PDF Oxu

Müxalifət

  • 32

Əli Kərimov kimlərə yarınmaq istəyir?

Əli Kərimov kimlərə yarınmaq istəyir?

Siyasi arenadan birdəfəlik silinmək təhlükəsi ilə üz-üzə qalmış AXCP (i)-dəki durumu Əli Kərimov hər vəchlə gizlətməyə çalışır. O, bütün riyakar əməllərindən istifadə etməklə, diqqəti başqa səmtə yönəltməkdə maraqlıdır.

Elə bu səbəbdən də, AXCP (i)-nin ağır və böhranlı durumunu heç kəsə bəlli etməmək üçün Ə.Kərimov qurum adından ardıcıl olaraq yalan bəyanatlar səsləndirməklə məşğuldur. AXCP (i) sədri düşünür ki, bu cür addım atmaqla qurumun fəaliyyətdə olduğunu göstərə biləcək. Amma onun nə etməsində və hansı riyakar addımı atmasından asılı olmayaraq, AXCP (i) sonun bir addımlığındadır. Sonuncu cəbhəçi, yəni Mirzə Sakitin Ə.Kərimova və "doğma" qardaşı Qənimət Zahidov od püskürərək, AXCP (i)-dən nümayişkaranə şəkildə istefa verməsi də bunu təsdiqləyir. İndi isə Ə.Kərimov illərdir adından istifadə edərək xarici donorlardan pul qopardığı qurum iflasın bir addımlığındadır. Çünki AXCP (i)-yə Ə.Kərimov kimi birisinin sədrlik etməsi məhz bu cür olayın baş verəcəyini də yəqin edirdi. Ona görə də, müxalifət təmsilçilərinin özləri də çox gözəl bilirlər ki, Ə.Kərimov hara əl atırsa, oranı mütləq acı sonluğa çatdırmalıdır. Onun niyyət və xislətinin nəticəsinin bu cür olduğunu hər kəs çox gözəl bilir. Bu baxımdan da, Ə.Kərimovla birlikdə olmağı və onun eyni "ideologiya"nı paylaşmaq məcburiyyətində olanlar belə sonrakı peşmançılıqda əziyyət çəkirlər.

Əli Kərimovun "İctimai Palata"nın adını saxlamaqda marağı nədir?

Tamamilə iflic olmuş fəaliyyətlərində heç bir dönüş etməyi belə bacarmayan radikal müxalifət partiya sədrləri son zamanlar ortalıqda görünmürlər. Bir müddət bacarıqlarından böyük iddialara düşərək, özlərini göstərməyə çalışanlar indi gözə dəymir. Müəyyən bir müddət boş şouya yalan və iftarçılığın hay-küyünə gedən müxalifət "İctimai Palata"nın timsalında görüntü yaratmağa çalışdı. Amma həmişə olduğu kimi, bu addım da bir müddətlik oldu. Çünki bu cür mənzərənin yaranmasında maraqlı olanlar öz niyyətləri baş tusun deyə müəyyən oyunlara əl atmalı oldular. Həmişə olduğu kimi, bu dəfə də, reallıq onların iflasını qaçılmaz etdi. Belə ki, "İctimai Palata"nı təsis edib buna müxalifətin ümumi birliyi kimi qondarma ad verənlər maraqlarını təmin edənə qədər dirəniş göstərdilər. AXCP (i) sədri Ə.Kərimov və Müsavat başqanı İ.Qəmbərov "Soros" fondundan "İctimai Palata" üçün 10 milyon dolları aldıqdan sonra isə mənzərə tamamilə dəyişəsi oldu. Dünənə qədər başqalarının buraya girmələrinə belə səd qoyan Ə.Kərimov və İ.Qəmbərov cütlüyü ortalıqdan çəkilməklə niyyətlərini realaşdırdıqlarını sübut etdilər. Amma sonradan rəhbərlik etdiyi qurumun bütünlüklə iflic olması Ə.Kərimovun "İctimai Palata"nın adından yararlanmasına imkan verdi. Elə bu səbəbdən də, AXCP (i)-ni tarixin acı arxivinə yönələn yoldan xilas etməyi bacarmayan Ə.Kərimov təsəlli kimi "İctimai Palata"dan bərk-bərk yapışıb.


Rəfiqə Hüseynova

Digər xəbərlər