İfrat radikalizm, yalan və böhtan üzərində qurulmuş fəaliyyət istiqaməti nəticə etibarilə sonluğun nə olacağına bilavasitə işarə ola bilər. Çünki atalarımız sirkə nə qədər tünd olarsa, öz qabını çatladar deyiblər. Bu baxımdan da əgər bir toplum öz mövcudluğunu qoruyub saxlamağa çalışırsa, onun ilk öncə nə kimi detallara diqqət etməsi çox vacibdir. Bu iş birbaşa cəmiyyətin iradəsindən keçirsə, əlavə xüsusiyyətlər tələb olunmur.
Sadəcə olaraq, hər bir məsələ geniş ictimaiyyətin gözü görəcək məsafədə olmalı, onların istək və arzularını təzahür etdirməlidir. Digər bir yandan cəmiyyət özü diqtə etdiyi qüvvənin mövcudluğu şəraitində prinsiplərin tamam başqa cür də olması mümkündür. Çünki hər an fikir və mülahizələr yeni tendensiyalar tələb edir. Bu zərurətdən də, istənilən ictimai formasiyanın cəmiyyət həyatına işləməsi vacib şərtdir. Kimsə bu şərtdən bir addım kənar çıxırsa, ictimaiyyət onu daha gözəgörünməz məsafəyə qədər uzaqlaşdıra bilir. Məhz bu prinsipiallıqdan çıxış etməklə cəmiyyətin nüfuz və imkanları xaricində formasiyalar müstəvisində var olmağa çalışmaq böyük yanlışlıq, təfəkkürün ən gerilikçi göstəricisi kimi dəyərləndirilir. Belə olan təqdirdə, sonluğun acınacaqlı olması qaçılmaz olur. Maraqlar və prinsiplər müstəvisində kimlər və hansısa qüvvələr konnektur maraqlardan çıxış etməklə, cəmiyyət adından yalan danışmağa cəhd etməklə nələrlə qarşılaşdıqlarını özləri çox gözəl bilirlər. Müasir cəmiyyətlərdə bu cür uyğunsuz hallara rast gəlmək barmaqla sayıla biləcək qədər ola bilər. Amma təəssüf və təəccüblə qeyd etməliyik ki, bu gün müasir Azərbaycan cəmiyyətində bu cür mənfur ünsürlər hələ də öz mövcudluqlarını davam edirlər. Maraqlısı isə odur ki, onlar öz varlıqlarını qoruyub saxlamaqla yanaşı, cəmiyyət həyatına nüfuz etmək kimi abstrakt iddialara da düşürlər. Bu isə aqibətin acı sonluqla bitməsinə ən böyük təkan olar bilər.
Cəmiyyəti uzun müddət müəyyən yollarla aldatmağı düşünənlər...
Qeyd etdiyimiz kimi, hələ də, öz mövcudluqlarına müxtəlif adlar qoymaqla özlərinə "haqq" qazandırmağa çalışan mənfur müxalifət qüvvələri ənənəvi xüsusiyyətlərindən əl çəkmirlər. Onlar asan yolla qazanc əldə etməyi vətəndaşı aldatmaqda görürlər. Düşünürlər ki, müəyyən dövr üçün bu əməlləri keçərli ola bilər. Təəccüblüsü isə odur ki, onların bu yalan və iftira dolu istəklərinə hələ də, kənardan diqqət yetirənlər var. Daha çox Avropa düşüncəli təşkilatlara "biz cəmiyyətlə işləyirik" mesajı formatında məktublar göndərən müxalifət mənfurları onlardan pul çəkməklə işlərini bitmiş hesab edirlər. Doğrudan da, düşünürlər ki, bu cür metodologiya ilə onlar nəsə bir uğur əldə edə bilərlər. Amma unudurlar ki, istənilən cəmiyyət daxilində olan tendensiyanı, irəli və ya geriyə doğru olan cərəyanları çox asanlıqla dərk edir. Sonda isə ona layiq olduğu qiyməti verərək, gəldiyi ünvana göndərir. Amma təəssüf ki, 20 ildir ki, müxalifət ona göstərilən ünvana getmək istəmir. O, həmişə cəmiyyət içində qalmaqla öz eyiblərini ört-basdır etməyə çalışır. Çünki müxalifət birdəfəlik adət edib ki, cəmiyyətin gözünün içinə baxa-baxa yalan danışacaq və bu da ona dividend gətirəcək.
İctimai dəstək hansı qüvvələri əhatə edə bilər?
Hər zaman xalqın mövqeyinə uyğun qərarlar verib bu işdə prinsipial mövqe ortaya qoyanlar istənilən halda cəmiyyətin əhatəsində olurlar. Çünki xalqın istək və arzularını yerinə yetirmək üçün atılan istənilən addım, hətta uğursuz olsa belə, buna lazımi qiymət verilir. Bu baxımdan da ictimai dəstəyin əhatəsindən kənarda mövcudluğunu saxlamağa çalışan qüvvələrin sonu bəllidir. Cəmiyyət nəyə diqtə edirsə, onu da görmək istəyir. Onun maraqlarından kənar çıxmaq özünəqəsd kimi bir addımdır. İnanmaq olmaz ki, müasir cəmiyyət daxilində öz hiss və maraqlarının xaricində ictimai dəstəkdən məhrum olaraq yaşamaq mümkün olsun. Odur ki, cəmiyyətin istənilən formasiyada ona qarşı çıxanların gec-ya tez məhvini açıq şəkildə həyata keçirir.
T.Qurbanlı