Son zamanlar müxalifət düşərgəsində ən çox müzakirə olunan və çək-çevir edilən proseslər "İctimai Palata"da da cərəyan edir. Bu təşkilatın "çətiri" altında öz maraq və imkanlarını daha da genişləndirmək niyyətində olan müxalifət təmsilçiləri, nəyin bahasına olursa-olsun, geniş imtiyazlar əldə etməyə çalışırlar. Çünki "Soros" fondu tərəfindən ayrılan vəsaitədə daha çox əldə etmək istəyi yaranmış vəziyyəti daha da kəskinləşdirməkdədir. Belə ki, "Soros" fondu tərəfindən "İctimai Palata"ya ayrılmış vəsait özünü aparıcı qüvvə kimi göstərən müxalifət yetkililəri arasında bölüşdürülsə də, narazı qalanlar oldu. Ancaq maraqlısı odur ki, "Soros" fondu bir qəpiyinin qədrini bilə-bilə hansı səbəblərə görə, "İP"-ə təmənnasız yardım edir?
Riyakar müxalifətin satqın ünsürləri
Məhz xarici donorların əlində muzdlu qula çevrilmiş radikal müxalifət təmsilçiləri elə onların əmri ilə oturub-durur. Hətta onlara göstəriş gəlmədən evlərindən belə çıxmırlar. Ötən il Almaniyanın Potsdam şəhərində Ermənistan Ümummilli Hərəkatının rəhbəri Aram Manukunyanla olduqca səmimi münasibətdə olan və onunla qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalayan Müsavat başqanı İsa Qəmbərov olmuşdu. Doğrudur, bunu ilk əvvəl, o, əlaltıları vasitəsi ilə danmağa çalışsa da, paxırının üstü açılan kimi partiyasında mətbuat konfransı keçirdi və bu satqın əməlini ört-basdır etməyə çalışdı. Amma yenə də, nə olur-olsun, hamı bildi ki, İ.Qəmbərov hələ də ermənilərə qarşı olan "sevgisindən" qurtula bilməyib. Onun "İP"-dəki təmsilçiliyi də, məhz bu maraqlar kontekstində qurulub. Çünki AXCP (i) sədri Ə.Kərimovla aralarındakı yaxınlıq münasibətləri müqabilində İ.Qəmbərov sırf şəxsi imtiyazlarını gerçəkləşdirmək üçün var-gəl edir. Ona görə də, müxalifətin satqın və riyakar ünsürlərinin böyük əksəriyyəti "İP"-də cəm olub, digərlərinin isə burada olmaması sırf şəxsi prinsiplərlə bağlıdır. Məhz buna görə də, başqaları ilə ayrılan payı bölmək istəməyən İ.Qəmbərovla Ə.Kərimov ən iyrənc taktikalardan istifadə edib və edirlər. Ən iyrənci isə arxadan zərbə vuran bu "şəxsiyyətlər" "biz qardaşıq" deyə bir-birilərinə qucaq açırlar. Misal olaraq, "İP"-də öz maraqları naminə hər kəslə dava-dalaş edən AXP "lideri" Pənah Hüseynov dünənə kimi "Azadlıq" partiyasının sədrini söyürdüsə, indi "o, yaxşı oğlandır" deyir. Bu anlaşılmazlığın, qeyri-ciddiliyinin bir adı var, onu da P.Hüseynov özü daha yaxşı bilir.
Rəfiqə Hüseynova