PDF Oxu

Müxalifət

  • 28

“Altılar”ın “zirvə”si niyə baş tutmadı?

“Altılar”ın “zirvə”si niyə baş tutmadı?

"İctimai Palata"dan kənarda müxalifətin növbəti dəfə birliyinin yaradılması cəhdləri puça çıxdı. Söhbət "Altılar"ın "zirvə toplantısı"ndan gedir. Onu da qeyd edək ki, buna qədər ADP-nin "Kölgə Kabinet" yaratmaq istəyi də müəyyən müxalifətdaxili təsirlər nəticəsində öz həllini tapmayıb. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, sözügedən "zirvəyə" qatılmayan Müsavat və AXCP (i) funksionerləri tədbirə qatılmamaqlarını müxtəlif yalanlarla ört-basdır etməyə çalışıblar. Lakin sonda əsl gerçəyi deməyə məcbur olublar. Belə ki, Müsavat partiyasının başqan müavini Tofiq Yaqublu mətbuata açıqlamasında bildirib ki, həmin gün guya "İctimai Palata"nın tədbiri olub və "zirvə"yə qatılmaq imkanları olmayıb.

Maraqlıdır, Yaqublu tədbirə qatılmırsa, Müsavat partiyasında funksioner çatışmazlığı mövcuddurmu? Hər halda, başqa bir müsavatçı oraya göndərilə bilərdi. Lakin görünür, doğrudan da, partiyada adam tapılmır ki, digər tədbirlərə gedib, təşkilatı təmsil etsin. Bu, məsələnin bir tərəfi. Məsələnin o biri tərəfinə gəldikdə isə, T.Yaqublu hər şeyi açıq şəkildə deyib. Yəni o və onun digər həmkarları özlərindən başqa heç bir müxalifət partiyasını müxalif yönümlü kursda olduqlarını qətiyyən həzm edə bilmirlər. Eyni zamanda, müxalifət düşərgəsini qanadlara bölərək danışan Müsavat funksioneri, bir daha düşərgənin parçalanmasını etiraf edib: "Müxalifətin digər qanadını ittiham etməyə başlayacaqlarsa, məlum olacaq ki, niyyətləri müxalifətin birliyinə yox, parçalanmasına yönəlib".

Təbii ki, şəxsi simpatiyalar və antipatiyalar baxımından da bir-birləri ilə münasibətlər "qurub"-pozan müxalifət rəsmiləri belə hallar baş verdiyi zaman, bir-birlərindən bir növ qisas almağa çalışırlar. Məsələ ondadır ki, Müsavat və AXCP (i)-dən fərqli olaraq, yaxın ərəfələrə qədər onlarla "İctimai Palata"da təmsil olunan, sonradan isə oradan qovulan "KAXCP" sədri Mirmahmud Fəttayev əksinə olaraq, "zirvəyə" qatılıb. O bildirib ki, müxalifətdə təmsil olunan və 6 partiya rəhbərinin iştirakı ilə keçirilən "Zirvə toplantısı" bu düşərgədə birliyə nail olmaq üçün atılan addımlardan biridir. Onun sözlərinə görə, birgə fəaliyyət 6 partiyanın gələcəkdə bu istiqamətdə müzakirələri davam etdirməsi niyyətindən asılı olacaq: "Digər tərəfin qiymətləndirilməsini maraqlandırmır. Deməliyəm ki, 6 partiyanın birgə əməkdaşlıq istəyi kiməsə qarşı deyil. Niyyət protokolu da AXCP (i) və Müsavat partiyasının günahı üzündən, onların iştirak etmədiyinə görə imzalanmadı."


RÖVŞƏN

Digər xəbərlər