PDF Oxu

Müxalifət

  • 7

Qərbdən qazanc güdməyin “yeni yolu”

Qərbdən qazanc güdməyin “yeni yolu”

Azərbaycanda çoxsaylı QHT-lər, vətəndaş cəmiyyəti institutları timsalında təşkilat və qurumlar, ictimai birliklər çoxşaxəli şəkildə fəaliyyət göstərməkdədirlər. Həmin təşkilatların quruculuq, eləcə də, əməli-praktiki fəaliyyətlərində bir çox sahələr, istiqamətlər mövcuddur ki, bütün bunlar yalnız sağlam düşüncəli cəmiyyətin formalaşmasına, maarifləndirilməsinə xidmət edir. Eyni zamanda, tam demokratik və müstəqil şəkildə, genişmiqyaslı layihələr həyata keçirən bu təşkilatlar bütün hallarda, vətəndaş cəmiyyətinin inkişafı müstəvisində maarifçilik prinsiplərinə sadiq qalır, hər bir vətəndaşa yönəltdiyi layihə istiqamətində aşılayıcı rol oynamağa səy göstərir.

Lakin təəssüflə qeyd etməliyik ki, yuxarıda qeyd olunanlardan tamamilə fərqli olaraq, qeyri-normal inkişaf prinsiplərindən kənar QHT-lər də mövcuddur ki, həmin QHT-lər və onların rəhbərləri bilavasitə öz maraqlarına, şəxsi dividendlərinə xidmət göstərmək xatirinə tamamilə zidd mövqelər timsalında xəyanətkar, antidövlətçilik "prinsipləri" nümayiş etdirirlər. Bunların nəticəsində isə, demək, mümkündür ki, həmin təşkilatlarda sırf siyasiləşmələrlə rast gəlinir. Bu barədə istər qəzetimiz, istərsə də digər KİV-lər vasitəsilə ictimaiyyətə kifayət qədər məlumatlar verilmişdir. Məsələn, son dövrlərdə Bakıda aparılan tikinti-quruculuq işlərinə kölgə salmağa cəhd göstərən siyasiləşmiş QHT-lərin başında Leyla Yunusovanın rəhbərlik etdiyi təşkilat "Sülh və Demokratiya İnstitutu" dayanır. Belə ki, paytaxtın Şəmsi Bədəlbəyli küçəsində yenidənqurma işləri ilə bağlı aparılan söküntüdə L.Yunusovanın bir neçə kv.metrlik ofisi də var. Lakin bu "xanımdan" fərqli olaraq, oradan köçən bütün sakinlərə şəhərin mərkəzi rayonlarında ev verilmiş, ya da pul ödənilmişdir ki, burada da heç bir narazılıq müşahidə olunmamışdır. Ancaq L.Yunusova hansısa xarici QHT-nin Bakı ofisinin rəhbəri olduğunu yadına salaraq, birdən-birə "demokratiyanın pozulmasını" iddia edib. Maraqlıdır, görəsən, ona Qərb təşkilatlarından nə qədər pul təklif olunub?

Onu da qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da məsələ ilə əlaqədar öz münasibətini açıqlayıb. O, bildirib ki, ərazidə söküntü işləri ilə bağlı L.Yunusovanın əri Arif Yunusovun mülkiyyətində olan, söküntü ərazisinə düşən Ş.Bədəlbəyli küçəsi, ev 38.1 və 2 saylı mənzillərin notarial qaydada alqı-satqısının həyata keçirilməsi üçün icra hakimiyyəti tərəfindən bir neçə ildir ki, dəfələrlə mənzillərə təsdiq edən sənədlərin təqdim edilməsi barədə edilən xahişnamələrə baxmayaraq, müvafiq sənədlər bu günə kimi adıçəkilən vətəndaşlar tərəfindən təqdim edilməyib.

Sonda daha bir məqamı da vurğulamaq lazımdır ki, L.Yunusova Bakı Şəhər İcra Hakimiyyətinə çağırılarkən, ona deyilib ki, dövlət hər bir Azərbaycan vətəndaşının mülkiyyət hüququna hörmət və diqqətlə yanaşır və mövcud ərazidə reallaşdırılan köçürmə prossesi Bakı şəhərinin baş planına uyğun olaraq, aparılan abadlıq və quruculuq işləri ilə əlaqədardır. Düzdür, həmin dövrlərdə L.Yunusova hər şeyi "anladığını" desə də, sonradan yenə də, öz köhnə ampluasına qayıdaraq, haray-şüvənliyinə güc vermişdir. Bu isə, bir daha onu deməyə əsas verir ki, L.Yunusova və onun ətrafında toplaşan bir-iki nəfər qaragüruhçunun məqsədi süni yaratdıqları problem deyil, bu süni "problemdən" istifadə edərək, Qərb dairələri tərəfindən yaxşıca qazanc əldə etmələridir.

Rəfiqə

Digər xəbərlər