PDF Oxu

Müxalifət

  • 20

Leyla Yunusovanın dağıdılmış “siyasi ofisi”

Leyla Yunusovanın dağıdılmış “siyasi ofisi”

Azərbaycanda çoxsaylı QHT-lər, vətəndaş cəmiyyəti institutları timsalında təşkilat və qurumlar, ictimai birliklər çoxşaxəli şəkildə fəaliyyət göstərməkdədirlər. Həmin təşkilatların quruculuq, eləcə də, əməli-praktiki fəaliyyətlərində bir çox sahələr, istiqamətlər mövcuddur ki, bütün bunlar yalnız sağlam düşüncəli cəmiyyətin formalaşmasına, maarifləndirilməsinə xidmət edir. Eyni zamanda, tam demokratik və müstəqil şəkildə, genişmiqyaslı layihələr həyata keçirən bu təşkilatlar bütün hallarda, vətəndaş cəmiyyətinin inkişafı müstəvisində maarifçilik prinsiplərinə sadiq qalır, hər bir vətəndaşa yönəltdiyi layihə istiqamətində aşılayıcı rol oynamağa səy göstərir.

Leyla Yunusovanın timsalında vətən

xainləri


Lakin təəssüflə qeyd etməliyik ki, yuxarıda qeyd olunanlardan tamamilə fərqli olaraq, qeyri-normal, inkişaf prinsiplərindən kənar, hətta psixopat QHT-lər də mövcuddur ki, həmin QHT-lər və onların rəhbərləri bilavasitə öz maraqlarına, şəxsi dividendlərinə xidmət göstərmək xatirinə tamamilə zidd mövqelər timsalında xəyanətkar, antidövlətçilik "prinsipləri" nümayiş etdirirlər. Bunların nəticəsində isə, demək mümkündür ki, həmin təşkilatlarda sırf siyasiləşmələrlə yanaşı, vəziyyətlərdən sui-istifadə etməklə, süni haray-şivənlər müşahidə olunmaqdadır. Bu barədə istər qəzetimiz, istərsə də digər KİV-lər vasitəsilə ictimaiyyətə kifayət qədər məlumatlar verilmişdir.

Məsələn, son dövrlərdə Bakıda aparılan tikinti-quruculuq işlərinə kölgə salmağa cəhd göstərən siyasiləşmiş QHT-lərin başında Leyla Yunusovanın rəhbərlik etdiyi təşkilat dayanır. Belə ki, paytaxtın Şəmsi Bədəlbəyli küçəsində yenidənqurma işləri ilə bağlı aparılan söküntüdə L.Yunusovanın bir neçə kv.metrlik ofisi də var. Lakin bu "xanımdan" fərqli olaraq, oradan köçən bütün sakinlərə şəhərin mərkəzi rayonlarında ev verilmiş, ya da pul ödənilmişdir ki, burada da heç bir narazılıq müşahidə olunmamışdır. Ancaq L.Yunusova hansısa xarici QHT-nin Bakı ofisinin rəhbəri olduğunu yadına salaraq, birdən-birə saçını yolub, üz-gözünü cırarıq "demokratiyanın pozulmasını" iddia edib. Maraqlıdır, görəsən, ona bu artstliyi, rolu oynamaq üçün Qərb təşkilatlarından nə qədər pul təklif olunub? Bir də ki, nəyə görə bu vasitə ilə erməni mətbuatına məlumatlar sızdıran L.Yunusova Ermənistanın xüsusi xidmət orqanlarından bu işi üçün nə qədər pul aldığını açıqlamır?! Axı erməniyə satılmaq onun üçün bu qədər vacib məsələdir? Əlbəttə ki, vacibdir. Çünki L.Yunusovanın özü bilavasitə erməni qızı ermənidir!!! Bəs bu cür halların mövcudluğu daha hansı məqsədləri güdür və L.Yunusova, onun kimiləri kimə, nəyə xidmət göstərirlər? Əlbəttə ki, xaricdə formalaşmış pullu və güclü erməni lobbisinə və həmin lobbilərin maliyyələşdirdikləri beynəlxalq QHT-lərə...


