PDF Oxu

Müxalifət

  • 39

“İctimai Palata”da gərginlik davam edir İsa Qəmbərov bütün “rıçaqları” əlinə almaq niyyətindən əl çəkmir

“İctimai Palata”da gərginlik davam edir İsa Qəmbərov bütün “rıçaqları” əlinə almaq niyyətindən əl çəkmir

"İctimai Palata"da baş verən ardıcıl ziddiyyətlər sindromu daha da kəskin xarakter alaraq, vəziyyəti mürəkkəbləşdirib. Belə ki, bir neçə gün əvvəl AXCP (i) sədri Əli Kərimovun "ACP" sədri Rəsul Quliyevə telefon zəngi açaraq, ondan pul dilənməsi Müsavat başqanı İsa Qəmbərovu daha da qıcıqlandırıb. Məhz bu səbəbdən də o, öncədən danışılmış və razılığa gəlinmiş "Cəbhə"-Müsavat razılaşması üzərindən çarpaz xəttlər çəkib. Eyni zamanda, partiya daxilində belə qərara gəlinib ki, bundan sonra, Ə.Kərimova qarşı ciddi ölçülər götürülsün.

Bütün bu baş verənlərdən belə qənaətə gəlmək mümkündür ki, radikal müxalifət daxilində çox qısa bir zamanda köhnə müttəfiqlər arasında böyük parçalanmalar baş tutacaq və buraya Kərimov-Qəmbərov cütlüyünü aid etsək, qətiyyən yanılmarıq. Və əslində, bu halın mövcudluğu çoxdan idi ki, özünü sərgiləyirdi. Qalırdı sadəcə gerçəkləşməsinə ki, bunu da AXCP (i) sədri etdi. Nəticədə "böyük ümidlərlə" yaradılan "İctimai Palata"da qopmalara növbəti dəfə start verildi. Qondarma qurumun, həqiqətən də, heç nəyə yaramaması özünü sübuta yetirdi. Lakin ortaya digər sual çıxır ki, nəyə görə Ə.Kərimov bu addımı atmağa qərarlaşdı?

Məsələ ondadır ki, AXCP (i) sədri ona lazım olanı İ.Qəmbərovdan daha tez ala bilir. Necə ki, o, R.Quliyevdən maddi dəstək almağı bacardı. Yəni az da olsa, çox da olsa öz istəyinə nail oldu. Fəqət, nəticədə "İctimai Palata" adlı quruma köklü zərbə vurdu. Bunun kökü isə, başqan Qəmbərovun AXCP (i)-yə "birləşmək" təklifi etməsi, sonradan isə həmin təklifdən imtina etməsində dayanıb. İstənilən halda, bunu gözləmək lazım idi və bu gözləmə mövqeyindən "məharətlə" istifadə edən "Yurd" şefi sonunda öz istəyinə çatdı. Ən azından, "ACP" sədri R.Quliyevdən beş-on dollar pul qoparda bildi...


RƏFİQƏ

Digər xəbərlər