PDF Oxu

Müxalifət

  • 16

“İctimai Palata” müxalifətin “mehriban düşmənlər” məclisinə çevrilir

“İctimai Palata” müxalifətin “mehriban düşmənlər” məclisinə çevrilir

Ölkədə böyük siyasi dəyişikliklər dövrünü yaşadığı bu ərəfədə müxalifət düşərgəsində qəribə proseslər gedir. Radikal düşərgədə cərəyan edən son hadisələr, onu deməyə əsas verir ki, onların ümumi məqsədi və maraqları yoxdur. Hazırda son parlament seçkisindən sonra bir neçə nüfuzdan düşmüş radikal müxalifət partiyaları "İctimai Palata"da birləşsə də, hələ ki, birlik yaratma cəhdləri heç bir nəticə vermir. Üstəlik, belə qondarma qurumlarda birləşən partiyalar da heç öz aralarında vahid mövqeyə gələ bilmirlər.

Özlərinin də etiraf etdikləri kimi, həqiqətən də, müxalifət partiyalarının özlərinin bir-biri ilə ciddi münaqişələri var və bu, hamının bir yerdə olmasını əngəlləyir. Nəticədə, heç bir şeyə nail ola bilmirlər. Bəs bölünməyən nədir? Axı, bu qüvvələrin hər biri yaxşı anlayır ki, nəinki təklikdə, hətta bütün müxalifət birləşsə belə, heç bir şansları yoxdur.

Onlar qazandıqlarını qazanıblar

Məntiqlə düşünəndə, belə çıxır ki, "liderlər", sadəcə, siyasi oyun oynayırlar. Məqsəd, həmişə dediyimiz kimi, eynidir - özünü xarici ağalara real müxalifət qurumu və siyasi güc mərkəzi kimi satmaq və bununla da ölkəyə axan qrantları ələ keçirmək. Məhz buna görə də, bir çox partiyalar müxalifətin ümumi marağı naminə özlərinə edilmiş müraciətə rədd cavabı heç bir ümumi qurumda birləşmədi. Bu isə, onu təsdiqləyir ki, bütün müxalifləri siyasi mübarizə yox, yalnız pul və şöhrət maraqlandırıb. Məsələn, "Yeni Müsavat" qəzetinin baş yazarı Rauf Arifoğlunun nə vecinədir ki, Müsavat dağılıb gedir, silahdaşları pis vəziyyətdə qalır. Çünki bu adamın Novxanıda nə desən varıdır... Və yaxud, AXCP (i) sədri Əli Kərimov da eyni simalı zaddır. Bu adamın əlindən satqınlıqdan və xəyanətdən başqa nə desən gəlir... O vaxt dövlət katibi olarkən, nə həngamə çıxardı. O boyda Xalq Cəbhəsini necə parçaladı. Deyilənə görə, yaman pis xasiyyətinə görə, onu heç müxalifət düşərgəsində də heçə saymırlar. Bu günə kimi başını soxmadığı deşik qalmayıb...

Və yaxud da, mühacir ömrü yaşayan "ACP" sədri Rəsul Quliyevə gəldikdə isə, bu adam haqda söz deməyə ehtiyac yoxdur, çünki onu tanımayan tapılmaz. Bu, o adamdır ki, Amerikada şellənərək Azərbaycanda ara qarışdırmağa can atsa da, heç nəyə nail ola bilməyib. Bu, o R.Quliyevdir ki, iqtidardan qurtardı, keçdi müxalifətə, ağzına gələni yağdırır okeanın o üzündən. Bəzi "badbaxtlar" da onu özlərinə "lider" seçmələri ilə peşmançılıq çəkdilər, ancaq artıq çox gecdir.

Yerdə qalır bir neçə böyük iddiaya malik kiçik "lidercik"lər, onlar haqda da heç yazmağa belə dəyməz. Bu adamlar da elə zənn edirlər ki, "dərə xəlvət, tülkü bəydir", nə istəsələr heç kəs bilməyəcək. Amma hələ də heç bir "zad" yeyə bilməyiblər. Deyəcəksiniz, nə oldu, bəs bu boyda müxalifət düşərgəsində bir əməlli adam yoxdumu, hamısını yıxıb sürüdün. Var! Niyə yoxdur? Amma məsələ burasındadır ki, belələri papaq altında qalıb. Gözləyirlər ki, görək nə vaxt bu "tülkülər" yorulub-usanıb, nə bilim utanıb yerə girəcəklər... Amma bunlarda utanan üz var ki, yerə də girsinlər? İndiki qoca "liderlər" xalq tərəfindən fitə basılsalar da, onlarda nə utanan üz, nə də abır var. Ancaq tezliklə xalq onları birdəfəlik zibilliyə atacaqlar. Bu, baş verəcək, tezliklə...


Rəfiqə

Digər xəbərlər