Pərdəarxası məqamlar...

Təbii ki, bu cür motivlərin arxasında başqa pərdəarxası məqamlar da mövcuddur. Həmin məqamlardan biri də QHT-lərin xarici anti-Azərbaycan meyilli qüvvələr qarşısında müxtəlif, çeşid-çeşid vədlər verib, siyasi öhdəliklər götürmələridir. Belə ki, siyasi partiyalardan fərqli olaraq, xarici ölkələrə daha tez-tez səfərlər edən sözügedən ictimai birlik rəhbərləri tenderlər, konqreslər, tədbirlər pərdəsi altında gizli görüşlər keçirir, öz çirkin planlarını həyata keçirirlər. Bu barədə kifayət qədər məlumatlar mövcuddur. Əslində, diqqət yetirsək, bu tipli QHT rəhbərlərinin daha öncələr hansı əməllərin sahibləri olduqlarını xatırlasaq, görməyimizə kifayət edər ki, onlar hansı yuvanın quşları, ya da ki, hansı dərənin tülküləridirlər. Məsələn, "Demokratiya və Sülh İnstitutu" adlı təşkilatın rəhbəri L.Yunusova AXC-Müsavat diktatorluğu dönəmində Müdafiə Nazirliyinin nəzdində təchizat və təminat (əsgərlərin qidalanması və qida rasionu üzrə) şöbəsinə rəhbərlik edirdi. Daha dəqiq desək, oranı çapıb-talayırdı. Cəbhəyə göndəriləsi ət və digər qida məhsullarını mənimsəyərək, bazara çıxarırdı. Bu barədə açıqlamanı onun öz həmkarı - Helsinki Vətəndaş Assambleyasının ermənilərə satılmış rəhbəri Arzu Abdullayeva bir neçə il öncə mətbuata açıqlamışdı. Onu da deyək ki, vaxtilə aralarından su keçməyən bu iki "rəfiqənin" arasında yaranmış söz-söhbət də haram erməni pulları üstündə yaranmışdı. Belə ki, "siyasi məhbus" məsələsinin süni halda qabardılması nəticəsində bölünə bilinməyən qrantlar üstündə Yunusova-Abdullayeva müharibəsinə start verilmişdi. Məhz bu cür insanların indi durub hansısa "haqsızlıqdan" bağıranda onların nə cür sifətə malik olmaları ifşa olunur.


Leyla Yunusova və digərləri

Səidə Qocamanlı, Novella Cəfərova, Arif Yunusov, Eldar Zeynalov kimi şəxslərin də bu sıralamaya aid olmaları şübhəsizdir. Onların müxtəlif cür murdar əməllərdən çıxaraq, Azərbaycana, xalqa-millətə qarşı təxribat xarakterli çıxışlar etmələri arxasında da düşmənlərə qulluq etmək amili dayanır. Digər maraqlı nüansa da diqqət yetirək. Həmin adamların bu günə qədər bir dəfə də olsun dövlət tərəfindən maliyyələşdirilən layihələrə qoşulduqlarının şahidi olmamışıq. Əksinə, bunların əlaqələri xarici siyasiləşmiş fondlarla, ya da fərdi insanlarladır. Onlar bir növ radikal müxalifət partiyaları ilə əlbir olaraq qeyd edilən xarici təşkilatlar və ya fərdi şəxslərlə aradüzəldənlik (anlaşma) rolu oynayaraq, maddi durumlarını artırırlar. Bu vasitəçiliklər yeni maliyyə donorlarının üzə çıxarılmasına da xidmət edir. Təki "siyasi" don geydirməyə "problemlər" ortaya çıxsın.


RÖVŞƏN

Digər xəbərlər