəklər. Lakin heç bir cəhd onların bu xülyalarını gerçəkləşdirmədi. Qanun çərçivəsindən kənar keçirilməyi planlaşdırılan və baş tutmayan 19 iyun aksiyasını buna tam sübut kimi göstərmək olar.


Radikal "liderlər"in yalançılığı aksiyada da özünü göstərdi


Qeyd etmək yerinə düşərdi ki, "İctimai Palata"nın "Nərimanov" kinoteatrının və eyniadlı istirahət parkının ətrafında icazəsiz mitinq keçirəcəyi barədə məlumatlar bir neçə gün öncədən bildirilmişdir. Müsavat başqanı İsa Qəmbərovun, AXCP (i) sədri Əli Kərimovun və başqa radikal təxəyyüllü funksionerlərin "konkret" bəyanatlarında da bu ifadələr səsləndirilirdi. Hətta bildirilirdi ki, "böyük kütlə axını" həmin meydana sığmaya da bilər. Amma nəticə etibarilə hər şey göz qabağında idi. Saat 16-00 radələrindən "Nərimanov" metrostansiyası ətrafında hüquq-mühafizə orqanları əməkdaşlarından başqa heç kim gözə dəymirdi. Təbii ki, evlərinə, işlərinə tələsən vətəndaşları da bu sıraya aid etmək olar. Saat 17-00-da isə heç bir "İctimai Palata" üzvləri gözə dəymədi. Bunun əvəzində 3-5 nəfər pərakəndə şəkildə, eşidilməyəcək halda nə isə çımxırdılar və bununla da "möhtəşəm aksiya baş tutdu". Təbii ki, ictimaiyyətin dinclik və rahatlığını pozduqları üçün, həmin "azadlıqsevərlər" polis əməkdaşları tərəfindən müvafiq yerlərə aparıldılar. Çünki ətrafa, sözün əsl mənasında, şivənlik, qaraqışqırıq, qaragüruhçuluq toxumları səpməyə səy göstərənlərin pulla ələ alındıqları aşkar şəkildə bəlli olurdu. Onlar da həmin pulun qarşılığında "əmək missiyalarını" yerinə yetirirdilər. Yəni pula satıldıqlarını nümayiş etdirirdilər. Bunun da adı oldu "İctimai Palata"nın icazəsiz mitinqi. Onu da xatırladaq ki, mitinqin yerini öncədən bəlli edən radikallar, sonradan paytaxtın müxtəlif yerlərində, beş-on nəfərlik qrup şəklində gözə görünsələr də bu, heç bir rezonans doğurmadı. Daha dəqiq desək, onların əməlləri yalnız vətəndaşlarımızın istirahətlərinə və rahatlıqlarına maneəçilik törətdi. Hətta ətraf yerlərdə sadə vətəndaşların müxalifətçilərə qarşı yönəlmiş "işləri-gücləri yoxdur", "bazar günü də rahat oturmurlar", "camaatın rahatlığını pozurlar", "hanı bunların liderləri, niyə onlar da gözə görünmürlər?" kimi haqlı iradlarını da eşitdik. Bir sözlə, bu dəfə radikal "liderlər" həm də öz düşərgədaşlarına dəqiq mitinq yeri göstərə bilməməklə yanaşı, yalan dağarcıqları olduqlarını isbat etdilər. Onların bu dəfə də ortaya çıxmağa cürət etməmələri arxasında qorxaqlıq amilinin dayandığı heç kimə sirr deyil.


Avropalı müşahidəçilər də "aksiyanı" istehza ilə seyr etdilər


Qondarma "İctimai Palata"nın yararsız aksiyası, eyni zamanda, ATƏT müşahidəçiləri və digər Qərb təşkilatları tərəfindən izlənilirdi. Müşahidəçilərin jurnalist həmkarlarımızla ayaqüstü söhbətlərindən məlum oldu ki, əslində, onlar da radikal müxalifətin belə addımlarından beziblər. Çünki həqiqi müxalifətçilik prinsipinin onlarda, ümumiyyətlə, olmadığı aşkar şəkildə özünü büruzə verir. Aksiyada bir-iki "qadının" və bir-iki "gəncin" qızmar günəş başlarına döyə-döyə, qaynar asfaltın üstündə atılıb-düşmələri, qışqırıb-bağırmaları avropalı müşahidəçilərdə istehzadoğurucu fikirlərə səbəb oldu. Onlar başlarını yırğalaya-yırğalaya öz təəssüflərini-yəni müxalifətin səriştəsizliyinə yönəlmiş təəssüflərini gizlətmədilər. Bu isə radikalların Avropa siyasi dairələrindən gözlədikləri "dəstəyin" ən son göstəricisi oldu. Bu həm də "İctimai Palata"nın Avropa ümidlərini birdəfəlik yox etdi.


