PDF Oxu

Müxalifət

  • 6

Müxalifətin yeni “hərəkatı”...

Müxalifətin yeni “hərəkatı”...

Müxalifət düşərgəsinin birləşməsi ilə bağlı aparılan danışıqlar, radikalizm metodlarından imtina və loyal müxalifətçilik prizmasından siyasi baxışları dəyişmək kimi "vahid cəbhənin" yaradılması mövzusu ətrafında müzakirələr davam etməkdədir. Müxalifət düşərgəsi daxilindən yayılan məlumatlara görə, yaradılması planlaşdırılan yeni təşkilatın adı "125-lər hərəkatı" olaraq müəyyənləşdirilib. Eyni zamanda, o da məlum olub ki, yaradılacaq siyasi qurumun əsas hədəfi növbəti parlament seçkilərinə hesablanıb. Yəni bəlli deyil ki, bu "birliyi" yaratmaq istəyən qüvvələr 2015-ci ilin parlament seçkilərinə hansı istiqamətdə gedəcəklər.

Maraqlıdır ki, hələlik, razılığa gələn partiyalar ADP və "Ümid"dir. ADP sədri Sərdar Cəlaloğlu məlumata münasibət bildirib ki, hazırda alternativ parlament ideyası ətrafında müzakirə aparılır: "Bu, baş tutmazsa, onda buna oxşar, bu ideyanı özündə saxlaya bilən başqa bir variant fikirləşə bilərik. O cümlədən də, 125 nəfər ideyası. Yəni alternativ parlamentdə təmsil olunması nəzərdə tutulan 125 nəfərin birliyinin yaradılmasını məqbul hesab edirik".

Onu da bildirək ki, hələlik, razılığa gəlmiş partiyalar Müsavatla AXCP (i)-nin yaratdığı "İctimai Palata"nı kəskin şəkildə tənqid edənlərdir. Bü gün də nə ADP sədri S. Cəlaloğlu, nə də "Ümid" partiyasının sədri İqbal Ağazadə "İctimai Palata"nı ümumiyyətlə qəbul etmirlər, bu qondarma qurumu daim xəyanətdə suçlayır, müxalifəti parçalayan "siyasi birlik"kimi təqdim edirlər. Lakin qəribəsi də odur ki, söhbət birlikdən gedərkən, danışıqlar Müsavatla AXCP (i)-dən xəbərsiz aparılır. Bir sual meydana çıxır ki, "İctimai Palata"nın yaradılması planlaşdırılan bu quruma münasibəti necə olacaq? Belə ki, Müsavat başqanı İsa Qəmbərov Facebook sosial şəbəkəsindəki statusunda yazdıqları məsələyə bu cür aydınlıq gətirir. Müsavat başqanı öz səhifəsində yazır ki, Azərbaycanda müxalifət deyiləndə yalnız "İctimai Palata" qeyd olunmalıdır. Qalanlarının işi-gücü "palatanı" tənqid etməkdir. Müsavat başqanı bir az da irəli gedərək bu qüvvələri "missiya yerinə yetirməkdə" qınayır. Yəni belə düşünür ki, "palatada" olmayan qüvvələrə hansısa dairələr tapşırıq verib ki, onları tənqid edin, müxalifəti parçalamaqda suçlandırın. Bu tipli açıqlamalarla ADP və "Ümid" rəhbərləri çıxış etdiyindən Müsavatın yeni qurum yaradan partiyalara münasibəti bəlli olur. Bəllidir ki, "ana müxalifət" statusunu əldə saxlamaq istəyən AXCP (i) və Müsavat yeni birliyi qəbul etməyəcəklər. Çünki bu qurum "İctimai Palata"nı sıradan çıxarmaq, müxalifətdən xaric etmək kursunu götürüb. Bu isə, onu göstərir ki, müxalifət düşərgəsində yaranmış müvəqqəti sakitlik yaradılacaq "125"-lər qurumu ilə "İctimai Palata" arasında baş qaldıracaq səs-küylə pozulacaq.

RÖVŞƏN

Digər xəbərlər