PDF Oxu

Müxalifət

  • 34

“İctimai Palata”nın növbəti riyakarlığı

“İctimai Palata”nın növbəti riyakarlığı

Radikal müxalifət düşərgəsində son müddətin ən riyakar üsul və metodologiyasını özündə cəm etmiş "İctimai Palata"nın başbilənləri bu dəfə də, yanlış addım atmaq haqqında qərar verməklə gündəmdə qalmağa çalışırlar. Onların müəyyən maraqlarını reallaşdırmaq, siyasi arenada özlərinin mövcud olmayan imiclərini nümayiş etdirmək üçün belə addımlar atırlar. Bu sırada, həmişə olduğu kimi, müxalifətin radikalizm prinsiplərini daha çox özündə cəm etmiş Müsavat və AXCP (i)-ni xüsusilə qeyd etmək lazımdır. Bu qurumlar bir yandan "İctimai Palata"nın "müstəqil" bir qurum olduğunu bəyan etsələr də, digər yandan onun adından istifadə etməklə öz konyuktur maraqlarını təmin etməyə çalışırlar. Bu isə 20 ilə yaxındır radikal müxalifət düşərgəsində təmsil olunan partiyaların əsas simalarının yenidən üzə çıxması deməkdir. Bu ilin aprel aylarında ictimai gərginlik yaratmaqla daha çox gündəmin nəbzini tutmağa çalışan radikal müxalifət təmsilçiləri sonda bəd niyyətlərinə çata bilmədilər. Çünki onların bacarıqlarında böyük iddialara düşməsi, əslində, problemin başlanğıcı deməkdir.

İsa Qəmbərovla Əli Kərimovun pulu qurtaran kimi mitinq haqqında danışırlar

Fəaliyyətlərindəki heç bir ictimai məntiq olmadığından radikal müxalifətin cəmiyyət tərəfindən də dəstəklənməsi mümkün olmamışdır. Onlar mövcud olduqları dönəmlərdə ancaq öz maraqları kontekstindən çıxış etdikləri üçün və xarici donorların maliyyə və ideoloji dəstəyi ilə yaşadıqları məhz cəmiyyətin hiddətini qazanmışdılar. Çünki radikal müxalifət təmsilçiləri gündə bir adda qurum və oyuncaq birliklər təşkil etməklə ancaq öz imtiyazlarını təmin etməyə çalışırlar. Bunun üçün də onların ancaq xarici donorların ətəyindən bərk-bərk yapışaraq pul qoparmaq istəyi ilə alışıb yandıqlarını hər kəs görmüş olub. Amma nədənsə, son günlərdə, xaricdən ayrılan vəsaitlərində bir qədər kasadlıq çəkən Müsavat başqanı İ.Qəmbərovun və Ə.Kərimovun dırnaqarası fəallıq nümayiş etdirdiyini də müşahidə etmək mümkün olub. Çünki adıçəkilən hər iki şəxs ancaq konyuktur maraqları naminə bu cür bəynatalar səsləndirir və havadarlarına guya çətin durumda olduqlarını göstərməyə çalışırlar. Həmişə olduğu kimi, bu sırada İ.Qəmbərov və Ə.Kərimov cütlüyünü "aktiv" şəkildə görmək mümkündür.


Rəfiqə Hüseynova

Digər xəbərlər