20 ilə yaxın uğursuz yol gedən və radikal müxalifət düşərgəsində lövbər salmış Müsavat başqanı İsa Qəmbərov bu il başqanlıq postundan ayrılmaq təhlükəsi ucbatından yenə də növbəti hiylələrini işə salıb. O, ilk növbədə, rəhbərlik etdiyi qurumda əl-ayağana dolaşan şəxsləri sıradan çıxarmaq məsələsini daha tez həll etməyə başlayıb. Bu məqsədlə də, İ.Qəmbərov müəyyən manevrlər etməklə, real hesab etdiyi şəxsləri qurumdan uzaqlaşdırmağa nail oldu. İlk öncə, Müsavat partiyasının sabiq məclis sədri Sülhəddin Əkbərin uzaqlaşdırılması məsələsini ortaya atdı.
Hiyləgərlik və naqislik simvolu olan İ.Qəmbərov illərlə "çörək kəsdiyi", "dostluq" etdiyi adama öz şəxsə maraqları naminə arxa çevirməli oldu. İ.Qəmbərov öz maraqları naminə istənilən məsələdə güzəştə getməməyin "prinsipiallığı"nı isbat etmək üçün daha açıq formada mübarizəyə keçdi. Beləliklə, də Müsavat partiyası daxilində özündən başqa bu quruma başqan olacaq bir şəxsi görməmək iddiasını ortaya qoyaraq S.Əkbərin ardınca Qabil Hüseynlinin buradan uzaqlaşmasını nail oldu. Hətta iclaslarda hər kəslə salamlaşdığı halda, Q.Hüseynlinin yanından saymazyana keçərək, öz hiddətini ona nümayiş etdirirdi. Q.Hüseynlinin bu günlərdə mətbuata verdiyi açıqlamasında "İ.Qəmbərov kimilərin salamına özü kimilərin ehtiyacı ola bilər. Özünə hörmət edən şəxs onunla salamlaşmasa yaxşıdır" fikrini söyləyib. Q.Hüseynli onu da vurğulayıb ki, məhz bu səbəbdən də Müsavatdan uzaqlaşmaq daha xeyirlidir: "Çünki İ.Qəmbərov dünənə kimi "qardaş" dediklərinə qarşı bu qədər iyrənc işlər görürsə, onunla bir yerdə iş görmək mümkünsüzdür".
Beləliklə, İ.Qəmbərovun düşünülmüş planı nəticəsində Müsavat partiyası daxilində başqanlığa ən real namizədlər sıradan çıxarılmış oldu. Elə bunun ardınca öz hiyləgərliyini ört-basdır etmək istəyinə düşən İ.Qəmbərov qurumun qarşıdan gələn qurultayında başqanlığa öz namizədliyini göstərməmək barəsində yalan bəyanat yaymağa başladı. O, düşünülmüş şəkildə atmış olduğu bu addımı ilə hər kəsə nə dərəcədə "açıq hərəkət" etdiyini göstərməyə çalışırdı. Amma heç də hər şey onun düşündüyü kimi olmadı və prosesdə müəyyən əyriliklər də baş verdi. Bütün bunları qabaqlamaq məqsədilə İ.Qəmbərov növbəti planını işə salmaqla prosesi tamam başqa səmtə yönəltməyə cəhd göstərdi. O, ani bir məqamda açıqlama verdi ki, heç də yenidən başqan olmaq niyyətində deyil və bu posta tamam başqa bir şəxsi gətirəcək. Düşünürdü ki, İ.Qəmbərov Müsavatı ən yaxın silahdaşı Vurğun Əyyubova həvalə edəcək. Lakin bu da düşünülən kimi olmadı və İ.Qəmbərov iqtisadçı Qubad İbadoğlunu Müsavat başqanlığına gətirəcəyi barəsində informasiyalar yaymağa başladı. Əslində isə, o, bu məsələdə tək qərar vermirdi. Sonradan əldə etdiyimiz və aldığımız informasiyalara görə, başqan Almaniyadakı dostlarından, konkret olaraq, Corc Sorosdan gizlin bir məktub alıb. Həmin məktubda isə İ.Qəmbərovun hələ bundan sonra da Müsavat başqanı kimi qalması məsələsi, çox güman ki, öz əksini tapmışdı. Çünki bu gizli faktın kiçicik bir detalının ortaya çıxması ilə İ.Qəmbərov öz mövqeyində fərqli dəyişikliklər etməyə başladı. Bütün bunlar isə, bir daha onu isbat edirdi ki, İ.Qəmbərov öz maraqları naminə və bundan sonrakı fəaliyyətinin istiqamət xətt üzrə kimlərə necəsə yarınmağa çalışacaq. İ.Qəmbərovun bu hiyləgərliyi heç də təəccüb doğurmur. Çünki onun "xəmiri hiyləgərlik və xəyanətkarlıqla yoğrulub".
Rəfiqə Hüseynova