PDF Oxu

Müxalifət

  • 43

İsa Qəmbərov xarici təşkilatlarla iş birliyinə getməsini etiraf etdi

İsa Qəmbərov xarici təşkilatlarla iş birliyinə getməsini etiraf etdi

"İctimai Palata"nın sonuncu toplantısında baş verən hadisələr, bir daha onu təsdiq etdi ki, adıçəkilən qurumun daxilindəki situasiyaların kökündə müəyyən xarici təşkilatların mövcudluğu var. Belə ki, Müsavat başqanı İsa Qəmbərovun koordinasiya şurasının toplantısındakı çıxışında "bundan sonra bizə xarici təşkilatların da yardım edəcəyi barədə informasiyalar var və bu, bizim üçün çox önəmlidir" deməsi onun həmin təşkilatlarla iş birliyində olmasını bir daha təsdiq etdi. Eyni zamanda, vurğulamaq mümkündür ki, hələ icazəsiz aksiyalar zamanı istər İ.Qəmbərovun, istərsə də "palatadakı" digər səlahiyyətlilərin beynəlxalq təşkilatlarla heç bir səviyyədə iş qurmamaları barədə dedikləri özləri tərəfindən ifşa edildi.

"İctimai Palata"nın sessiyasında bir-birinin ardınca çıxış edən radikal müxalifət mənsubları çıxılmaz durumda qaldıqlarını, sosial bazalarının olmamalarını maliyyə çətinliyi ilə bağladıqdan sonra belə qərara gəldilər ki, bundan sonra istənilən xarici təşkilatla əlaqə yaradıb oradan pul-para qoparmağa nail olsunlar. Həmçinin, əldə edilən qrantların bölüşdürülmə məsələsi də, həll edilməmiş qalıb. Məsələ ondadır ki, Müsavat başqanının və AXCP (i) sədri Əli Kərimovun bütün zamanlarda müxalifətə göndərilmiş xarici sərmayələri bölüşdürmələri digər radikal ünsürlərə sərf etməmişdir. Daha dəqiq desək, ən böyük tikəni udan hər iki partiya sədri cüzi qırıntıları "tulapayı" qismində kiçik partiya sədrlərinə atırdılar. Məhz bu səbəbdən də, İ.Qəmbərovun çıxışından sonra "palata"nın sessiyasında ciddi qarşıdurmaların yaranmasına start verilib. Belə ki, bir qrup müxalifətyönlü siyasiləşmiş QHT rəhbərləri əldə ediləcək gəlirin şəffaflığının təmin olunması məqsədilə "ümumi hesab" açılmasını tələb ediblər. Buna ehtiyacın olmadığını bildirən Müsavat başqanı və "Yurd" şefi bildiriblər ki, onların öz şəxsi hesabları mövcuddur və əgər "İctimai Palata"nın hesabı açılsa, müəyyən çətinliklər yarana bilər. Bunu bir bilef kimi qəbul edən "palata" nümayəndələri yenidən etiraz səslərini ucaltmış və nəticədə toplantının işində zaman-zaman fasilələr yaranmışdır.

Maraqlı məqamlardan biri də odur ki, nahar fasiləsindən sonra "palata"nın sessiyasında İ.Qəmbərovla Ə.Kərimovdan başqa heç kim gözə dəyməmişdir. Bu isə, onu deməyə əsas verir ki, artıq müəyyən anti-Azərbaycan meyilli xarici təşkilatlarla danışıqlar reallaşdırılmış, ayrılacaq məbləğin nə qədər olacağı da sirr deyil. Qalır, sadəcə, həmin təşkilatlar qarşısında götürülən öhdəliklərə ki, bunun üçün də onların sosial baza toplamalarına zaman lazımdır. Ancaq məlumdur ki, nə İ.Qəmbərovun, nə də onun ətrafındakıların buna nə gücləri, nə də səbirləri var. Çünki yenidən hər hansı elektoratın toplanması heç də inanıdırıc görünmür.

Rəfiqə Hüseynova

Digər xəbərlər