PDF Oxu

Müxalifət

  • 24

“KAXCP”-nin qurultayı qalmaqallı keçdi

“KAXCP”-nin qurultayı qalmaqallı keçdi

Hələ bir neçə ay öncədən bəri planlaşdırılan "KAXCP"-nin qurultayı axır ki, baş tutdu. Belə ki, uzun müddətdən bəri planlaşdırılan qurultay müəyyən səbəblər üzündən keçirilməmiş qalırdı və nədənsə, heç bir səbəb olmadan, bunun günahı başqa yerlərdə axtarılırdı. Daha dəqiq desək, öz günahlarını, zəifliklərini, təşkilatçılıq qabiliyyətsizliklərini öz üzərlərindən atmağa cəhd edirdilər.

Nəhayət, gözlənilən an gəlib çatdı və "KAXCP" adlanan siyasi təşkilat öz qurultayını keçirməyə dolayısı ilə müvəffəq oldu. Lakin belə qurultayın keçirilməsindənsə, keçirilməməsi daha yaxşı olardı. Çünki keçirilən tədbir qurultaydan daha çox sözgüləşdirmə meydanına bənzəyirdi. Orada sədr öz funksionerini tanımırdı. Söyən kim, bağıran kim, özbaşına nitq söyləyən kim və s. Qısası, qurultayın keçirilməsi bir məqsədə xidmət edirdi-Mirmahmud Fəttayevin sədr seçilməsinə. Lakin bu cür formada sədr seçilməkdənsə, birdəfəlik siyasətdən getmək daha məqbul olardı ki, M.Fəttayevin həmin addımı atmağa cürəti çatmadı.

Əslində, zalın yarıboş olması, bir çox dəvət edilmiş partiya sədrlərinin həmin qurultayda iştirak etməməsi, ümumiyyətlə, çağırılmış qonaqların böyük əksəriyyətinin dəvət olunmalarına rəğmən oraya getməməsi Mirmahmud "ağanın" kefini pəjmürdə etmişdi. Ancaq nəyin bahasına olursa-olsun, sədr seçilmək planı öz "qüvvəsində" idi. Və bu, baş tutdu da. Mirmahmud "ağa" böyük səs azlığı ilə yenidən sədr "seçildi". Amma necə?

Belə ki, səsvermə kvotası hesaba alınmamış, elə-belə, yəni ki, gözəqara seçimlə Fəttayev özünü sədr seçdirdi. Bundan sonra, partiya daxilində fəaliyyət göstərən müxtəlif qruplar arasında söz-söhbətlər yarandı və sonda yarıboş zal daha da boşaldı. Çıxış edənlərin isə sözləri natamam qaldı. Bir az da eyforiyaya, meydan nostalgiyasına qapılan küçə müxalifəti vəziyyəti daha da qəlizləşdirdi. Hətta bir-birindən narazı qalan qüvvələr arasında küfürləşmə də baş verdi. Məhz bu araqarışmadan məharətlə istifadə edən M. Fəttayev yenidən "KAXCP"-nin sədri seçilməyə nail oldu. Fəqət, vay belə "demokratik sədr" seçilməyə ki, Mirmahmud "ağa" seçildi...

RÖVŞƏN

P.S. "Təbriklər", Mirmahmud "bəy"!..

Digər xəbərlər