PDF Oxu

Müxalifət

  • 29

Müxalifətin problemi bitib-tükənmir

Müxalifətin problemi bitib-tükənmir

Son günlər havaların isti keçməsi ilə bağlı radikal müxalifət düşərgəsində qeyri-ciddi proseslər - anormal hallar müşahidə olunur. Başlarına isti hava dəydikcə, olmayan başlarındakı ağılları da itir, nəticədə isə cəfəng-cəfəng ideyalarla çıxış edir, başlarından və bacarıqlarından böyük iştahalara düşürlər. Müxalifət təmsilçiləri öz imkanlarını bilə-bilə bu cür riyakar ideyalarla çıxış etməklə, əslində, mövcudluqlarını isbatlamağa çalışır. Daha doğrusu, yayın istisinin onlara heç bir təsiri olmadığını göstərməyə çalışsalar da, amma əsil reallığı gizlətməyə gücləri çatmır.

Çünki Azərbaycan cəmiyyəti müxalifətin riyakar məqsədindən xəbərdar olduğu üçün onlara layiq olduğu qiyməti verib. Çox təəssüf ki, hələ də öz mövcudluqlarını ancaq şəxsi maraqlarının gerçəkləşməsi naminə qoruyub-saxlamağa çalışanlar bu cür məsələləri qulaqardına vururlar. Hətta onlar pul verəcək mənbə düşmən də olsa, bu razılığa hazır olduqlarını bildirirlər, təki radikal müxalifət təmsilçilərinin şəxsi maraqları təmin olunsun. Necə ki, Müsavat başqanı İsa Qəmbərov ötən il Almaniyanın Potsdam şəhərində Ermənistan Ümummilli Hərəkatının "lideri" Aram Manukunyanla qol-qola gəzə-gəzə maliyyə məsələlərini həll etmişdi. Onlar arasındakı razılığa görə, erməni lobbisinin müxtəlif ölkələrdə topladığı ianələrdən hər il Müsavat başqanının şəxsi hesabına da müəyyən məbləğ köçürüləcək. Bunun qarşılığında İ.Qəmbərov A.Manukunyana nə boyun olduğu, hələlik, heçə kəs bilmir. Bilinən isə odur ki, mütləq halda Müsavat başqanı ənənəvi formada düşmən dəyirmanına su tökməklə məşğul olacaq.

"Birləşək" deyə-deyə parçalanan müxalifət

AXP sədri Pənah Hüseynovun dönə-dönə "birləşmək" "ideyasını" ortaya atması radikal müxalifət düşərgəsində hər kəsin əsəblərini tarıma çəkib. Elə bu səbəbdən də düşərgədə, demək olar ki, hamı P.Hüseynovdan üz çevirir. Müsavatın Məclis sədri Arzu Səmədbəyli verdiyi açıqlamasında bildirir ki, P.Hüseynov intriqalardan zövq alan bir kəsdir: "P.Hüseynov harada olmasından asılı olmayaraq, həmin yerdə mütləq ziddiyyətlər olmalıdır. İntriqaçı P.Hüseynovun "birləşmək" ideyasının hansı səbəbdən tez-tez hallanmasının səbəbi bəllidir. AXP sədrini heç kəs qəbul etmədiyi üçün ortada qalıb və bununla da istəyir ki, olmayan partiyasını yenidən bərpa etsin. Məhz bu günlərdə həmişəki formada dəvətsiz-filansız Müsavat partiyasının toplantısına qatılan P.Hüseynov yenə sıravi müsvatçıların hiddəti ilə qarşılanıb. Amma müxalifətin baş bəlası olan bu adam bütün bunları sanki qulaqardına vurur və öz bildiyini edir. Bəzi hallarda isə o özünü Müsavat partiyasında İ.Qəmbərovdan sonra ikinci şəxs kimi göstərərək, müəyyən tapşırıq və tövsiyyələr də verməyə çalışır. Bu isə, birmənalı şəkildə, Müsavat partiyasında rəhbər strukturlarda çalışan şəxslərin təbii narazılığının daha da artmasına, sonda qalmaqalın yaranmasına rəvac vermiş olur".

A.Səmədbəyli onu da bildirib ki, müxalifət funksionerləri P.Hüseynovu görməkdən təngə gəlib: "P.Hüseynovun bu hərəkətindən təngə gələn funksionerlərin tutarlı cavab verəcəyinə ümid edirəm. Bu cavab isə P.Hüseynov üçün çox ağır olacaq". A.Səmədbəyli P.Hüseynova "birlik" məsələsini birdəfəlik unutmağı məsləhət gördü.

Göründüyü kimi, radikal düşərgədə baş verənlər, ənənəvi formada bir yerdə olanda mitinqdən, piketdən dəm vuranlar yayın bu istisində hansı ağılsızın onların qondarma aksiyalarında iştirak edəcəyini hələ də ağılsız başlarına gətirə bilmirlər. Çünki 20 ildir ki, radikallar oyuncaq formada aksiyalar təşkil etmək üçün boş və mənasız "ideyalar" səsləndirməklə, özlərinin varlıqlarını nümayiş etdirmək istəsələr də, bunu sonu biabırçı uğursuzluqla bitir. A.Səmədbəyli demişkən "P.Hüseynovun xəmiri belə yoğrulub. Onu heç vaxt dəyişmək olmaz. "Qırxında öyrənən, gorunda çalar".

Rəfiqə

Digər xəbərlər