PDF Oxu

Müxalifət

  • 20

“Ümid” partiyasında etiraz səsləri

“Ümid” partiyasında etiraz səsləri

Son günlər "Ümid" partiyası tərəfindən yürüdülən siyasətdə radikalizmin yüksək həddə çatması orada təmsil olunan sıravilərin və funksionerlərin etirazları ilə müşahidə edilməkdədir. Belə ki, partiya rəhbərliyinin MSK-dakı nümayəndəsi vasitəsi ilə DSK-ların formalaşdırılması istiqamətində irəli sürdüyü ittihamlarının məntiqə sığmadığını bildirən "ümidçi"lər atılan addımın heç bir siyasi çərçivəyə sığmadığını bildirirlər. Hətta bununla bağlı müəyyən qrup yaranıb və həmin qrupa sədr İqbal Ağazadənin müavini Ənvər Ağazadənin rəhbərlik etdiyi məlum olub. Təbii ki, öz ittihamlarında haqlı olan sıravilər və funksionerlər bununla bildirmək istəyirlər ki, "Ümid" partiyası radikal siyasətdən loyal siyasətə keçməlidirlər. Xatırladaq ki, belə ittihamlar daha öncələr də səsləndirilmiş, partiyanın fəaliyyət prinsipinə etiraz olaraq, istefalar da baş vermişdi.

Hazırda digər məqamlar da nəzərə çatdırılmaqdadır ki, partiya yanlış siyasət yürütməklə yanaşı, düşərgədə təmsil olunan başqa müxalifət partiyaları tərəfindən də qınaq hədəfinə çevrilib. Belə ki, müxalifət düşərgəsində konstruktiv siyasətə üstünlük verən və bu siyasət vasitəsi ilə müəyyən uğurlar qazanan BXCP, VHP kimi partiyaların "Ümid" partiyasına doğru haqlı ittihamlar səsləndirməsi də önə sürülmüş, İ.Ağazadənin və onun yaxın adamlarının böhtan kampaniyalarından əl çəkmələri tələb kimi qarşıya qoyulmuşdur.

Xatırlatmaq yerinə düşərdi ki, partiyanın sədr müavini Ə.Ağazadə yaxın ərəfələrdə təşkilatın ümumrespublika forumunun keçirilməməsində məhz İ.Ağazadəni günahlandırmışdı. Bundan sonra sədr müəyyən qrup yaratmış və partiya daxilində təmizləmələrin aparılmasını istəmişdi. Onu da demək lazımdır ki, məhz "Ümid" partiyasında imtahanın keçirilməsi "vacibliyi" də bu məsələdən sonra üzə çıxmışdı. Lakin ciddi etirazlardan sonra, sözügedən məsələyə son qoyulmuşdu. Bu gün partiyada yenidən aranın qarışması isə, onu deməyə əsas verir ki, İ.Ağazadəyə əks qrup üçün əlavə fürsət qazanılmışdır. Həmin fürsəti mümkün qədər dəyərləndirə bilən etirazçı qrup özünə Ə.Ağazadəni "lider" seçmiş və hərəkətə keçmişdir. MSK və DSK məsələsinə gəlincə isə, partiyadakı narazı qrup yaxın günlərdə bəyanat verəcəyini bildirib. Həmin bəyanatda rəsmən İ.Ağazadənin partiya sədrliyindən istefası məsələsinin qaldırılacağı da istisna edilməyib. Bunun üçün "Ümid" partiyasının növbədənkənar iclas keçiriləcəyi də bildirilib.

RƏFİQƏ

Digər xəbərlər