Son günlər radikal müxalifət mətbuatının və həmin mətbuata zaman-zaman maddi vəsaitlər ötürən xarici təşkilatların "Sülh və Demokratiya İnstitutu"nun Bakı ofisinin rəhbəri Leyla Yunusova ilə bağlı verdikləri sərsəm, qara-qışqırıq xarakterli bəyanatları öz məntiqsizliyi ilə sərgilənməkdədir. Məlum olduğu kimi, son illər paytaxt Bakımızın müasirləşməsi, daha da gözəlləşməsi istiqamətində dövlət tərəfindən irimiqyaslı layihələr gerçəkləşdirilməkdədir. Həyata keçirilən layihələr daxilində paytaxt boyunca tikilən gözəl, müasir binalar tikilir, göz oxşayan parklar və xiyabanlar salınır. Belə tikintilərdən biri də, əhalinin "Qış Bulvarı" kimi tanıdığı geniş ərazinin abadlaşması istiqamətində aparılan işlərdəndir ki, burada da yaxın gələcəkdə Bakı sakinlərinin və şəhərimizin qonaqlarının istirahəti üçün hər cür münbit şərait yaradılacaqdır. Xüsusilə, onu vurğulamaq lazımdır ki, müəyyən xarici qüvvələrin təsiri altında olan ölkə müxalifəti və onların "hüquq müdafiəçiləri" yersiz və lüzumsuz şəkildə qara qışqırıqlar salır, guya hər hansı qanunsuzluğun baş verdiyini vurğulayırlar. Xüsusən də, həmin ərazidə yaşayan insanlardan sui-istifadə edərək, öz qondarma ofisinin hayına qalan L.Yunusova ağzına gələnləri bağırmaqla, bu hadisəni siyasiləşdirməyə cəhd göstərir. Məsələ ondadır ki, tikinti ərazisində sökülmə planına düşən ofisin ləğv edilməsi bu "xanım" tərəfindən başqa məcraya yönəldilir. Lakin unudur ki, bu günə qədər həmin ərazidə sökülən hər bir evin kompensasiyası ödənilmiş, sakinlərə tam təmir olunmuş evlər, ya da həmin evlərin qiymətini təşkil edən maddi vəsait verilmişdi. Təbii ki, L.Yunusovaya da həmin kompensasiya ödəniləcək. Eləcə də, bir qrup qaragüruhçu xarici təşkilatların ortaya düşərək, vay-şüvən qoparmaları ictimaiyyət tərəfindən də ciddi qınanılmaqdadır. Belə ki, guya, "New-York Times" qəzetində hakimiyyəti tənqid etdiyinə görə L.Yunusovanın "cəzalandırıldığını" iddia edən müxalifət mənsubları və "Amnesty İnternational", "Human Rights Watch" adlı heç nəyə yaramayan xarici təşkilat nümayəndələri daha anlamırlar ki, hansısa qeyri-dövlətin qeyri-ciddi qəzetində yazılanlara elə qeyri-ciddi münasibət bəslənilir. Ona görə də, onlar özlərindən təzə-təzə hoqqabazlıqlar çıxarmasalar, daha yaxşı olardı! Və yaxşı olardı ki, "dərhal" Azərbaycan dövlətindən nəyin isə verilməsini tələb edən Qərb qudurğanları dərhal ölkəmizi tərk edib, hara gedirlərsə getsinlər! Çünki onlar hazırda müdafiə etdikləri L.Yunusovanın öncələr hansı əməllərdən çıxdığını, ümumiyyətlə, bilmirlər. Ona görə də məlumat üçün bir daha xatırlatmağı vacib bilirik...
Hələ AXC-Müsavat iqtidarı dönəmində L.Yunusova Müdafiə Nazirliyində hərbi hissələrə qida təminatı şöbəsinə rəhbərlik edirdi. Nazirliyin müvafiq komissiyası yoxlama apararkən, sözügedən şöbədə bir çox saxtakarlıqları üzə çıxarmışdı. Belə ki, cəbhə bölgələrinə göndərilməli olan ət və süd, tərəvəz, konserv, un məhsullarının kəskin qıtlığı üzə çıxmış, bəlli olmuşdur ki, qida təminatı şöbəsində oğurluq olub. Lakin sonradan, həmin oğurluq və yeyintini külli rüşvət bahasına boynundan ata bilməyə müvəffəq olan L.Yunusova xaricə qaçmışdı. Bizcə, daha əlavə, şərhə heç bir ehtiyac yoxdur. Sadəcə, onu demək lazımdır ki, öz canlarını, qanlarını vətən yolunda qurban verən Azərbaycan əsgərlərinin çörəyini mənimsəməklə bu "OĞRU" qadının hazırda danışmağa dili olmamalıdır! Görəsən, bu gün onu müdafiə edən xarici təşkilatların bu hadisədən xəbərləri varmı?! Və olsaydı nə edərdilər?
Hər halda, L.Yunusovanın bu günə qədər göstərdiyi məlum ermənipərəst mövqeyi onun necə "insan" olduğunu, hansı "qadın xarakterinə" mənsubluğunu, hansı keçmişə aidliyini yetərincə təsdiqləyir...
R.RƏSULOV