PDF Oxu

Müxalifət

  • 33

Əli Kərimovun Rəsul Quliyevlə nə işi var?

Əli Kərimovun Rəsul Quliyevlə nə işi var?

AXCP (i) sədri Əli Kərimovun təmsil olunduğu "İctimai Palata"da Müsavat başqanı İsa Qəmbərovla arası sərinləyəndən sonra onun hansı istiqamətdə addımlar atacağı yavaş-yavaş məlum olmağa başlayıb. Belə ki, hazırda yaşadığı "pasport problemi" ucbatından xaricə gedərək, öz satqınçılıq "siyasətini" yürüdə bilməyən partiya sədrinin, bu ərəfələrdə ABŞ-a "ACP" sədri Rəsul Quliyevə telefon zəngi etdiyi məlum olub. O da bəlli olub ki, "Yurd" şefi çox yaxın bir dövr ərzində "İctimai Palata"dan partiyaqarışıq istefaya gedəcək. AXCP (i) qərargahından sızan digər məlumatlara görə, "palataya" alternativ qurum kimi yaradılacaq ADP-nin "Kölgə kabinet"i üzərində var-gəl edən Ə.Kərimov, Sərdar Cəlaloğlu ilə ümumi razılığa gəlmədiyinə görə, R.Quliyevə ağız açmağa məcbur olub.


Onlar nədən danışıblar?


Danışıblar ki, belə getsə, müxalifətdə də onlara yer olmayacaq və bu minvalla hər şeydən, o cümlədən, qazancdan da əlləri üzüləcək və xarici "ağaları" bir daha onlara dəstək verməyəcəklər. Belə bir "psixoloji" xof yaratmaqla R.Quliyevin "gözünü açan" Ə.Kərimov deyib ki, daha belə olmaz və mütləq növbəti "ittifaq" yaratmağın zamanı çatıb. Eyni zamanda, aralarındakı nifaqı, ötənlərdə baş verənləri ununtmağa çağıran AXCP (i) sədri R.Quliyevə onu da "söz verib" ki, əgər münasibətlərini normallaşdırsalar, həm ADP-dən, həm də Müsavatdan adam toplayıb, "ACP" -yə üzv yazdıracaq. Və məsələ gəlib çıxıb əsas mövzu olan pula. Yəni o, birbaşa Quliyevdən pul istəyib. Rəsul "bəy" isə Ə.Kərimovun bütün bicliklərinə bələd olduğu üçün, ondan bir az fikirləşmək üçün zaman istəyib. Bunu analayan qarşı tərəf, zamanının olmadığını və məsələni tezləşdirməyi "məsləhət" görüb.


RÖVŞƏN

Digər xəbərlər