PDF Oxu

Müxalifət

  • 31

Əli Kərimov və İsa Qəmbərov Razi Nurullayevdən vasitə kimi istifadə edir

Əli Kərimov və İsa Qəmbərov Razi Nurullayevdən vasitə kimi istifadə edir

Müxalifət düşərgəsinin ən riyakar qurumlarından biri olan AXCP (i) rəhbərliyində təmsil olunan şəxslər son zamanlar gündəmdə qalmaq üçün müəyyən oyunlara əl atırlar. Bu qurumda sədr Əli Kərimovdan sonra onun tapşırıqlarını yerinə yetirənlər də öz ətrafındakılara qarşı xüsusi hiddət bəsləyirmişlər. Bu faktı dəfələrlə təmsil olunduqları düşərgənin təmsilçiləri də etiraf ediblər. Onlar ayrı-ayrı vaxtlarda müxalifət düşərgəsində olan müəyyən şəxslərin, konkret olaraq da, AXCP (i) və Müsavat partiyalarının yetkililərinin təqib və təzyiqlərinə məruz qaldıqlarını iddia edirdilər. Amma hər bir məqamda bu reallıq müəyyən formada gizlədilirdi. Artıq zaman keçdikcə, bu halın nə dərəcədə real olub-olmadığın aydın şəkildə hər kəs görüb. Bir vaxtlar müəyyən maraqları naminə müxalifətin birliyindən, əməkdaşlığından dəm vuran, hətta onların yaratmış olduqları oyuncaq birliklərdə təmsil olunmaları üçün tər tökənlərdən indi tamam başqa addım gözləmək mümkündür. Çünki həmin vaxt ümumi müxalifət birliyi adından verilən vəd onların işinə yarayırdı.

Xarici donor təşkilatlara "biz müxalifəti bir araya gətirdik, onlar adından ümumi qərar da var" görüntüsünü yaratmaqla, əslində, Ə.Kərimov və İ.Qəmbərov cütlüyü bir addım da olsun öz maraq çevrələrindən kənara çıxmırdılar. Onlar bu cür addımlarının, sadəcə olaraq, görüntü naminə atılmasının belə ifşasından çəkinmirdilər. İndi isə mənzərə tamamilə dəyişib və onlar dünənə qədər ehtiyac duyduqları, qapılarına elçilər göndərdikləri şəxsləri hədəfə alırlar. Çox güman ki, müəyyən bir dövr üçün həmin qüvvələr Kərimov-Qəmbərov cütlüyünə lazım olmayacaq. Bu zərurətdən də, onlar öz əlaltılarına müxalifət düşərgəsində "ikinci-üçüncü" dərəcəli kimi "qiymət"ləndirdikləri partiyalara qarşı "səlib" yürüşünə çıxmağı tapşırıblar. Bu mənada, müxalifət düşərgəsində adam yerinə qoyulub salam belə verilməyən AXCP (i)-nin sədr müavini Razi Nurullayevin müxalifət düşərgəsindəki həmkarlarına qarşı hücuma keçməsini xüsusilə qeyd etmək lazımdır.

R.Nurullayevin Ə.Kərimovun "tapşırığı", İ.Qəmbərovun "tövsiyəsi" ilə düşərgədə "ana müxalifət" kimi qələmə verilən partiyaların adından səsləndirdiyi fikirlərə diqqət çəkmək yerinə düşər. Çünki R.Nurullayevin bilik və bacarığının xaricində, Azərbaycan Liberal, Azərbaycan Demokrat, "Ümid" partiyalarını, AMİP-i necə hədəfə aldığının parametrləri ortadadır. Hər kəs çox gözəl bilir ki, R.Nurullayev kimdir və onun hədəfə aldığı şəxslər hansı yuvanın quşlarıdır? Sadəcə olaraq, yayın bu istisində R.Nurullayevə Ə.Kərimov başqa bir tapşırıq verə bilərdi. Hətta AXCP (i) sədri ona çimərlikdə öz dəsmalını daşıtmaq vəzifəsi kimi "ağır bir iş" də tapşırardı. Yəqin ki, "hörmətli" Nurullayev də bundan "şərəf" duyardı. Axı o özü həmişə bildirir ki, müxalifətin bir çox çirkinlikləri onun üzərindədir. Ə.Kərimovun da, çimərlik geyimlərini o, daşıyarsa, nə olardı? Bəlkə S.Cəlaloğlunu, L.Hacıyevanı, İ.Ağazadəni söymək tapşırığının verilməsi kimi "iş" ona, Ə.Kərimovun çimərlik geyimlərini daşımaqdan da "ağır" gəlib? Həmişə yüngül işlərlə məşğul olmaqda ad çıxarmış, iz qoymuş R.Nurullayevə düşərgədə kimlərisə hədəfə almaq kimi verilən tapşırıq, görəsən, hansı formada icra olunur? Eyni zamanda, görəsən, əks-tərəf rəqiblərinin R.Nurullayevin dilindən səsləndirilən fikirlərə reaksiya verəcəkmi? Bundan əlavə, baş verənlər az bir müddətin içində ola və uzun bir qalmaqalın yaranması ilə yadda qala bilər. Amma əsas şərt odur ki, müxalifət düşərgəsində, həmişə olduğu kimi, abstrakt qüvvələr deyil, konkret qüvvələr münaqişənin yaranmasında maraqlı tərəf kimi görünürlər. Bu, özlüyündə zamanın reallıq üzərində qələbəsidir. Bəlkə də, yayın qızmar günəşinin əritdiyi qarların altından hələ çox şeylər çıxacaq. Yəqin ki, bunu da zaman göstərər.


Tapdıq Qurbanlı

Digər xəbərlər