"Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin həbsdən çıxan baş redaktoru Eynulla Fətullayev bu günlərdə özünə məclis təşkil edib və həmin məclisə AXCP (i) sədri Əli Kərimov, Müsavat partiyasının başqanı İsa Qəmbərov, eyni zamanda, digər bir neçə radikal müxalifət nümayəndələri qonaq qismində dəvət ediliblər. Lakin bir zamanlar, E.Fətullayevin vaxtilə yuxarıda adları çəkilən adamlara qənim kəsilməyi, hətta münasibətlərin düşmənçilik səviyyəsindən də artıq olması siyasətlə maraqlanan ictimaiyyət üçün sirr deyil. Bu gün vətən xaini olan baş redaktorun dövlətin yürütdüyü humanizm siyasəti nəticəsində azad olunması arxasında onun hansısa "hüquqi təşkilat" yaratması, Avropada "məruzəçi" təyin olunması daxilində cövlan edən xəyanət xislətinin inkişaf etməsindən xəbər verir. Sanki bu inkişaf bir mikrob kimi Eynullanın iblislik və ibnəlik xarakterinə təkan verir, nəticədə, daha da azğınlaşaraq, onun iç üzünü bütövlükdə aşkar edir. Bu, bir mənəviyyatsızlıq, ləyaqətsizlik və şərəfsizlik simvolunun bariz göstəricisi olmaqla yanaşı, həm də dəyərsizliyin nümunəsi kimi qiymətləndirilən amillərdəndir. Daha dəqiq vurğulasaq, təqdim edilən və edilməyən bütün mənfiliklər E.Fətullayev timsalında canlanmaqdadır.
Lakin budəfəki məsələ yalnız onunla bitmir. Məsələ ondadır ki, sözügedən "adamın" bu ərəfələrdə özünə təşkil etdiyi nişan məclisinə radikal müxalifət partiyalarının bir neçə sədrini dəvət etməsi birtərəfli qaydada, ailə böyükləri ilə məsləhətləşmədən həyata keçirilib. Və onun bu addımı, əlbəttə ki, ailə daxilində ciddi narazıçılıqlarla müşahidə olunub. Lakin müəyyən dəyərlər bahasına AXCP (i) sədri və Müsavat başqanının sözügedən mərasimə qatılması mümkün olub. Ancaq sən demə həngamə hələ qarşıdaymış. Belə ki, məclis başlayandan bir az sonra, mikrofonla söz alan AXCP (i) sədri Əli Kərimov handan-hana, dəmdən-dəmə özünü mitinqdə hiss edərək, başlayıb "siyasi" özbaşınalığa ki, bu da, təbii olaraq, oradakı bəzi ağsaqqalların xoşuna getməyib və...
Və Eynullanın əmisi durub gəlib düz Ə.Kərimovun qarşısına, ona qəşəng bir şillə vurub. Hətta şillənin səsindən ürəyi gedənlər də tapılıb. Məsələn, Müsavat başqanı İ.Qəmbərovun qorxudan şəkəri qalxıb və necə deyərlər, "Fatı sroçnı məclisi tərk edib". Amma zaldan çıxana kimi, E.Fətullayevin əmisi onun da arxasınca yeddi biganəsinin kökündən vurub. Yəni söyüb qovalayıb. Bu isə əməlli-başlı ailədaxili münaqişəyə səbəb olub. E.Fətullayev əmisi tərəfindən onun "əziz qonaqlarının" təhqir olunmasına etiraz əlaməti olaraq, məclisi yarımçıq tərk etmək istəyib. Fəqət, sonradan fikrini dəyişib. O, Ə.Kərimova nə qədər telefon açsa da AXCP (i) sədri incə məqamlarından istifadə edərək, küsdüyünü bəlli etmək üçün, həmin telefon zənglərinə cavab verməyib. Səhərisi gün isə, E.Fətullayev birtəhər onunla görüşməyə müvəffəq olub. Onların gizli görüşləri də məhz bu müstəvidə baş tutub. Ancaq olan-olub. Yəni həm E.Fətullayev, həm Ə.Kərimov, həm də İ.Qəmbərov öz biabırçılıqlarını xalqdan gizlətməyə müvəffəq olmadılar. Görünür, dəfələrlə bu kimi biabırçılıqlara rast gəlmiş həmin adamların sifətləri o qədər padoşluğa alışıb ki, bu da onlara dərs olmadı. Yəni kimliyindən asılı olmayaraq, ictimaiyyətin onları qəbul etməməsi faktdır. Təkcə Ə.Kərimovun öz yaxın qohumları tərəfindən rədd edilməsi deyilənləri yetərincə təsdiqləyir.
RÖVŞƏN