Əli Kərimovla İsa Qəmbərovun görünməyən tərəflərini göstərən cəhət


19 iyun icazəsiz mitinqinə hazırlıqla bağlı mətbuat səhifələrində geninə- boluna materiallar dərc etdirən müxalifət başbilənləri nəticədə ifrat yalançılığın acı sonluğunu bir daha görmüş oldular. Onlar öz hərəkətlərinə nə ad versələr də, reallıq ortalıqdadır. Çünki "İctimai Palata"nı özlərinə çətir hesab edən AXCP (i) sədri Ə.Kərimov və Müsavat başqanı İ.Qəmbərov, əslində, yayın bu cırhacırında özlərinin görünməyən tərəflərini də göstərdilər. Bundan öncə qış idi və qar çox şeylərin üstünü örtmüşdü. Əllərini atdıqları "hər şey" "bəyaz" rəngdə idi. Kənardan da, kiminsə onlara nəyin necə gizlətmisiniz sualına belə cavab verirdilər: "Siz nəyisə göstərin, biz izahat verək". Amma zaman-zaman onların bu riyasının arxasında dayanan cəhətləri hamı gördü. Görünməyənləri də özləri bir-bir göstəriblər. Amma hər halda, yayın bu cırhacırında "mitinq keçirəcəyik" deyə beynəlxalq təşkilat nümayəndələrini, mətbuat işçilərini günün altına yığıb gözlətdirmək insafdan deyildi. Amma insafsızlığın, nankorluğun bir cəhəti də 40 dərəcə temperaturda insanları gözlətdirib, sərin kondisionerin altında istirahət edən Ə.Kərimov və İ.Qəmbərov cütlüyünün əsl simalarını bütün detalları ilə açıb göstərmələri oldu.


Təxribatçılar və yaxud müxalifətin mətbuat orqanları...


"Nərimanov" kionteatrının qarşısında təntənəli mitinq keçirəcəyik adı ilə car çəkən müxalifət təmsilçiləri, həmişə olduğu kimi, bu dəfə də, ilk olaraq, öz mətbuat əlaltılarını oraya göndərmişdilər. Eyni zamanda, onlar bu cür taktikadan kəşfiyyat məlumatları əldə etmək, mitinq keçirəcəkləri ünvandakı vəziyyəti öyrənmək üçün də istifadə edirlər. Bundan əlavə, ənənəvi olaraq, mitinqin keçiriləcəyi ünvanda heç bir aksiya keçirmək niyyətində olmayan müxalifət sözçüləri hansısa bir daldada, hay-küy salıb adını da "möhtəşəm aksiya" qoyurlar. Hər kəsə ünvan kimi göstərdikləri məkanda, yəni misal üçün "Nərimanov" kinoteatrının qarşısında işə göndərdikləri mətbuat "işçi"lərinin əli ilə təxribatlar törədirlər. Prosesi izləyən bir mətbuat nümayəndəsi olaraq, birmənalı şəkildə, müxalifət mətbuatının mitinq keçiriləcəyi ünvanda həmişə hay-küyün olmasında maraqlı mövqedən çıxış etdiyini görmüşük. Məsələn, "Azadlıq" radiosunun müxbiri parkda istirahət edən yaşlı bir kişidən sorşur: "Dayı, siz bura niyə gəlmisiniz?" O da cavab verir ki, "Ay oğul, parka nəyə gələrlər?" Axşam isə radionun efirində eşidirik ki, həmin yaşlı insanın guya parka mitinqə gəldiyi deyilir. Bu müqayisəli yanaşma onu göstərir ki, müxalifət mitinq keçirmək üçün heç bir potensial və sosial imkanlara malik deyil. Sadəcə olaraq, gündəmin diqqətini özlərinə tərəf yöənəldib öz mətbuat orqanlarında geninə-boluna "təbliğ" olunmağa çalışırlar.


Qadın donunda gizlənənlər və yaxud müxalifətin yeni mitinq taktikası


Son zamanlar, deyəsən, müxalifət təmsilçiləri daha çox düşünməyə başlayıblar. Onlar papaqlarını qabaqlarına qoyub nə qədər fikirləşsələr, bir o qədər də, özlərini biabır etməyin yeni formalarını taparlar. 19 iyun mitinqində olduğu kimi. Çünki bu aksiyada geniş ictimai dəstəkdən dəm vuranlar sonradan qadın donu arxasında necə və hansı texnologiya ilə gizlənməyin yollarını da açmış oldular. Əslində, müxalifətçilərin qadın məsələsində bir qədər "incəliyə" gedib çıxacaq əməllərindən cəmiyyətimiz məlumatlıdır. Ən azından, bunu "Azadlıq" qəzetinin Azər Əhmədovundan görmüş olublar. Ona görə də, "Nərimanov" parkında da, Ə.Kərimovla İ.Qəmbərovun qadın məsələsindən necə yararlanmağa çalışdığını hər kəs çox yaxşı gördü. Təki bundan betəri olmasın. "Dəli utanmasa da, yiyəsi utanar" deyib atalarımız.


Rövşən Rəsulov

Tapdıq Qurbanlı

Digər xəbərlər