PDF Oxu

Müxalifət

  • 29

Rəsul Quliyev kimlərdən imdad istəyir?

Rəsul Quliyev kimlərdən imdad istəyir?

ABŞ-da öz biznes fəaliyyəti ilə yanaşı, okeanın bu tayına da əl uzadıb maraq güdən Rəsul Quliyev son günlərdə öz üzərində daha çox işləmək qərarına gəlib. Dünənə qədər öz niyyətlərini ancaq ABŞ hüdudları daxilində gerçəkləşdirməyə düşünən R.Quliyevin, deyəsən, yaşı artdıqca tamahı da çoxalıb. O, artıq daha böyük ideallar haqqında düşünür, bacarığından çox-çox üstün işlərə baş vurmağı planlaşdırır. Əldə etdiyimiz bilgilərə görə, ABŞ hökuməti ilə münasibətlərinə bir qədər səmimilik qatmaq niyyətində olan R.Quliyev Konqres seçkilərinə qatılmaq niyyətindədir. O, hələ ki, bu prosesin vaxtı atana qədər Amerikanın ictimai-siyasi həyatında dırnaqarası fəal və işgüzar insan görüntüsü yaratmağa çalışır. Bu baxımdan da, o, yaşadığı məhəllədə artıq hər axşam insanları küçələrdə bir-birilə səmimi söhbətinin məcrasına öz "platformasını" da qatmağa çalışır. Düşünür ki, bəlkə bu yolla insanlar ona bir qədər inana və qarşıdakı proseslərdə dəstək olalar. Amma R.Quliyevin ABŞ-dakı məlum gecə həyatından, onun bir müddət öncəyə qədər yaxınlarının müşayiəti ilə küçə və xiyabanlara çıxmasından çox güman ki, qonşularının xəbəri var. Çünki onların özləri dəfələrlə R.Quliyevin sərxoş və halsız vəziyyətdə evinə qədər gətirilməsində iştirak ediblər. Bu gün isə hər şeydən bir qədər uzaqlaşmış kimi görüntü nümayiş etdirən R.Quliyev ABŞ-dakı seçki və digər proseslərdə iştirak etmək üçün prezident Barak Obama ilə yaxınlaşmaq qərarına gəlib. Bu məqsədlə onun üç gün öncə səhərdən-axşama qədər ABŞ prezidentinin iqamətgahı yerləşən məlum Ağ Evin qarşısında göründüyü xəbəri də yayılıb. Xəbərdə, həmçinin, "ACP" "lider"inin əlində bir neçə kitab ABŞ prezidentinin qəbul şöbəsinin əməkdaşları ilə uzun-uzadı söhbət apardığı da yer alıb. Çox güman ki, R.Quliyev yeni yazmış olduğu kitabından bir neçə nüsxə B.Obamaya təqdim etməklə onun qəlbinə yol tapmağı planlaşdırıb. Eyni zamanda, onun ABŞ dövlət katibi Hillari Klintonla da münasibət yaratmağa cəhd etdiyi haqqında informasiyalar dolaşmaqdadır. Deyilənlərə görə, R.Quliyev xanım Klintona əri Bill Klintonla çox yaxşı dostluq münasibətləri olduğunu əks etdirən məktub da göndərib. Həmçinin, onun ABŞ Konqresinin senatorlarının bir neçəsi ilə şam yeməyində birlikdə olması və onların sırasında daha çox ermənipərəstliyi ilə seçilən şəxslərlə səmimi ünsiyyətə girməsi də gələn xəbərlər sırasındadır. Çünki R.Quliyev artıq hər şeyin onun əleyihnə işlədiyini yəqin edərək, yaşadığı ölkədəki bir sıra anti-Azərbaycan meyilli qüvvələrlə də əməkdaşlığa hazır görünür.

Tapdıq Qurbanlı

Digər xəbərlər