PDF Oxu

Müxalifət

  • 19

Bəzi radikal müxalifət partiyaları “ağıllanır”?

Bəzi radikal müxalifət partiyaları “ağıllanır”?

Rdikal müxalifət partiyalarında cərəyan edən hadisələr daxili ziddiyyətlər nəticəsində yaranan vəziyyətlərdən istifadə edərək, düşərgədə yaşanan hadisələrə real nöqteyi-nəzərdən baxmağa başlayıblar. Hətta belə hesab etmək mümkündür ki, düşərgədə yaranmış problemlərdən danışan partiya sədrləri, deyəsən, yavaş-yavaş "ağıllanmağa" başlayırlar.

Bu əsnada "VİP" sədri Əli Əliyev informasiya saytlarının birinə verdiyi müsahibəsində deyib ki, müxalifət partiyalarının mövqeləri arasında kardinal fərqlər mövcuddur. Yəni partiya sədri bununla bildirmək istəyir ki, bir sıra müxalifət siyasi dairələri hər hansı amal və ya əqidə uğrunda mübarizə aparmaq iqtidarında deyillər. Daha dəqiq desək, həmin partiyaların fəaliyyətləri yalnız şəxsi ambisiyalara və şəxsi mənfəətlərə hesablanan addımlardır. Belə bir məqamda rəhbərlik etdiyi partiyanın reklamını da etməyi unutmayan "VİP" sədri Əli Əliyev "İctimai Palata"nın da bulanıq dəryasına yekə bir daş atmağı unutmayıb. O deyib ki, rəhbərlik etdiyi siyasi təşkilat heç bir vaxt "palata" tərkibində təmsil olunmayacaq. Partiya sədri bunu da köklü fərqlər üzərində təhlil edib.

Belə ki, onun fikrincə, AXCP (i) və Müsavat partiyalarının mövqeləri ilə digər müxalifət partiyalarının mövqeləri arasında kardinal fərqlər var.

Belə qənaətə "KXCP" sədri Mirmahmud Fəttayevin AXCP (i) və Müsavat partiyalarının rəhbərləri ilə görüşündən sonra gəlinib. İlk öncə, müəyyən danışıqlara getmək üçün püşk atılıb və həmin püşk M.Fəttayevə tuş gəlib. Ona görə də hər iki partiya sədri ilə danışığa "KXCP" sədri göndərilib. Danışıqların isə predmeti "müxalifətin yeni birlik" formatında razılığa gəlməsi olub. Ancaq buradan da heç bir nəticə hasil edilməyib.

Əli Əliyev bildirib ki, mövqelər o dərəcədə fərqlidir ki, bu fərqlərin aradan götürülməsi üçün uzun zaman tələb olunacaq, ya da ümumiyyətlə, hər şey öz köhnə axarı ilə davam edəcək. Əli Əliyev AXCP (i) və Müsavatın bir araya gəlməsi ilə bağlı mövqeyi haqqında məlumat verməsə də, qeyd edib ki, "VİP" heç bir zaman "İctimai Palata"da təmsil olunmayacaq: "İctimai Palata" AXCP (i) və Müsavatın birgə yaratdıqları qurumdur. Bu qurumun yaşadığı uğursuzluqları da məhz həmin partiyalara məxsusdur". Ə.Əliyevin sözlərindən belə bir nəticəyə də gəlmək mümkündür ki, onun və onun kimi digər "İctimai Palata"nı, Müsavatı və AXCP (i)-ni bəyənməyən müxalif partiya sədrlərinin yaxın dövrlərdə bu quruma və partiyalara qarşı geniş əks kampaniyaları başlayacaq. Həmin qarşıdurmaların nə ilə sona yetməsini isə indidən ehtimal etmək mümkündür.


RÖVŞƏN

Digər xəbərlər